Məhkəmə qərarları › İş №2(059)-480/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-480/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-480/2021 13.08.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” barədə iddia ərizələrinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına olan Şabran rayonunda tərtib edilmiş doğum haqqında akt qeydinin “ad” və “doğum tarixi” qrafalarında düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizə hüquqi faktın müəyyən edilməsi barədə olsa da xüsusi icraat qaydasında deyil, iddia ərizəsi formasında verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu fəslində müəyyən edilmiş qaydada (xüsusi icraat) yenidən məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” barədə iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qeyd edilən nöqsanları aradan qaldırmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu fəslində müəyyən edilmiş qaydada (xüsusi icraat) yenidən məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar