Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-491/2023 11.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbulu üzrə qanunvericiliklə müəyyən olunmuş müddətin bərpa olunması və vərəsəliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbulu üzrə qanunvericiliklə müəyyən olunmuş müddətin bərpa olunması və vərəsəliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu üzrə qanunvericilikdə müəyyən olunmuş müddətin bərpa olunması, Siyəzən rayonunun Zarat kəndində mərhum atası X1 məxsus fərdi yaşayış evinin tikilməsindən ötrü torpaq sahəsinə, pay torpağına, sahibkarlıq məqsədilə alınmış torpaq və örüş torpaqlarına vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işin məhkəmədə baxılmasına hazırlıq mərhələsi ilə bağlı 07 iyul 2023-cü il tarixli bildirişində, eləcə də, 18 avqust və 08 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iddiaçıya mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər vərəsəlik ilə bağlı Siyəzən rayon Dövlət Notariat Ofisinin imtina məktubunun, torpaqlara dair şəhadətnamənin və ya çıxarışın, və sairənin, eləcə də torpaqların mövcudluğuna dair RİH və ya aidiyyəti bələdiyyə arayışının notarial qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması təklif olunmuş, lakin, iddiaçı, məhkəmə tərəfindən edilmiş təklifin yerinə yetirilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, bununla bağlı hər hansı bir əməli tədbir görməyə cəhd göstərməmişdir. Eyni zamanda, İddiaçı iddiasında tələbini təfərrüatlı şəkildə dəqiqləşdirməmiş, həmçinin miras kütləsini təşkil edən torpaq sahələrinin ölçüsü, dəqiq harada yerləşməsi və sair göstəriciləri barədə məlumatları qeyd etməmişdir. Sonuncu, yəni 11 oktyabr 2023-cü il tarixə, saat 11:40-a təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı müvafiq sənədlərin əldə edilməsinə cəhd göstərməsinə baxmayaraq, buna nail ola bilmədiyini qeyd etmişdir. Cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Məhkəmə hesab edir ki, iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, sonuncu tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə yaranmış maneələr aradan qaldırılmadığına, o cümlədən işin həlli üçün əhəmiyyətli olan sənədlər məhkəməyə təqdim edilmədiyinə görə ərizə baxılmamış saxlanmalıdır. İddia ərizəsinin qeyd olunan əsasla baxılmamış saxlanılması barədə məsələ müzakirə edilərkən İddiaçı ərizənin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd olunan Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Siyəzən rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbulu üzrə qanunvericiliklə müəyyən olunmuş müddətin bərpa olunması və vərəsəliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-491/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-491/2023
11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver