Məhkəmə qərarları › İş №2(059)-506/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-506/2022

22.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-506/2022 22.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işə bərpa edilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işə bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “Siyəzənneft” NQÇİ cavabdeh qismində göstərilsə də, NQÇİ hüquqi şəxs olmamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli, 13 saylı əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmış, 08 aprel 2003-cü il tarixli, 28 saylı əmr əsasında isə Cavabdeh tərkibinə verilmişdir. Bu isə qeyd olunan cavabdehin formal cəhətdən sözügedən siyahıya daxil edildiyinə dəlalət etməklə, yanaşı bunun hazırkı mübahisəyə Siyəzən Rayon Məhkəməsində baxılmasına hüquqi əsas formalaşdırmaq niyyətinin olması təəssüratını yaradır. Halbuki, “Siyəzənneft” NQÇİ əsasnamə əsasında Cavabdeh tərkibində olan təşkilat (nümayəndəlik) funksiyalarını həyata keçirir və hüquqi şəxs deyildir. Buna görə də mülki və mülki prosessual qanunvericiliyə əsasən nümayəndəlik funksiyasını həyata keçirdiyindən bu qurumun mülki hüquq münasibətlərində subyekt kimi, o cümlədən cavabdeh kimi iştirakı istisna edilir. İş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsi isə işə ağlabatan müddətdə baxılmasında yarana biləcək çətinliyin aradan qaldırılmasına və şəxsin pozulmuş hüquqlarının səmərəli, habelə daha tez bərpa edilməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizələrinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla ərazi aidiyyəti üzrə məhkəməyə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinin tələbinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilməsi rüsumla əlaqədar məsələdə nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işə bərpa edilməsi" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar