Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-51/2022 15.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil, mütəxəssis X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, ünvan 2 ev xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmaqla, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,05 ha təşkil edir. Ona məxsus torpaq sahəsinin müəyyən bir hissəsi qohum olduqları cavabdehlər tərəfindən zəbt edilmişdir. Zəbt olunmuş torpaq sahəsindən çıxmaları üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, bunun nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatlarında iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini bildirib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil da iddia tələbini qəbul etməyərək, cavabdehlərlə eyni mövqedə olduğunu qeyd etməklə, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən mütəxəssis, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi X2 izahatında göstərdi ki, Cavabdeh2 və Cavabdeh1 məxsus torpaq sahəsi elektron məlumat bazasında ümumi sahəsi 0,03 ha, İddiaçı məxsus torpaq sahəsi isə 0,05 ha olaraq qeyd olunmuşdur. Elektron məlumat bazasından götürülmüş sənədlərə əsasən yerində keçirilmiş baxış zamanı sonunculara məxsus torpaq sahələrinin üst-üstə düşmə halının olmaması məlum olmuşdur. Eyni zamanda, mübahisə predmeti olan tikili Siyəzən rayon bələdiyyəsinin mülkiyyətində olan 215 torpaq sahəsində inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 avqust 2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 59,6 kv.m yaşayış, 53,1 kv.m yardımçı sahəsi olmaqla, 112,7 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 193 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən 17 noyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0,03 ha torpaq sahəsi, eləcə də onun üzərində yerləşən 48 kv.m yaşayış, 69,4 kv.m yardımçı sahəsi olmaqla, 117,4 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi 1/5, torpaq sahəsi isə 6/40 hissədə olmaqla, Cavabdeh1 və Cavabdeh2 adına paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 04 may 2022-ci il tarixli, **********92 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/3670 nömrəli rəyindən görünür ki, 07 avqust 2012-ci il tarixdə İddiaçı adına (RX seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin M.Əzizbəyov küçəsindəki 50 A ünvanında yerləşən 0,05 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Eyni zamanda, 07 avqust 2012-ci il tarixdə İddiaçı adına (RX seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin M.Əzizbəyov küçəsindəki 50 A ünvanında yerləşən 0,05 ha torpaq sahəsi cavabdehlərin və qeyrilərinin adına (MA seriyalı, ******* nömrəli çıxarış) ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 311 (üç yüz on bir) manat, iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə 10 (on) manat təşkil edir. Eyni zamanda, iş materiallarında olan 28 aprel 2022-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 311 (üç yüz on bir) manat vəsaiti Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən mütəxəssis və ekspert rəyləri, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən istifadəsinə münasibətdə cavabdehlər tərəfindən hər hansı bir formada müdaxilə yoxdur. Belə ki, iddiaçı, cavabdehlərin ona məxsus torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etmələrini göstərsə də, o, istinad etdiyi bu halları əsaslandıra bilməmiş, habelə cavabdehlərin hərəkətlərinin onun hansı hüquqlarına nə kimi təsir göstərdiyini sübut edə bilməmişdir. Belə ki, mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçı və cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələrinin üst-üstə düşmədiyi, həmçinin iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmadığı məlum olmuşdur. Beləliklə, cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə belə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməli, həmçinin onun tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair 311 (üç yüz on bir) manat ekspertiza xərci və ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair 311 (üç yüz on bir) manat ekspertiza xərci və ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-51/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-51/2022
15.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver