Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-522/2020 16.12.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı Əhəd qızının cavabdehlər Cavabdeh1 MMC-nin Siyəzən Poçt filialına və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə qarşı "işdən azad olunması barədə əmrin ləğv edilərək etibarsız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, onun əvvəlki işinə bərpa edilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Əhəd qızı cavabdehlər Cavabdeh1 MMC-nin Siyəzən Poçt filialına və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə qarşı "işdən azad olunması barədə əmrin ləğv edilərək etibarsız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, onun əvvəlki işinə bərpa edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 MMC-nin Siyəzən Poçt filialı cavabdehlər siyahısında göstərilsə də, İddiaçı mübahisələndirdiyi xx xxxxxx 2020-ci il tarixli, 1981 nömrəli əmr digər cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-nin baş direktoru tərəfindən qəbul edilmişdir. Bundan əlavə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi Cavabdeh1 MMC-nin Siyəzən Poçt filialı iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməsinə baxmayaraq, ona qarşı hər hansı bir tələb yönəldilməmişdir. Bu isə qeyd olunan cavabdehin formal cəhətdən sözügedən siyahıya daxil edildiyinə dəlalət etməklə, yanaşı bunun hazırkı mübahisəyə Siyəzən Rayon Məhkəməsində baxılmasına hüquqi əsas formalaşdırmaq niyyətinin olması təəssüratını yaradır. Halbuki, Cavabdeh1 MMC-nin Siyəzən Poçt filialı əsasnamə əsasında nümayəndəlik funksiyalarını həyata keçirir və hüquqi şəxs deyildir. Buna görə də mülki və mülki prosessual qanunvericiliyə əsasən nümayəndəlik funksiyasını həyata keçirdiyindən bu qurumun mülki hüquq münasibətlərində subyekt kimi, o cümlədən cavabdeh kimi iştirakı istisna edilir. İş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsi isə işə ağlabatan müddətdə baxılmasında yarana biləcək çətinliyin aradan qaldırılmasına və şəxsin pozulmuş hüquqlarının səmərəli, habelə daha tez bərpa edilməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Bu Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Qeyd olunan Məcəllənin 35.2-ci maddəsinin İ cümləsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Yenə Bu Məcəllənin 45-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, mübahisələndirilən əmr Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC tərtib edildiyindən, habelə tələb bu cavabdehə yönəldiyindən, digər cavabdeh isə sadəcə cavabdehlər siyahısında göstərilməklə, tələb ona yönəldilmədiyindən və beləliklə, sonuncu əhəmiyyətsiz cavabdeh hesab edildiyindən yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki işin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33, 45-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Əhəd qızının cavabdehlər Cavabdeh1 MMC-nin Siyəzən Poçt filialına və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə qarşı "işdən azad olunması barədə əmrin ləğv edilərək etibarsız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, onun əvvəlki işinə bərpa edilməsi" tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-522/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-522/2020
16.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver