Məhkəmə qərarları › İş №2(059)-53/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-53/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-53/2023 20.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Əsədov Adı̇ l Həcəmı̇ oğlunun, cavabdehlər Şamı̇ lov Nı̇ yaz Əlqı̇ yam oğlunun və Şamı̇ lov Fəyyaz Nı̇ yaz oğlunun iştirakları ilə iddiaçı Əsədov Adı̇ l Həcəmı̇ oğlunun cavabdehlər Şamı̇ lov Nı̇ yaz Əlqı̇ yam oğluna, Şamı̇ lov Fəyyaz Nı̇ yaz oğluna, Şamı̇ lov Naı̇ l Nı̇ yaz oğluna və Şamı̇ lova Nərmı̇ nə Mı̇ rzağa qızına qarşı "fərdi yaşayış evi boşaldılmaqla, cavabdehlərin oradan çıxarılması, iddiaçının evə köçürməklə, evin özgənin qanunsuz sahibliyindən qanuni sahibinə qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: iddiaçı Əsədov Adı̇ l Həcəmı̇ oğlu cavabdehlər Şamı̇ lov Nı̇ yaz Əlqı̇ yam oğluna, Şamı̇ lov Fəyyaz Nı̇ yaz oğluna və Şamı̇ lov Naı̇ l Nı̇ yaz oğluna qarşı "fərdi yaşayış evi boşaldılmaqla, cavabdehlərin oradan çıxarılması, iddiaçının evə köçürməklə, evin özgənin qanunsuz sahibliyindən qanuni sahibinə qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m sahədən ibarət 87 nömrəli fərdi yaşayış evi cavabdehlər Nı̇ yaz Şamı̇ lov, Fəyyaz Şamı̇ lov (habelə arvadı Nərmin Şamilova) və Naı̇ l Şamı̇ lov tərəfindən boşaldılaraq, sonuncular oradan çıxarılmaqla, onun ora köçürülüb, həmin evin onun sahibliyinə qaytarılması, həmçinin cavabdehlərdən müştərək qaydada 2400 manat məbləğində (kirayə haqqı) maddi zərərin əvəzinin və ödənilmiş 144 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbini əvvəlki hissələrdə müdafiə etməklə, yanaşı Şamı̇ lova Nərmı̇ nə Mı̇ rzağa qızının da cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməklə, tələbin ona da aid edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri, Sabir küçəsindəki 87 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m olan fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, cavabdehlər mübahisəli evin alqı-satqısına dair üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyərək, evin razılaşdırılan dəyərini ödəməkdən imtina etməklə yanaşı, hazırda evində yaşadıqlarına görə əmlakı sahibliyindən çıxmış və nəticədə o, əmlakından istədiyi kimi istifadə etməkdən, o cümlədən, ümid etdiyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, Cavabdeh1 ilə aralarında 10 dekabr 2021-ci il tarixdə mübahisəli evin alqı-satqısı barədə şifahi razılaşma olmuş və cavabdeh evin razılaşdırılmış 35000 manat dəyərindən ona beh kimi 2000 manat pul vermiş və əlavə şərtə görə təxminən iki həftədən sonra, yəni 25-26 dekabr tarixlərində Cavabdeh2 toyundan yığılan vəsaitin hesabına evin ödənilməmş qalan pulunu, başqa sözlə, 33000 manatını ona ödəməli idi. Lakin, Cavabdeh1 toydan sonra evin razılaşdırılmış dəyərindən qalan 33000 manatı deyil, 10000 manat pul gətirərək, toydan ziyanla çıxmasını və tezliklə qalan pulu düzəldib verəcəyini demişdir. Amma cavabdeh yenə də, verdiyi sözü tutmayaraq, 3 aydan sonra, yəni 2022-ci ilin mart ayında 7000 manat, bundan təxminən 3 həftə sonra, yəni 2022-ci ilin aprel ayında isə 2000 manat pul vermiş və qalan pulu da tezliklə düzəldəcəyini bildirmişdir. Lakin, cavabdeh sonuncu sözü verməsindən 5 ay sonra, ona başqa yerdə ev tapmasını, daha doğrusu, bacısı oğlunun evini alacağını, bununla da, 2022-ci ilin sentyabr ayında evi almaq istəmədiyini və ödədiyi 21000 manat pulun ona bir dəfəyə qaytarılmasından sonra evdən çıxacağını bildirmişdir. Cavabdehin alqı-satqı ilə əlaqədar hərəkətlərinin əlamətləri ilə müəyyən olunur ki, o, oğlu olan digər Cavabdeh2 toy mərasimindən sonra gəlinini gətirməyə evi olmaması səbəbindən evindən müvəqqəti istifadə etmiş və bununla da, cavabdehlər tərəfindən evdə yaşamağa başladıqları vaxtdan hal-hazıradək evindən istədiyi kimi istifadəni məhdudlaşdırmış və o, ümid etdiyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, cavabdehlər Fəyyaz və Cavabdeh1, habelə sonuncunun arvadı Cavabdeh4 və Cavabdeh3 sözügedən evə köçdükləri vaxtdan hal-hazıradək yaşadıqları müddət ərzində həmin torpaq sahəsinin və evin mülkiyyətçisi İddiaçı ümid etdiyi gəlirdən məhrum olduğundan maddi zərərə məruz qalmışdır. Başqa sözlə, iddiaçı 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m fərdi yaşayış evini cavabdehlərə təhvil verərkən sonuncularla iddiaçı arasında evin dəyərinin 35000 manata razılaşdırılmasına baxmayaraq, cavabdeh tərəfindən həmin pulun 21000 manatı verilsə də, 14000 manatı ödənilməmişdir. Beləliklə, cavabdehlər evin alqı-satqısına dair üzərinə götürdüyü öhdəliyi pozaraq və əsassız şərtlər irəli sürərək, evi almaqdan imtina etməklə, oranı könüllü tərk etmək istəmirlər. Bununla da, cavabdeh təxminən 1 il ərzində ona evin 35000 manat dəyərindən ümumilikdə 21000 manat pul vermiş, razılaşmanı pozaraq ümid etdiyi 14000 manatı verməkdən imtina edir. Hazırda mübahisəli evə münasibətdə oxşar şəraiti olan komfortlu evin kirayə haqqı 200 manat təşkil etdiyindən, cavabdeh evdən çıxmaqla bərabər, iddiaçıya 1 (bir) il üzrə 2400 manat kirayə haqqını ödəməlidir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əsədov Adı̇ l Həcəmı̇ oğlu müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 09 dekabr 2021-ci il tarixdə Cavabdeh1la görüşərək evin qiymətini 35000 manata razılaşmış, həmin vaxt Cavabdeh1 ona beh kimi 2000 manat vermişdir. Notariusa gedərkən cavabdeh Niyazın üzərində pul olmamış, habelə sonuncu onun evini öz adına keçirib banka girov qoymaqla, ona pulun qalan hissəsini verəcəyini fikirləşmişdir. Evdə halhazırda cavabdehlər Fəyyaz, onun arvadı və qardaşı Nail qalırlar. Odur ki, bir daha iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan başqa, iddiaçı Adı̇ l Əsədov sonuncu məhkəmə iclasında iddiasını müdafiə etməklə, izahatına əlavə olaraq göstərdi ki, cavabdehlərə satdığı Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m sahədən ibarət 87 nömrəli fərdi yaşayış evinə görə öncə qalıq 14000 manat məbləğində pulu tələb etsə də, sonradan aralarında razılaşaraq endirim etmiş və hazırda 12000 manat pulun ona ödənilməsini istəyir. Bundan əlavə, cavabdehlər əvvəlcə həmin məbləğdə pulu ödəməyə razı olsalar da, sonradan həmin evdə qeydiyyata alınmış şəxslərin qeydiyyatdan çıxarıldıqdan sonra ödəyəcəklərini bildirmiş, nəticədə razılıq olmamışdır. Cavabdehlər tərəfindən ona həmin evə görə ödənilmiş 21000 manat puldan əlavə quraşdırılmış kondisioner üçün 500 manat olmaqla, ümumilikdə 21500 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2021-ci ilin noyabr ayının ortaları oğlu Fəyyaz ona Siyəzən şəhərində ev satılmasını bildirmiş, həmçinin həmin vaxt nişanlı olan oğlu Fəyyazın Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində olan evini satıb Siyəzən şəhərində ev almaq niyyətində olmuşlar. 2021-ci ilin noyabr ayının sonlarında iddiaçı ilə görüşüb evə baxdıqdan sonra qiyməti 34000 manata razılaşmış, əslində ev xoşuna gəlməsə də, oğlu Fəyyaz bəyəndiyi üçün almaq fikrində olmuşlar. İkinci dəfə iddiaçının evinə 2021-ci ilin dekabr ayında gələrək, 33000 manat pul təklif etsə də, İddiaçı pula ehtiyacının olmasını bildirdiyi üçün 1000 manat dəyəri olan mətbəx mebelinin qalması şərtilə, evin qiymətini 34000 manata razılaşmışlar. Evin sənədlərinə nəzər yetirdikdə, onların qaydasında olmasını görmüş, həmçinin iddiaçıdan soruşduqda, o, evdə başqa şəxslərin qeydiyyatda olmamasını ona bildirmişdir. Beləliklə, 2000 manat behi oğlu Ayaz 09 dekabrda 2021-ci il tarixdə iddiaçıya vermiş, habelə 31 dekabr 2021-ci il tarixədək artıq 14000 manat pulu sonuncuya vermiş, pulun qalan hissəsini isə toydan sonra notariusda alqı-satqı edərkən tam şəkildə iddiaçıya vermək niyyətində olmuşdur. İddiaçının arvadı evi tərk edərkən, razılaşmanın şərtlərini pozub mətbəx mebelini apardığına görə cəmi 33000 manat pul verməli idi. Toydan sonra notariusa getməli olsalar da, oğlu Fəyyaz ona zəng edərək, sözügedən evdə başqa şəxslər qeydiyyatda olduğu üçün ora gəlməməsini istəmişdir. İddiaçı evi tərk edəndən sonra onlar oranı tam şəkildə təmir etdirmişlər ki, bunu qonşular və ustalar təsdiq edə bilərlər. Bundan başqa, İddiaçı notariusda oğlundan 500 manat pul almışdır. Həmçinin, alqı-satqı iddiaçının günahı ucbatından, yəni evdə kənar şəxslərin qeydiyyatda olması, habelə onlardan birinin axtarışda olması ilə əlaqədar baş tutmamışdır. Toydan sonra 31 dekabr 2021-ci ilədək 1000 manat, axırıncı dəfə 02 yanvar 2022-ci il tarixdə isə 7000 manatı iddiaçıya vermişlər. 2022-ci ilin aprel ayının sonları iddiaçı onu evlə bağlı söhbət etməyə çağırsa da, o, getməmişdir. Sonradan iddiaçının arvadı ilə sonuncunun qızına məxsus evdə görüşüb söhbətləşmiş, həmin vaxt iddiaçının arvadı alqısatqının baş tutmamasını bildirdikdə, o, razılaşmayaraq, təmirə xeyli vəsait xərclədiyini qeyd etmişdir. Həmçinin, iddiaçının arvadı pulu hissə-hissə qaytaracaqlarını bildirdikdə, o, buna qəti etiraz etmişdir. Bundan başqa, əvvəlki məhkəmə iclası zamanı Cavabdeh1 vaxt veriləcəyi təqdirdə, aralarındakı mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışacaqlarını bildirsə də, sonuncu məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərdi ki, 09 dekabr 2021-ci il tarixdə mübahisəli evin açarlarını təhvil alaraq evə daxil olmuş, həmin tarixdən oğlu Cavabdeh2 və gəlini X2 mütəmadi olaraq orada yaşamış, bəzi hallarda isə digər oğlu Cavabdeh3 da orada qalmışdır. Özü həmin evdə bir gün belə qalmamış və hazırda Siyəzən rayonunun Məşrif kəndində arvadı Nərminə Şərifova ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m sahədən ibarət 87 nömrəli fərdi yaşayış evinə dair sənədlər iddiaçı tərəfindən tam şəkildə hazırlandıqdan sonra sonuncuya qalıq 12000 manat məbləği ödəməyə, əks halda isə evi alarkən öz şəxsi vəsaiti hesabına ödədiyi 21500 manat məbləğində pul və sözügedən evin təmiri üçün çəkdiyi 4000 manatdan çox xərcin əvəzi ona qaytarıldıqdan sonra evdən çıxmağa razıdır. Ötən məhkəmə iclasında İddiaçı 14000 manat pulu ödəməli olduqlarını bildirsə də, iclasdan sonra öncədən aralarında olan razılığa əsasən 12000 manat məbləğində pulu ödəyəcəyinə dair yenidən razılığa gəlmişlər. O, arvadı Gülşən Şamilova ilə birlikdə mübahisəli evdə yaşasa da, qardaşı Cavabdeh3 ayda 3-4 dəfə qonaq kimi həmin evə gəlib orada qalır. Belə ki, qardaşı Cavabdeh3 restoranlarda ofisiant kimi işlədiyindən toy mərasimləri olduqda həmin günlər ərzində ardıcıl bir neçə gün, hətta ayda 10-15 gün olmaqla, onun evində yaşayır. Bundan əlavə, iddiaçı Adı̇ l Əsədov tərəfindən iddia üzrə tələb olunan qaldığı günlərin əvəzi olaraq hesablanmış kirayə haqqı ilə razı deyildir. Belə ki, o həmin evdə kirayə yaşamamış, habelə aralarında olan razılaşmaya əsasən iddiaçı həmin evi onlara satdıqdan sonra qızının yanına köçməli və ya yeni mənzil almalı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Şamı̇ lov Naı̇ l Nı̇ yaz oğlu və Şamı̇ lova Nərmı̇ nə Mı̇ rzağa qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 24 avqust 2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Sabir küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,9 kv.m yaşayış, 50,4 kv.m köməkçi sahədən ibarət 87 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan “X1” MMC-nin 23 dekabr 2022-ci il tarixli, 02-202/22 nömrəli fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı barədə arayışdan görünür ki, Siyəzən şəhəri, Sabir küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,9 kv.m yaşayış, 50,4 kv.m köməkçi sahədən ibarət 87 nömrəli fərdi yaşayış evi və yaxın ətraf ərazidə yerləşən yaxşı təmirli fərdi yaşayış evlərinin hazırkı tarixə orta aylıq kirayə dəyəri 300 manat təşkil edir. İşdə olan 20 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi üzrə 144 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə iclasında proses iştirakçılarının izahatları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflərin Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m sahədən ibarət mübahisəli 87 nömrəli fərdi yaşayış evinin alqı-satqısına dair aralarında şifahi razılıq əldə etmələrinə, həmçinin bu evə görə cavabdeh Fəyaz Şamilov tərəfindən İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 21500 manat məbləğində pul ödəməsinə baxmayaraq, sonradan mübahisəli evin alqı-satqısı üçün sənədləşdirmə məsələsi ilə bağlı tərəflər arasında yaranmış fikir ayrılığı nəticəsində onlar arasında olan razılaşma pozulmuş, habelə mübahisə yaranmışdır. Eyni zamanda, İddiaçı 09 dekabr 2021-ci il tarixdən cavabdehlər Fəyaz və Cavabdeh3lara mülkiyyətindəki mübahisəli evdə müvəqqəti yaşamalarına icazə verdiyi, sonuncuların isə hazırkı vaxtda da orada yaşadıqları məlum olmuşdur. İddiaçı mülkiyyətindəki daşınmaz əmlakdan çıxmaları üçün cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncular bundan imtina etmişlər. Cavabdehlər Fəyaz və Cavabdeh3lar mübahisəli fərdi yaşayış evində yaşasalar da, həmin evə dair hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Buna baxmayaraq, iddiaçının həmin evə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalı, o cümlədən cavabdehlər Fəyaz və Cavabdeh3lar Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m sahədən ibarət 87 nömrəli fərdi yaşayış evindən çıxarılmalıdırlar. Eyni zamanda, İddiaçı mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən istifadə edə bilməməsi onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Odur ki, İddiaçı normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməli, həmçinin cavabdehlər Fəyaz və Cavabdeh3lar mübahisəli fərdi yaşayış evindən çıxarıldıqdan sonra iddiaçı Adı̇ l Əsədov ora köçürülüb, həmin ev onun sahibliyinə qaytarılmalıdır. Digər cavabdehlər Nı̇ yaz Şamı̇ lov və Nərmı̇ nə Şamı̇ lovaya münasibətdə isə qeyd olunur ki, sonuncular mübahisəli evdə heç vaxt yaşamamış, habelə ora köçməyərək, bu və ya digər formada bağlılıqları olmamışdır. Bu səbəbdən də, işin mübahisələndirilməyən sözügedən halı iddianın cavabdehlər Nı̇ yaz Şamı̇ lov və Nərmı̇ nə Şamı̇ lovaya münasibətdə öz əhəmiyyətini itirməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Digər tərəfdən, cavabdehlər Fəyaz və Cavabdeh3lar mübahisəli fərdi yaşayış evində yaşadıqları müddət ərzində oranın mülkiyyətçisi İddiaçı ümid etdiyi gəlirindən məhrum olmuş, bununla da, zərərə məruz qalmışdır. Belə ki, o, mübahisəli evi cavabdehlər Fəyaz və Cavabdeh3lara təhvil verərkən oranın əldə edilməsi üçün ödənilməli məbləğin 21500 manatı ödənilmiş, 12000 manatı isə ödənilməmiş, dəfələrlə edilmiş müraciətlər isə nəticə verməmişdir. Bundan əlavə, müvafiq mütəxəssis arayışı əsasında İddiaçı mülkiyyətindəki fərdi yaşayış evinin kirayə haqqı hazırkı orta bazar qiymətlərinə uyğun olaraq 300 manat müəyyən edilmişdir. Beləliklə, cavabdehlər Fəyaz və Cavabdeh3lar mübahisəli fərdi yaşayış evindən çıxarıldıqdan sonra oranın mülkiyyətçisi İddiaçı sonuncunun həmin dövr üçün itirdiyi gəlirin əvəzi, zərər ödənilməlidir. Bununla belə, maddi zərərin əvəzinin aylıq 200 manatdan hesablanmaqla tutulması xahiş edildiyindən, eləcə də qətnamə verilən tələbdən kənara çıxılmamaq şərti ilə çıxarıldığından mütəxəssis arayışı ilə müəyyən edilmiş məbləğin qalan hissəsi nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı Əsədov Adı̇ l Həcəmı̇ oğlunun mülkiyyətində olan, Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m sahədən ibarət 87 nömrəli fərdi yaşayış evi cavabdehlər Şamı̇ lov Fəyyaz Nı̇ yaz oğlu və Şamı̇ lov Naı̇ l Nı̇ yaz oğlu tərəfindən boşaldılaraq, sonuncular oradan çıxarılmaqla, iddiaçı Adı̇ l Əsədov ora köçürülüb, həmin ev onun sahibliyinə qaytarılmalı, cavabdehlər Fəyyaz Şamı̇ lovdan və Naı̇ l Şamı̇ lovdan müştərək qaydada iddiaçı Adı̇ l Əsədovun xeyrinə 2179,82 manat maddi zərərin əvəzi, eləcə də ödənilmiş 144 manat dövlət rüsumunun 91 %-i, yəni 131,04 manatı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Əsədov Adı̇ l Həcəmı̇ oğlunun mülkiyyətində olan, Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 106,30 kv.m sahədən ibarət 87 nömrəli fərdi yaşayış evi cavabdehlər Şamı̇ lov Fəyyaz Nı̇ yaz oğlu və Şamı̇ lov Naı̇ l Nı̇ yaz oğlu tərəfindən boşaldılaraq, sonuncular oradan çıxarılmaqla, iddiaçı Adı̇ l Əsədov ora köçürülüb, həmin ev onun sahibliyinə qaytarılsın. Cavabdehlər Şamı̇ lov Fəyyaz Nı̇ yaz oğlundan və Şamı̇ lov Naı̇ l Nı̇ yaz oğlundan müştərək qaydada iddiaçı Adı̇ l Əsədovun xeyrinə 2179,82 (iki min yüz yetmiş doqquz manat 82 qəpik) manat maddi zərərin əvəzi, eləcə də ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun 91 %-i, yəni 131,04 (bir yüz otuz bir manat 04 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar