Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-547/2021 06.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin və adının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adına Şabran rayonunda tərtib edilmiş doğum haqqında akt qeydinin ad qrafasında “Qəhrəman”dan “Saleh”ə, doğum tarixi qrafasında “10 oktyabr 1958”-dən “xx xxxxxx 1958”-ə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində adının “Qəhrəman” əvəzinə “Saleh”, doğum tarixinin 10 oktyabr 1958-ci il əvəzinə, xx xxxxxx 1958-ci il kimi göstərilməsi, bu tarixin həmin qeydin qeydə alınma tarixi kimi nəzərə alınması, həmçinin ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1958-ci il tarixdə Şabran rayonunun Şahnəzərli kəndində doğulmuşdur. 1958-ci ildə Şabran rayonunda onun adına akt qeydi tərtib edilən zaman adı “Saleh” əvəzinə, səhvən “Qəhrəman”, doğum tarixi “xx xxxxxx 1958-ci il” əvəzinə səhvən “10 oktyabr 1958ci il” kimi yazılmışdır. O, doğum haqqında şəhadətnaməsinin itməsi səbəbindən yeni şəhadətnamənin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmiş, habelə bu zaman ona doğum akt qeydində yanlışlıqların olduğu məlum olmuşdur. Bundan sonra, akt qeydinə düzəliş edilməsi üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən düzəliş üçün heç bir əsas olmaması bildirilməklə, ona imtina məktubu təqdim edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuş, bu səbəbdən də doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum akt qeydində yol verilmiş yanlışlıq hazırda şəxsiyyəti ilə bağlı bəzi hüquqlarının həyata keçirilməsinə mane olur. Bununla da, qeyd edilən faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 izahatında ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğlu olmaqla, sonuncunun xx xxxxxx 1958-ci il tarixdə doğulması yadındadır və ona Qəhrəman deyil, Saleh adı qoyulmuşdur. Əmisi oğlu Salehlə eyni kənddə yaşamaqla, eyni məktəbdə təhsil almışlar. Bütün kənd sakinləri və oxuduqları məktəbin şagirdləri əmisi oğlunun adını Saleh bilmiş və sonuncuya bu adla müraciət etmişlər. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən 04 avqust 1987-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 327846 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü Ərizəçi ilə 29 yanvar 1963-cü il təvəllüdlü X4 04 avqust 1987-ci il tarixdə, 101 saylı akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əbilova" soyadı verilmişdir. İşdə olan mötəbər sənədlərin surətlərindən, o cümlədən şəxsiyyəti təsdiq edən sənədin, hərbi biletin, səkkizillik təhsil haqqında şəhadətnamənin və diplomun surətlərindən görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. İşdə olan Maraqlı şəxs 04 avqust 2021-ci il tarixli, 169 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün heç bir əsas olmadığı üçün ərizə təmin edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş 10 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi ərizəyə məhkəmədə baxılması üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 339-cu maddəsinin İ hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Qeyd olunan Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Yenə bu Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə doğulması şahid ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, eyni zamanda həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməklə, xx xxxxxx 1958-ci il tarixdə doğulmuş Ərizəçi doğum tarixi 10 oktyabr 1958-ci il tarixi, adının “Qəhrəman” kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmaması müəyyən edilməli, doğum akt qeydində Ərizəçi doğum tarixi xx xxxxxx 1958-ci il, adı “Saleh” göstərilməli, bu tarix həmin qeydin qeydə alınma tarixi, “Saleh” adı isə əsl ad kimi nəzərə alınmalı, həmçinin Ərizəçi doğum haqqında yeni şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. xx xxxxxx 1958-ci il tarixdə doğulmuş Ərizəçi doğum tarixi 10 oktyabr 1958-ci il tarixi, adının “Qəhrəman” kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmaması müəyyən edilsin. Doğum akt qeydində Ərizəçi doğum tarixi xx xxxxxx 1958-ci il, adı “Saleh” göstərilsin, bu tarix həmin qeydin qeydə alınma tarixi, “Saleh” adı isə əsl ad kimi nəzərə alınsın, həmçinin Ərizəçi doğum haqqında yeni şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-547/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-547/2021
06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver