Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-64/2024 16.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər Cavabdeh, X3, X10, maraqlı şəxs, eləcə də də digər maraqlı şəxslər Zeynab Tahirovanın (Poladovanın) və Xanım İlyasovanın nümayəndəsi X6 iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan mirası qəbul etmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qanun üzrə birinci növbə vərəsəsi olduğu, mərhum anası X2, mülkiyyətində olmuş, 23 aprel 2006-cı il tarixdə onun ölümü nəticəsində açılmış miras əmlak kütləsinə daxil olan, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilində miras açılan aprel 2006-cı il tarixdən, maraqlı şəxs tərəfindən evdən zorla qovulana kimi, yəni 2019-cu ilə kimi yaşamaqla əmlaka sahiblik edərək və onu idarə etməyə faktiki başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum anası X4 02 noyabr 1954-cü il tarixdə mərhum atası X19 ilə rəsmi nikaha daxil olmaqla, evlənmiş, onların bu nikahından on övladları doğulmuş, övladlardan biri X20 anasından sonra ölmüş, digər doqquzu isə hal-hazırda sağdırlar. X35 anası Nənəxanım Tahirovadan əvvəl, sonuncu isə 23 aprel 2006-cı il tarixdə ölmüşdür. X14 ölümündən sonra mülkiyyət hüququ ilə sonuncuya məxsus olmuş Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın dörd otaqdan ibarət 18-ci mənzili ondan miras qalmış, habelə mərhum anası mirasla əlaqədar vəsiyyətnamə qoymamışdır. O, X14 ölümündən sonra miras əmlak hesab olunan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın dörd otaqdan ibarət 18-ci mənzildə, bu mənzil mərhum X35 tərəfindən alındığı 1981-ci ildən, ailə həyatı qurana, yəni 2001-ci ilə kimi yaşamışdır. 2001-ci ildə ailə həyata qurandan sonra oradan ər evinə gəlin köçərək, mart 2003-cü ilə, yəni nikahı pozulana kimi ər evində yaşamış, boşanandan sonra bir qızı ilə birlikdə yenidən sözügedən mənzilə qayıdaraq anası Nənəxanımla birgə yenidən mart 2003-cü ildən 2019-cu ilə kimi həmin mənzildə yaşamaqla, 2006-cı ildə ölmüş anasından qalma miras əmlak kütləsinə daxil olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın dörd otaqdan ibarət 18-ci mənzilini birinci növbə qanun üzrə vərəsə kimi qəbul etmişdir. Belə ki, miras qoyan mərhum X14 2006-cı ildə ölümü nəticəsində açılmış miras kütləsinə daxil olan həmin mənzili 2003-cü ilin mart ayından, yəni hələ anasının sağlığında onunla birlikdə yaşayaraq, xəstə anasına, ölənə kimi qulluq etməklə, onun ölümündən, yəni 23 aprel 2006-cı il tarixdən, qardaşı Cavabdeh onu zorla oradan çıxarıb küçəyə atdığı 2019-cu ilin mart ayına kimi yaşamaqla, faktiki sahiblik və idarə etməklə qəbul etmişdir. Bu faktı ondan başqa digər vərəsələr də təsdiq edə bilərlər. Eyni zamanda, anasından miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi ərizəsinə əlavə olunmuş, qanuni qüvvəyə minmiş Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi də sübut edir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsində iddiaçılar Cavabdeh və Sünbülə Tahirova onu iddia tələbinə cavab verməli şəxs hesab edərək, mülki iş üzrə cavabdeh qismində tanımış və qətnamədə həqiqətən də miras mənzildə onun hələ anasının sağlığında yəni, 2003-cü ilin mart ayında nikahı pozulandan sonra sonuncu və qızı birlikdə yaşaması, 23 aprel 2006-cı il tarixdə anasının ölümündən sonra isə xəstə qızı ilə birlikdə miras qalmış həmin mənzildə yaşamaqla, 2019cu ilə kimi miras əmlaka faktiki sahiblik və onu idarə etməklə, mirasın onun tərəfindən qəbul edilməsi faktı araşdırılmış, qiymətləndirilmiş və öz əksini tapmışdır. Belə olan halda, tələbinin predmetinə aid olan bu fakt Azərbaycan Respublikası MPM-nin “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanan 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt kimi həmin işdə iştirak edən şəxs tərəfindən hazırkı məhkəmə prosesində mübahisələndirilməməli və yenidən sübut edilməməlidir. Bununla əlaqədar o, mirasın qəbulu ilə bağlı ərizə ilə Siyəzən rayon dövlət notariat ofisinə müraciət edərək, ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, həmin ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanmışdır. Sorğusuna cavab verən Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Kamran Muradov 17 noyabr 2023-ci il tarixli məktubunda, 23 aprel 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar digər vərəsəsi Cavabdeh ilə aralarında yaranan ixtilaflar ilə bağlı yazılı ərizəsində qeyd etdiklərinə cavab olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmənin baxdığını, bununla əlaqədar məhkəməyə müraciət edə biləcəyini qeyd etmişdir. O, hazırda bir qızı ilə birlikdə kirayədə çox böyük çətinliklə yaşayır. Belə ki, iş yerindən aldığı əmək haqqı ev kirayəsinə, dərman puluna və dolanışıqlarına belə çatmır. Bir daha bildirir ki, onun qızı ilə birlikdə yaşamaq üçün yeri, evi yoxdur, kirayədə qalmaq üçün isə maddi imkanı yoxdur. Qeyd etdiyi kimi o, mərhum anası Nənəxanım Tahirovadan miras qalmış, mənzildə anasının hələ sağlığında 2003-cü ildən, yəni onun ömrünün sonlarına qədər onunla birlikdə yaşayaraq, ona qulluq etməklə, anası ölən aprel 2006-cı il tarixdən sonra isə uzun illər yəni, 2019-cu ilə kimi təxminən 16 il miras mənzildə xəstə qızı ilə birlikdə yaşamaqla mirası faktiki qəbul etsə də, savadsızlığı ucbatından mirası faktiki qəbul etməsi barədə müvafiq hüquqi sənədlər və nəhayət mülkiyyət hüququnu təsdiq edən çıxarış almaması səbəbindən, Cavabdeh 2019-cu ildə ona qarşı “mənzilə köçürülməklə oradan maneəsiz istifadə etmələri” barədə iddia tələbi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və bu məhkəmənin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməklə, Cavabdeh və X8 övladları 03 mart 2003cü il təvəllüdlü Aydan, 11 iyun 2004-cü il təvəllüdlü Aynur, 07 iyul 2005-ci il təvəllüdlü Eldəniz ilə birlikdə Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzilinə köçürülməklə oradan maneəsiz istifadə etməsini qət edilmişdir. Məhkəmənin bu qətnaməsindən sonra qardaşı Cavabdeh öz ailə üzvləri ilə birlikdə sözügedən mübahisəli evə yerləşdirildikdən sonra, sonuncu dörd otaqlı mənzilin onların istifadə etdikləri hər iki otağının qıfıllarını dəyişdirərək, onu və qan xəstəliyindən əziyyət çəkən qızını küçəyə atmışdır. Hal-hazırda Cavabdeh həmin mənzildə arvadı və oğlu ilə birlikdə yaşayır, onun qızları Aydan və Aynur isə ailə həyatı quraraq ər evinə köçmüşlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum valideynlərinin ondan əlavə dörd qızı və beş oğlu olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Məhz qərar qəbul edilərkən həmin qərarın tələblərinin diqqətə alınmasını, habelə onun müddəalarının tətbiq edilməsini rica edir. O, miras əmlaka münasibətdə maraqlı şəxslərin, o cümlədən Cavabdeh payına müdaxilə etmir, yalnız öz payına aid hissədə mirası qəbul etməsi faktının müəyyən edilməsini xahiş edir. Sonradan maraqlı şəxslərdən kimsə payını ona bağışlayacaqsa, buna da etiraz etməyəcəkdir. Maraqlı şəxs Cavabdeh narahatçılığını anlayır, habelə miras əmlakı onun əlindən almaq kimi niyyətinin olmadığını, sadəcə vərəsə kimi miras payını istədiyini bəyan edir. Odur ki, göstərilən halları nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh ərizəyə etiraz edərək, izahatında göstərdi ki, Ərizəçi bundan əvvəl üç dəfə məhkəməyə miras payı ilə bağlı iddia ərizəsi ilə müraciət edərək, əmlakın bərabər paylara bölünməsini istəmiş, habelə, həmin məhkəmə proseslərində Ərizəçi, onun tərəfindən evdən qovulmadığını, özü sözügedən mənzildə yaşamaq istəmədiyini bildirmişdir. O, hazırda da ərizəçinin həmin mənzildə yaşamasına etiraz etmir. Həmçinin, bildirir ki, Ərizəçi anaları Nənəxanım Tahirova öldükdən sonra Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 nömrəli binanın 18-ci mənzilində yaşamağa başlasa da, analarının sağlığında orada daimi yaşamamaqla, mənzilə gəlib-getmişdir. Odur ki, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər X9, X21, həmçinin maraqlı şəxs, eləcə də digər maraqlı şəxslər Zeynab Tahirovanın (Poladovanın) və Xanım İlyasovanın nümayəndəsi X11 isə ərizəni qəbul edərək, hər biri ayrı-ayrılıqda izahatlarında Ərizəçi miras əmlakı ona düşən pay həcmində qəbul etməsi ilə razı olduqlarını və bu barədə qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Digər maraqlı şəxslər X17, X18, X7, X15, X22, X24 və Siyəzən rayon Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə sözügedən maraqlı şəxslərin, o cümlədən nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 04 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 101956 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X19, anası X4 olan Ərizəçi xx xxxxxxxx 1976-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Abşeron rayon X5 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 09 mart 2006-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 48 saylı evin ümumi sahəsi 76,3 kv.m-dən ibarət 4 yaşayış otaqlı 18-ci mənzili mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 10 may 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 176231 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 aprel 2006-cı il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 may 2006-cı il tarixdə, 55 nömrəli qeyd aparılmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(059)-120/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh və X8 övladları 03 mart 2003-cü il təvəllüdlü Aydan, 11 iyun 2004-cü il təvəllüdlü Aynur, 07 iyul 2005-ci il təvəllüdlü Eldəniz ilə birlikdə Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzilinə köçürülməklə, oradan maneəsiz istifadə etmələri qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(059)-388/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh və X12 qarşı "cavabdehlərdən kompensasiya məbləğinin alınıb ona verilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(059)-96/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin 17 oktyabr 2023-cü il tarixli, 333 nömrəli məktubundan görünür ki, mərhum anaları X1 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə Cavabdeh ilə aralarında ixtilaflar olduğuna görə vərəsə Ərizəçi məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan 24 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin faktiki halları, eləcə də məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla, o cümlədən qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildi ki, Ərizəçi 1981-ci ildə mərhum atası X30 şəhəri, T.İsmayılov küçəsi ev 48, mənzil 18 ünvanında 4 otaqdan ibarət mənzili aldıqdan sonra həmin mənzilə köçmüş, evləndikdən sonra digər bacıqardaşları kimi o, da mübahisəli ünvandan başqa yaşayış evinə köçsə də, nikahı 2003-cü ildə pozulduqdan sonra həmin ilin mart ayından etibarən miras kütləsini təşkil edən sözügedən mənzilə qayıtmış və qızı Fatimə Novruzova ilə bu mənzildə yaşamağa başlamış, həmçinin Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh, sonuncunun arvadı Sünbülə Tahirovanın övladları Aydan, Aynur, Eldəniz ilə birlikdə həmin mənzilə köçürülməklə, oradan maneəsiz istifadə etmələri qət edilmişdir. Hətta, hazırda inkar etməsinə baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019cu il tarixli qətnaməsindən də göründüyü kimi Cavabdeh bacısı Ərizəçi 2003-cü ilin mart ayından etibarən əri ilə nikahları rəsmi qaydada pozulduqdan sonra anasının razılığı ilə sözügedən mənzildə yaşamağa başladığını qeyd etmiş, habelə bu hal onun tərəfindən həmin vaxt etirazsız etiraf edilmişdir. Bununla da, Ərizəçi mərhum anası Nənəxanım Tahirovadan miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilinə münasibətdə həmin əmlakı ona düşən pay həcmində faktiki qəbulu ilə bağlı zəruri hərəkətləri şəksiz nümayiş etdirməklə, bu barədə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmiş, lakin, müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də ərizəçi mirasın ona düşən pay həcmində qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət, o cümlədən miras əmlakı ona düşən pay həcmində qəbul etməsinin məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt olaraq müəyyən edilməsini xahiş etməsi digər vərəsələrin həmin əmlaka münasibətdə hüquqlarını məhdudlaşdırmamış, bununla əlaqədar ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisə yaranmamış, həmçinin maraqlı şəxs Cavabdeh bu faktın müəyyən edilməsinə etirazı isə miras əmlaka dair hüquqla bağlı mübahisə kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 saylı qərarına əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə onun mərhum anasından miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilini ona düşən pay həcmində faktiki qəbul etməsini şəksiz nümayiş etdirməsi təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Ərizəçi mirası qəbul etməsi faktının müəyyən edilməsi, digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Mərhum anası X1 miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı binanın 4 yaşayış otağından ibarət 18-ci mənzilinə münasibətdə Ərizəçi mirası qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-64/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-64/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver