Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-661/2022 28.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətindəki fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətindəki fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 200 manat olan 1 ədəd yataq taxtının, qiyməti 50 manat olan 1 ədəd termonun, qiyməti 100 manat olan 1 ədəd şifonerin, qiyməti 200 manat olan 1 ədəd dolabın, qiyməti 400 manat olan 1 ədəd divanın (üstündə 7 ədəd yastıqla birlikdə), qiyməti 50 manat olan 1 ədəd televizor altının, qiyməti ümumilikdə 40 manat olan 2 ədəd gecə lampası altlığının, qiyməti ümumilikdə 30 manat olan 2 ədəd gecə lampasının, qiyməti 20 manat olan 1 ədəd kiçik tumbanın, qiyməti 60 manat olan 1 ədəd xalçanın (1m x 2m), qiyməti 200 manat olan 1 ədəd xalçanın (2m x 3m), ümumilikdə 1350 manat dəyərində əşyaların cavabdeh tərəfindən sonuncunun hesabına Siyəzən şəhərinin X3 küçəsindəki 12 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçı iddiadan imtina etməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən bütün əşyaların cavabdeh tərəfindən 23 dekabr 2022-ci il tarixdə ona məxsus evdən götürüldüyünü göstərib, buna görə də iddiadan imtina etdiyini qeyd etmiş, habelə bununla əlaqədar iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etməklə, iddiadan imtinanın əsasları və nəticələrinin ona aydın olduğunu bildirmişdir. İddiaçı və üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iclasın iddiaçının və üçüncü şəxsin iştirakları olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən Cavabdeh da, məhkəməyə ərizə təqdim edərək, özünə aid əşyaları iddiaçının evindən götürdüyünü göstərib, iş üzrə icraata xitam verilməsinin əsasları və hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etməklə, mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında 23 dekabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, cavabdeh həmin tarixdə iddiaçıya aid evdən özünə məxsus cehiz əşyalarını təhvil almışdır. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən iddia ərizəsi üzrə İddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu sonuncuya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddəərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətindəki fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin və İddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın dövlət rüsumunun İddiaçı qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Siyəzən rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-661/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-661/2022
28.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver