Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-70/2021 07.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi X4, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "cavabdehə məxsus olan cehiz əşyalarının evdən çıxarılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X12 qarşı "cavabdehin və ona məxsus cehiz əşyalarının evdən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və sonuncuya məxsus cehiz əşyalarının onun mülkiyyətindəki Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin və sonuncuya məxsus cehiz əşyalarının, o cümlədən qonaq otağı mebel dəstinin (qorkanın, kamodun, masanın və 6 ədəd stulun), şüşə televizor altlığının, 1 ədəd "Samsung" markalı televizorun, şüşə materialdan olan jurnal masasının, Türkiyə istehsalı olan "Saloğlu" markalı divanın, Türkiyə istehsalı olan yataq otağı mebel dəstinin (taxtın, şifonerin, termonun və 2 ədəd tumbanın), 1 ədəd "İndesit" markalı soyuducunun, servisin, qab-qacağın və mətbəx əşyalarının iddiaçının mülkiyyətindəki Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbini qalan hissədə müdafiə etməklə, iddia tələbinin həcmini cehiz əşyalarına münasibətdə artırmaqla, mübahisəli ünvandan çıxarılmalı olan əşyaların siyahısına 12 nəfərlik servisin və 1 ədəd "Siemens" markalı paltaryuyan maşının da əlavə edilməsini xahiş etmiş, eyni zamanda cavabdehin soyadının "Nəzərova" soyadına dəyişdirilməsinin nəzərə alınmasını rica etmişdir. Bundan əlavə, iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının, o cümlədən qonaq otağında qalmış qorkanın, kamodun, yataq otağındakı taxtın və yataq ləvazimatlarının, habelə yorğan-döşəyin iddiaçının mülkiyyətindəki Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi Venera Əskərova iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən şəhəri, B.Dəmirov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evi iddiaçının tam mülkiyyətində olmaqla, sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə iddiaçının oğlu Həmdulla Hüseynov xx xxx 2009-cu il tarixdə rəsmi nikah bağlamış, xx xxxx 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra cavabdeh sözügedən evə gəlin köçmüş, habelə bu nikahdan onların Əli adlı bir övladları doğulmuşdur. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu, üçüncü şəxs Həmdulla Hüseynovla cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçı toydan sonra oğlu və keçmiş gəlninə müvəqqəti olaraq ona məxsus olan evdə yaşamağa icazə vermiş, nikah pozulduqdan sonra bir neçə dəfə cavabdehdən ona məxsus olan evi boşaltmasını tələb etsə də, sonuncu nəinki evi boşaltmış, hətta iddiaçını ölümlə də hədələmişdir. Yalnız iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, cavabdeh özü könüllü qaydada, yəni 2021-ci ilin fevral ayında Siyəzən şəhəri, B.Dəmirov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evini tərk etmişdir. Əlavə olaraq qeyd edir ki, cavabdeh iddiaçının evini tərk edərkən cehiz əşyalarının böyük bir qismini özü ilə aparsa da, qonaq otağı mebelləri olan qorka və kamod, həmçinin Türkiyə istehsalı taxt və yataq ləvazimatları (yorğan-döşək) hazırda iddiaçının evində qalmaqdadır. Cavabdehin mübahisə predmeti olan evi məcburiyyət qarşısında tərk etməsi barədə dedikləri həqiqətəuyğun deyildir. Belə olsa idi, cavabdeh polis və ya prokurorluq orqanlarına müraciət etmiş olardı. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının oğlu Həmdulla Hüseynovla xx xxx 2009-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, xx xxxx 2009-cu il tarixdə keçirilmiş toy mərasimindən sonra isə hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Bu nikahdan xx xxxxxxx 2011-ci il tarixdə Əli adlı övladları da vardır. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Həmdulla Hüseynovla aralarında olan nikah pozulmuşdur. Qeyd edir ki, 6 otaq və bir mətbəxdən ibarət olan evin 1 otağı gəlin köçdüyü vaxtdan onun istifadəsində olsa da, iddiaçı tərəfindən edilmiş psixi təsirlər nəticəsində mübahisəli ünvanın açarları ondan alınmasa belə, xx xxxxxx 2021-ci il tarixdə həmin evi oğlu Əli ilə birlikdə tərk edərək, hazırda kirayələrdə qalmağa məcbur olmuşdur. Buna baxmayaraq, o, yenidən övladı ilə birlikdə mübahisəli ünvana qayıdıb, orada daimi yaşamaq istəyir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında göstərdi ki, iddiaçı onun anası, cavabdeh isə keçmiş arvadıdır. O, hazırda Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Keçmiş arvadı Cavabdeh da birgə nikahdan doğulmuş uşağı xx xxxxxxx 2011-ci il təvəllüdlü Əli ilə birlikdə 2021-ci ilin fevral ayınadək mübahisəli evdə yaşasa da, sonradan məcburiyyət qarşısında oranı tərk edib, kirayədə yaşamağa başlamışdır. O, övladının kirayələrdə yaşamasına razı deyildir, bu səbəbdən də, sonuncunun iddiaçı ilə birlikdə mübahisəli evdə yaşamasını istəyir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, torpağa mülkiyyət hüququna dair xx xxx 2006-cı il tarixli, JN seriyalı 761A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri X5 və onun ailə üzvləri X3, X1, X6 və X14 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə verilmiş 14a/602 nömrəli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışın surətindən görünür ki, X3 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər onun mərhum X7 aid olmuş Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət hüququnun qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Eyni zamanda arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. İşdə olan Siyəzən rayon X23 tərəfindən xx xxxxxx 2011-ci il tarixdə reyestrdə 2V- 173 və 2V-174 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, miras əmlakı vərəsəliyə qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx xxxxx 2010-cu il tarixdə ölmüş X5 xx xxxxxx 1972-ci il tarixdə ölmüş əri X7 məxsus olmuş Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum X15 rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsindəki paylarına münasibətdə X3 vərəsəlik hüququ təsbit edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi 1/5 hissədə X8, İddiaçı, X2, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan keçmiş Dəvəçi rayonu Siyəzən şəhər soveti tərəfindən xx xxxxx 1984-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 352379 nömrəli nikahın bağlanması, eləcə də Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 008476 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı əri Babək Hüseynov xx xxxxxx 2018-ci il tarixdə Qazaxıstan Respublikası Cənubi Qazaxıstan rayonunun Tülkübas şəhərində miokardın infarktından ölmüşdür. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə reyestrdə 2V-1295 və 3M-917 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də miras payın bağışlanma müqaviləsinin surətlərindən görünür ki, İddiaçı, X20 və X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüş Babək Hüseynovdan miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/5 hissəsinə vərəsəlik hüquqları təsbit edilmiş, habelə Aysel Əkbərova və Həmdulla Hüseynov öz paylarını anaları İddiaçı bağışlamışlar. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi 1/5 hissədə X8 və X2, 3/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxx 2020-ci il tarixli, 2(059)-365/2020 nömrəli qətnamədən görünür ki, X13 ilə X18 arasında Siyəzən rayon qeydiyyat şöbəsində xx xxx 2009-cu il tarixdə, 46 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxx 2011-ci il təvəllüdlü X9 anası X10 himayəsində və yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün X17 Hüseynovanın xeyrinə xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına görə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri məhrum X5 və onun ailə üzvləri mərhum X3, eləcə də, iddiaçı və üçüncü şəxslərin mülkiyyətinə verilmiş, xx xxxxxxx 2011-ci il tarixdə isə miras əmlakı vərəsəliyə qəbul etsə də, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx xxxxx 2010-cu il tarixdə ölmüş Gövhər Hüseynovanın xx xxxxxx 1972-ci il tarixdə ölmüş əri Həmdulla Hüseynova məxsus olmuş Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum Gövhər Hüseynovanın 0,06 ha torpaq sahəsindəki paylarına münasibətdə Babək Hüseynovun vərəsəlik hüququ təsbit edilmiş, habelə bu torpaq sahəsi 1/5 hissədə Aysel Hüseynova (Əkbərovanın), İddiaçı, Həmdulla Hüseynovun, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, xx xxxxxx 2012-ci il tarixdə Babək Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra, xx xxxxxx 2018-ci il tarixdə Babək Hüseynovun ölməsi ilə İddiaçı, Aysel Əkbərovanın və Həmdulla Hüseynovun mərhumdan miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/5 hissəsinə vərəsəlik hüquqları təsbit edilmiş, habelə Aysel Əkbərova və Həmdulla Hüseynov öz paylarını anaları İddiaçı bağışlamış, bununla da, xx xxxxxxxx 2019-cu il tarixdə miras əmlak üzərində vərəsələrin hüquqları qeydə alınmışdır. Buna qədər, yəni mübahisəli fərdi yaşayış evi xx xxxxxx 2012ci il tarixdə əvvəlcə İddiaçı mərhum əri Babək Hüseynovun adına qeydə alınana kimi sonuncuların oğlu Həmdulla Hüseynov xx xxx 2009-cu il tarixdə Cavabdeh ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, xx xxxx 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra sonuncu mübahisəli evə gəlin köçərək cehiz əşyalarını orada yerləşdirmişdir. Bundan sonra, tərəflər uzun müddət mübahisəli ünvanda etibarlı ailə münasibətlərində yaşamış, lakin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə X19 Nəzərova arasında nikah pozulduqdan sonra sonuncu ilə iddiaçı tərəf arasında mübahisələr, narazılıqlar yaranmışdır. Göründüyü kimi, cavabdeh xx xxxx 2009-cu il tarixdə mübahisəli Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə gəlin köçərkən bu ünvan bu və ya digər formada iddiaçının, habelə onun ailə üzvlərinin, o cümlədən mərhum ərinin adına dövlət qeydiyyatından keçməmiş, bununla da, tərəflərin mübahisəli ünvandan bərabər surətdə istifadə hüquqları mövcud olmuşdur. Beləliklə, tərəflər arasındakı hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixdən əvvəl yarandığından Cavabdeh Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evinə dair istifadə hüquqları mövcuddur və hazırda da saxlanmaqdadır. Belə olan halda, cavabdehə məxsus cehiz əşyalarının da, mübahisəli fərdi yaşayış evindən çıxarılması istisna olunur. Həmçinin, qeyd edilən fərdi yaşayış evinin mülkiyyətçisinin Cavabdeh mübahisəli ünvanda yaşamamasını, könüllü olaraq oranı cehiz əşyalarından bir qismini götürüb, tərk etməsini qeyd etməsinə baxmayaraq, sonuncunun daimi olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi, köçməsi və ya hər hansı bir qanuni əsasla yaşayış yerinə malik olması halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehin daimi olaraq yaşamaq üçün başqa yerə getməsini və buna görə də onun mübahisəli fərdi yaşayış evinə olan hüquqlarını itirdiyini bildirsə də, o, öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər əsaslandıra bilməmiş, sübuta yetirməmişdir. Bundan əlavə, cavabdehin özü də 6 otaq və bir mətbəxdən ibarət olan evin 1 otağının gəlin köçdüyü vaxtdan onun istifadəsində olsa da, iddiaçı tərəfindən edilmiş psixi təsirlər nəticəsində oranı xx xxxxxx 2021-ci il tarixdə oğlu Əli ilə birlikdə tərk edərək, hazırda kirayələrdə qalmağa məcbur olduğunu, lakin hazırkı vaxtda da ora qayıdıb, yaşamaq niyyətinin olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "cavabdehə məxsus olan cehiz əşyalarının evdən çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu da onu ödəyən şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "cavabdehə məxsus olan cehiz əşyalarının evdən çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-70/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-70/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver