Məhkəmə qərarları › İş №2(059)-72/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-72/2023

30.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-72/2023 30.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar Hı̇ lalova Fərı̇ zə İsmayıl qızının, İddiaçı2, Ağamalı̇ yeva Nı̇ sə İsmayıl qızının və Ağamalı̇ yeva Nəbı̇ bə İsmayıl qızının, cavabdeh Ağamalı̇ yev Məşhur İsmayıl oğlunun iştirakları ilə iddiaçılar Hı̇ lalova Fərı̇ zə İsmayıl qızının, İddiaçı2, Ağamalı̇ yeva Nı̇ sə İsmayıl qızının və Ağamalı̇ yeva Nəbı̇ bə İsmayıl qızının cavabdehlər Ağamalı̇ yev Məşhur İsmayıl oğluna və "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsinə qarşı "paylı mülkiyyətçilərə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə hesablanmış kompensasiyanın paylara uyğun bölünməsi və alan orqan tərəfindən onların payına mütənasib olaraq ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçılar Hı̇ lalova Fərı̇ zə İsmayıl qızı, İddiaçı2, Ağamalı̇ yeva Nı̇ sə İsmayıl qızı və Ağamalı̇ yeva Nəbı̇ bə İsmayıl qızı cavabdehlər Ağamalı̇ yev Məşhur İsmayıl oğluna və "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsə qarşı "paylı mülkiyyətçilərə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə hesablanmış kompensasiyanın paylara uyğun bölünməsi və alan orqan tərəfindən onların payına mütənasib olaraq ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətin mülkiyyətçilərinə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə hesablanaraq, "xxxx" ASC-nin Sumqayıt filialına köçürülmüş 17643,09 manat və 2654,39 manat olmaqla, cəmi 20207,48 manat məbləğində kompensasiyanın paylara uyğun 1/5 hissədə hər bir iddiaçıya müvafiq olaraq 3528,61 manat və 512,87 manat, cəmi 4041,48 manat olmaqla, bölünməsi və alan orqan, Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ publı̇ k hüquqı̇ şəxsi tərəfindən onlara (iddiaçılara) paylarına mütənasib olaraq ödənilməsi, həmçinin 138 manat dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı, 264 nömrəli dövlət aktına əsasən 5 müxtəlif ərazilərdə, müvafiq olaraq, 264 nömrəli sahə üzrə 12498,12 kv.m, 264 V nömrəli sahə üzrə 5453 kv.m, 264 S nömrəli sahə üzrə 9683 kv.m, 264 C nömrəli sahə üzrə 3599,86 kv.m, 264 L nömrəli sahə üzrə 8491,22 kv.m olmaqla, cəmi (hektarla) 3,97 ha. torpaq sahəsi mərhumlar X2, X8, eləcə də onların və cavabdeh Məşhur Ağamalı̇ yevin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Eyni zamanda, kənd ərazisindən keçəcək “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yuxarıda qeyd edilən 124,9812 sot və 97,0004 sot torpaq sahələrinin böyük hissəsi yolun tikintisi altına düşdüyünə, yəni göstərilən torpaq sahələrinin müəyyən hissəsi dövlət ehtiyacları üçün alınmaya məruz qaldığına görə torpaqlarının alınmaya məruz qalan hissəsi əvəzində hər bir mülkiyyətçinin payına uyğun pul kompensasiyası verilməli idi. Bu məqsədlə qardaşları, Cavabdeh1 onları bir yerə yığaraq, şəxsiyyət vəsiqələrini alıb, torpağın alqı-satqısı zamanı lazım olduğunu bildirmiş, az müddətdən sonra qardaşları Məşhurun onlara düşən kompensasiya pulunun cüzi bir hissəsini vermək istədiyi məlum olmuş, etiraz etdikdə isə müxtəlif bəhanələr gətirərək, onlar üçün çox şey etdiyini, guya onları ərə verərkən atalarının xərc çəkdiyini, həmçinin kiçik oğul olduğuna görə guya ata malı ona qalmalı olduğunu bildirmiş, əsassız bəhanələr gətirməyə başlamış, lakin, haqlarını, yəni onlara düşən torpaqların dəyərini ondan tam tələb edəcəklərini görüb, səhəri gün guya “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktını itirdiyini qeyd etmişdir. Nəhayət, paylı mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə qədər müvafiq, habelə məhkəmə müdafiə hüququndan istifadə etmiş, Siyəzən Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cəmi 3.97 ha. torpaq sahəsi üzərində onların və Cavabdeh1 hər birinin 1/7 hissədə olmaqla, payları müəyyən olunmuşdur. Paylar məhkəmə tərəfindən 1/7 hissədə müəyyən olunduğuna görə Cavabdeh1 yenə də alınmaya məruz qalan torpaq sahələri üçün verilən kompensasiyanın belə bölgüsünə razı olmayıb, kompensasiyanın alınmasına qərəzli maneçilik törətmişdir. Bununla belə, onlar cavabdehə güzəştə gedib, torpaqların satılmasına maneçilik törətməsin deyə, valideynlərinə məxsus cəmi 2/7 hissədə kompensasiya dəyərini, yəni kompensasiyanın (ata və ana payları daxil olmaqla) 3/7 hissəsini ona verməyi təklif etsələr də, cavabdeh bu təkliflə razı olmamış, bu səbəbdən də onlar vərəsəlik hüquqlarından istifadə edib, ata və analarına məxsus torpaq payları üzərində miras bölgüsünü həyata keçirmişlər. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə mərhum valideynləri X2 və X8 qeyd edilən torpaq sahələri üzrə 1/7 hissədə, cəmi 2/7 hissədə miras qalmış payları onların və Cavabdeh1 hər birinə 1/35 hissədə olmaqla müəyyən edilmişdir. Başqa sözlə, Siyəzən Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cəmi 3,97 ha. torpaq sahəsi üzərində onların və Cavabdeh1 hər birinə 1/7 hissədə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə mərhumlar İsmayıl Ağamaliyevin və Durna Ağamaliyevanın qeyd edilən torpaq sahələri üzrə 1/7 hissədə, cəmi 2/7 hissədə miras qalmış payları, onların və Cavabdeh1 hər birinə 1/35 hissədə müəyyən edilmiş, hər iki məhkəmə qətnamələri məcmu halında hesablansa, hər bir payçıya 2/7+1/35= 7/35=1/5 hissədə torpaq payının çatdığı təsbit olunmuşdur. Bu bölgüdən sonra Cavabdeh1 bir mənalı olaraq onlara kompensasiya ödənilməsinə hər vəchlə maneçilik göstərdiyini açıq şəkildə büruzə vermişdir. Məhz onun qərəzli hüquqazidd hərəkəti nəticəsində onlar mülkiyyətlərindən, habelə istifadəsi məhdudlaşdırılmış mülkiyyətlərinə görə hesablanmış kompensasiyanın alınmasından məhrum olmuşlar. Başqa sözlə, onlara məxsus torpaq sahələri istifadələrindən çıxsa da, Cavabdeh1 qanunsuz hərəkətlərinə görə bu vaxta qədər onlara qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi mümkün olmamışdır. Payçılara kompensasiya ödənilməsi ilə əlaqədar tərəflərindən digər cavabdeh "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsinə müraciət edilsə də, oradan “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində alınmaya məruz qalmış torpaq sahəsinə görə 17643,09 və 2564,39 manat məbləğində kompensasiyanın hesablanaraq "xxxx"ASC-nin Sumqayıt filialına köçürüldüyü, həmin vəsaitlərin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli qətnaməsi əsasında müəyyən edilmiş payçılara yönəldilməsinin sonuncuların razılıq ərizələri əsasında və ya kompensasiyaların payçılar arasında bölgüsünü müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilə biləcəyi qeyd olunmuşdur. Lakin, həmişəki kimi Cavabdeh1 digər payçılar ilə birlikdə hərəkət etməyərək, kompensasiyanın ədalətli bölgüsünə və ödənilməsinə (alınmasına) qəsdən maneçilik göstərmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri iddia ərizəsinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan iddiaçılar Fərı̇ zə Hı̇ lalova, İddiaçı2, Nı̇ sə Ağamalı̇ yeva və Nəbı̇ bə Ağamalı̇ yeva iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Ağamalı̇ yev Məşhur İsmayıl oğlu iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilənlər doğru deyildir. Belə ki, mübahisəli torpaq sahələri 2018-ci ildə ataları İsmayıl Ağamalı̇ yev sağ olarkən dövlət ehtiyacları üçün satın alınmış, habelə 2019-cu ildə alınmış ərazilərə görə kompensasiya ödənişləri həyata keçirilsə də, pul ödənişləri aparılmamış, habelə pullar hazırkı vaxtda da bankda hesabda qalmışdır. Onun sənədləri və aktları mövcud deyildir. Hətta, ataları İsmayıl Ağamalı̇ yev sağ olarkən belə, iddiaçılar ona sənədlərini düzəltməsinə şərait yaratmamış, indi də yaratmırlar. Belə ki, iddiaçılar ataları İsmayıl infarkt keçirdiyi ərəfədə bu sənədlərin düzəldilməsinə imkan verməmiş, onları tanımadıqlarını qeyd etmişlər. Bu səbəbdən də işləri alınmamışdır. O, sözügedən kompensasiya məbləğinin 5 bərabər hissəyə deyil, 7 hissəyə bölünməsini tələb edir. Çünki, həmin payların içərisində onun mərhum valideynlərinə məxsus paylar da hesablanmalıdır. Ona görə ki, o, məhz həmin paylar üzrə hesablanmış məbləğlərlə mərhum valideynlərinə aid qəbir daşlarının dəyərini ödəmək niyyətindədir. Yəni, kompensasiya məbləği bölünərkən mərhum ata və anasına aid paylar da nəzərə alınmalı, ödənişlər ona müvafiq həyata keçirilməlidir. Bundan əlavə, o, 2019-cu ildən mübahisəli torpaqlardan çıxsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci ildə aldığı qətnaməsində onun ərazidə yonca əkdiyi, bunun əvəzində pul aldığı qeyd olunmuşdur. Halbuki, iddiaçılar bu halı təsdiq edəcək sübutlara malik olmamışlar. Eyni zamanda, qeyd edilən torpaq sahələrinə münasibətdə iddiaçılara verilmiş çıxarışların hamısı yanlış, düzgün olmayaraq verilmişdir. Bu səbəbdən də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdeh "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, həmin qurumlar səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə işə sözügedən qurumların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(105)-649/2022 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti qismən təmin edilməklə, Siyəzən Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(059)-232/2021 saylı qətnaməsi pay torpaqlarına aid hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilib, 30 oktyabr 2013-cü il tarixdə vəfat etmiş X6 miras qalmış Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/7 hissəsində İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh1 hər birinin payları bərabər olmaqla 1/35 hissədə, 28 sentyabr 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/7 hissəsində İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh1 hər birinin payları bərabər olmaqla 1/35 hissədə müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 25 oktyabr 2022-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən 0,9683 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında hər birinin payı 1/5 hissədə olmaqla, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 01 noyabr 2022-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında hər birinin payı 1/5 hissədə olmaqla, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İddiaçı1, İddiaçı2, X7 və X5 ünvanlandığı 14 noyabr 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, “Bakı- Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində X4 məxsus 124,9812 sot torpaq sahəsinin 103,1806 sot hissəsi yolun tikintisi altına düşdüyünə görə 17643,09 manat, 97,0004 sot torpaq sahəsindən isə 17,0959 sot hissəsi yolun tikintisi altına düşdüyünə görə 2564,39 manat kompensasiya hesablanaraq "xxxx" ASC-nin Sumqayıt filialına köçürülmüşdür. Eyni zamanda, məktubda həmin vəsaitlərin Sumqayıt Apelyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(105)-649/2022 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş payçılara yönləndirilməsinin sonuncuların razılıq ərizələri və ya kompensasiyaların payçılar arasında bölgüsünü müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilə biləcəyi qeyd olunmuşdur. İşdə olan 21 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Nəbı̇ bə Ağamalı̇ yeva hazırkı tələblə məhkəməyə müraciət edərkən 138 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış qətnamələri ilə müəyyən olundu ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə 30 oktyabr 2013-cü il tarixdə vəfat etmiş X6 və 28 sentyabr 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 0,5453 ha 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin müvafiq olaraq 1/7 hissəsində İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh1 hər birinin payları bərabər olmaqla 1/35 hissədə müəyyən edilmiş, habelə sözgedən kənddə yerləşən 0,9683 ha, eləcə də 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri hər birinin payı 1/5 hissədə olmaqla, onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində 0,9683 ha, eləcə də 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir hissəsi yolun tikintisi altına düşdüyünə görə həmin ərazilərə münasibətdə müvafiq olaraq 2564,39 manat və 17643,09 manat kompensasiya hesablanaraq "xxxx" ASC-nin Sumqayıt filialına köçürülmüşdür. Lakin, kompensasiya məbləğlərinin bölgüsü ilə əlaqədar payçılar arasında razılaşma olmadığına görə məbləğlərin paylara mütənasib bölgüsü və ödənilməsi ilə əlaqədar iddiaçı tərəf məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçıların adına Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən 0,9683 ha və 1,2498 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə münasibətdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar hazırda da qüvvədədir və hər hansı bir formada mübahisələndirilmədiyindən onlara münasibətdə reyestrin məzmunun həqiqiliyi, eləcə də tamamlığı prezumpsiyası tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ, İİ və Vİ hissələrinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Bu Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Eyni Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223-cü maddəsinin İİİ və İV hissələrinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 220-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Bu Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 246-cı maddəsinin İ və Vİİ hissələrinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin İ hissəsinin İ, İV, V və Vİ bəndlərinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Alınmanın təsirinə məruz qalan torpaq bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq, alınan torpaq isə bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaqdır. Kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir. Bu Qanunun 3-cü maddəsinin İ hissəsinin İ bəndinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarındandır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Qeyd olunan Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci (torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır.) maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Yenə bu Qanunun 7-ci maddəsinin İ, İİ hissələrinin, eləcə də İİİ hissəsinin İ bəndinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Sözügedən Qanunun 70-ci maddəsinin İ və Vİ hissələrinə əsasən veriləcək kompensasiya tam və ya qismən, birdəfəlik və ya hissə-hissə pul məbləği ilə ödəniş formasında ödəniləcəyi hallarda kompensasiya bank hesabına ödənilir. Alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə araşdırması zamanı alınmaya məruz qalan torpaq sahələrinə görə bank hesabına köçürülmüş kompensasiya məbləğlərinin paylara uyğun bölünməsi, eləcə də ödənilməsi üçün mülkiyyətçilər arasında razılığın olmaması müəyyən edilmişdir. Eyni zamanda, alınmaya məruz qalan torpaq sahələrinin iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh1 arasında ideal bölgü əsasında bölünməklə, paylara ayrıldığı, lakin bu payların real bölgüsünün aparılmadığı sonuncular tərəfindən etiraf edilmiş və qeyd olunan hal işin mübahisələndirilməyən halına çevrilmişdir. Göründüyü kimi paylı mülkiyyətçilərə münasibətdə həmin torpaq sahələrinin naturada real bölgüsü aparılmasa da, onların dövlət ehtiyacları üçün alınmış hissələrinə münasibətdə pul əvəzi (kompensasiya) ödənilmişdir ki, məhz bu pul məbləği də bölünər əşya olduğundan onun mübahisə tərəfləri arasında real bölgüsünün aparılması mümkündür. Bu mənada, yuxarıda sadalanan normativ-hüquqi aktların tələblərinə əməl edilməli, habelə dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinə görə bank hesabına köçürülmüş kompensasiya məbləğləri paylı mülkiyyətçilər arasında sonuncuların hər birinin paylarına mütənasib, yəni 1/5 hissədə bərabər paylar şəklində bölünməklə, ödənilməli, bununla da paylı mülkiyyətçilər olan iddiaçıların hüquqları qorunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yenə bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin 3 və 4-cü bəndlərinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi və mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, paylı mülkiyyətin mülkiyyətçilərinə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə hesablanaraq, "xxxx" ASC-nin Sumqayıt filialına köçürülmüş 17643,09 manat və 2564,39 manat olmaqla, cəmi 20207,48 manat kompensasiya məbləği 1/5 hissədə paylara uyğun, yəni hər bir iddiaçı üçün müvafiq olaraq 3528,61 manat və 521,87 manat, ümumilikdə 4041,48 manat məbləğində bölünməli və alan orqan, cavabdeh "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsi tərəfindən iddiaçılar Hı̇ lalova Fərı̇ zə İsmayıl qızına, İddiaçı2, Ağamalı̇ yeva Nı̇ sə İsmayıl qızına və Ağamalı̇ yeva Nəbı̇ bə İsmayıl qızına hər birinin paylarına mütənasib şəkildə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş 138 manat dövlət rüsumu cavabdehlər Ağamalı̇ yev Məşhur İsmayıl oğlundan və "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsindən tutularaq iddiaçılar Hı̇ lalova Fərı̇ zə İsmayıl qızının, İddiaçı2, Ağamalı̇ yeva Nı̇ sə İsmayıl qızının və Ağamalı̇ yeva Nəbı̇ bə İsmayıl qızının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Paylı mülkiyyətin mülkiyyətçilərinə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə hesablanaraq, "xxxx" ASC-nin Sumqayıt filialına köçürülmüş 17643,09 manat və 2564,39 manat olmaqla, cəmi 20207,48 manat kompensasiya məbləği 1/5 hissədə paylara uyğun, yəni hər bir iddiaçı üçün müvafiq olaraq 3528,61 manat və 521,87 manat, ümumilikdə 4041,48 manat məbləğində bölünsün və alan orqan, cavabdeh "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsi tərəfindən iddiaçılar Hı̇ lalova Fərı̇ zə İsmayıl qızına, İddiaçı2, Ağamalı̇ yeva Nı̇ sə İsmayıl qızına və Ağamalı̇ yeva Nəbı̇ bə İsmayıl qızına hər birinin paylarına mütənasib şəkildə ödənilsin. Ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu cavabdehlər Ağamalı̇ yev Məşhur İsmayıl oğlundan və "Azərbaycan Avtomobı̇ l Yolları Dövlət Agentlı̇ yı̇ " publı̇ k hüquqı̇ şəxsindən tutularaq iddiaçılar Hı̇ lalova Fərı̇ zə İsmayıl qızının, İddiaçı2, Ağamalı̇ yeva Nı̇ sə İsmayıl qızının və Ağamalı̇ yeva Nəbı̇ bə İsmayıl qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar