Məhkəmə qərarları › İş №2(059)-8/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-8/2021

22.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-8/2021 22.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi (bələdiyyə sədri) X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin Cavabdeh qarşı “bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi üzərində aparılmış özbaşına tikintilərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddiaları üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin mülkiyətinə aid olan 0,70 ha torpaq sahəsi üzərində aparılmış özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsi Cavabdeh qarşı “bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi üzərində aparılmış özbaşına tikintilərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətinə aid olan 0,88 ha torpaq sahəsi üzərində aparılmış özbaşına tikintilərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayonunun Yuxarı Ələz kəndi ərazisində bələdiyyənin mülkiyyətində olan 0,70 ha torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına zəbt edilərək həmin ərazidə qanunsuz tikililər inşa edilmişdir. Bununla bağlı mübahisəli əraziyə tərəflərindən baxış keçirilmiş və bu barədə 25 iyul 2019-cu il tarixdə müvafiq akt tərtib olunmuşdur. Cavabdeh bu hərəkətləri ilə Siyəzən rayonunun Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətçi kimi dövlət tərəfindən tanınan və qorunan sərəncam, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Bundan başqa, cavabdeh Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq İddiaçındən heç bir icazə almadan ərazidə qanunsuz tikinti işləri aparmışdır. Belə ki, hazırda mübahisəli ərazidə iki tövlə və iki yaşayış evi olmaqla, cəmi 4 ədəd tikili mövcuddur. Bundan əlavə, Cavabdeh tərəfindən özbaşına zəbt edilərək inşa edilmiş qanunsuz tikilinin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətində olan örüş torpaqlarına aiddir. Bu torpaq sahəsinin istifadə və ya icarəyə verilməsi barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə və ya hüquq müəyyənedici sənəd mövcud deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayonunun Yuxarı Ələz kəndi ərazisində bələdiyyənin mülkiyyətində olan 0,88 ha torpaq sahəsi (cavabdehə məxsus 0,10 ha torpaq sahəsindən əlavə olaraq) Cavabdeh tərəfindən özbaşına zəbt edilərək həmin ərazidə qanunsuz tikililər inşa edilmişdir. Cavabdehin qanunazidd hərəkətləri təkcə bələdiyyənin mənafelərinə zidd deyil, həmçinin kənd sakinlərinin də maraqlarını pozmaqla, sonuncuların haqlı narazılığına səbəb olmuşdur. Qeyd edilən ərazidə 2 (iki) ədədi tövlə və 2 (iki) ədədi yaşayış evi olmaqla, cavabdeh tərəfindən inşa edilmiş cəmi 4 (dörd) ədəd tikili mövcuddur. Cavabdehin hərəkətləri sədri olduğu bələdiyyənin dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarına zərər vurur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, ekspert rəyi ilə də müəyyən olunduğu kimi, mübahisə predmeti olan torpaq sahəsinin İddiaçınə hər hansı bir aidiyyəti yoxdur. Hazırkı iddia ərizəsi ilə müraciət etməyə subyektiv hüququ olmayan İddiaçı iddia ərizəsini imzalamış şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamə də hazırkı məhkəmə iclasında təqdim edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, bundan əvvəl Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin Cavabdeh qarşı iddiası olmuş, eyni tərəflər, eyni predmet barəsində olan həmin iddia üzrə Siyəzən Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməmiş və hazırda da bu qətnamə qanuni qüvvədədir. Belə olan halda, üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin yenidən eyni tərəflər və eyni predmet barəsində iddia qaldırması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Odur ki, hər iki iddianı əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 27 dekabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən 0,10 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, eləcə də onun üzərindəki ümumi sahəsi 497,4 kv.m olan əmlak kompleksi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində **********40-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RİHB-nın aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini, Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi, Yuxarı Ələz bələdiyyəsinin sədri, eləcə də Siyəzən RİHB-nin Ərziküş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 iyul 2019-cu il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan torpaqlara baxış keçirilən zaman bələdiyyə mülkiyyətinə aid 0,70 ha örüş torpaqlarında qanunsuz tikili aşkar edilmiş, habelə ərazinin fotoşəkilləri çəkilməklə, akta əlavə olunmuşdur. İşdə olan Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin xəbərdarlıq məktublarından görünür ki, cavabdehdən qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsində inşa etdiyi tikililəri sökməsi, habelə həmin əraziləri boşaltmaqla, əvvəlki təyinatına qaytarması tələb edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2020-ci il tarixli, 2(059)-22/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinə aid olan 200 ha torpaq sahəsinin verilməsinə dair 23 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməklə, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 oktyabr 2020-ci il tarixli, **********12 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2020-ci il tarixli, 10/3087 saylı rəyindən görünür ki, mübahisə predmeti kimi mütəxəssisə təqdim olunan cavabdehin istifadə etdiyi torpaq sahəsi faktiki olaraq 0,98 ha təşkil etməklə, bu torpaq sahəsinin 0,10 ha hissəsinə cavabdehə DƏDRX tərəfindən **********40-12301 reyestr nömrəli texniki pasport verilmiş və texniki pasporta əsasən 0,10 ha torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Mübahisə predmeti kimi təqdim olunan qalan 0,88 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına daxil olub, kolluq ərazisidir. Eyni zamanda, rəylərdən görünür ki, Cavabdeh faktiki olaraq istifadəsində olan torpaq sahəsi 0,98 ha təşkil edir. Mübahisəli ərazidə **********40-12301 reyestr nömrəli çıxarış sənədində qeyd olunmayan 8x9 metr ölçüdə və 6,5x7,5 metr ölçüdə olan iki yaşayış evi inşa edilmişdir. Mülki iş materiallarında həmin tikililərə dair hər hansı razılaşdırma sənədi, layihə sənədi olmadığından, həmin tikilinin lazımi icazə alınmaqla, şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı müəyyən edilmişdir. Mübahisə predmeti olan Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən mübahisəli ərazidə, **********40-12301 reyestr nömrəli çıxarış sənədində qeyd olunmayan 8x9 və 6,5x7,5 m ölçülərdə olan iki yaşayış evinin cavabdehin mülkiyyətində olan 0,10 ha və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan 0,88 ha torpaq sahəsinin coğrafi koordinatları daxilində inşa edilib-edilməməsinin müəyyənləşdirilməsi zərurəti yarandığına, habelə sonuncu torpaq sahəsində əlavə tikililərin olub-olmaması barədə dəqiqləşmələr aparılmadığına, eləcə də işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığına görə, həmçinin əvvəlki ekspert rəyi kifayət qədər aydın və ya tam olmadığından Siyəzən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(059)-8/2021 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq mütəxəssis, ekspert rəyləri əldə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 oktyabr 2021-ci il tarixli, **********39 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 10/5225 saylı rəyindən görünür ki, Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən mübahisəli ərazidə **********40-12301 reyestr nömrəli çıxarış sənədində qeyd olunmayan 8x9 və 6.5x7.5 metr ölçülərdə 2 ədəd yaşayış evinin Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsində inşa edilməsi müəyyən edilmişdir. Həmçinin, rəylərdən görünür ki, Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan mübahisəli 0,88 ha torpaq sahəsinin coğrafi koordinatları daxilində əlavə əsaslı tikililər inşa edilməmişdir. Lakin, 0,88 ha torpaq sahəsinin daxilində əlavə olaraq 4 dayaq üzərində 5,3x10,8 (57 kv.m) ölçüdə talvar quraşdırılmışdır. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki obyektlərinin tədqiqi ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 132,42 manat təşkil edir. Eyni zamanda, mədaxil qəbzinin surətindən görünür ki, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 311 manat pul cavabdeh tərəf ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, mübahisəli ərazi üzrə aparılan ekspert tədqiqatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsaslanmaqla, sonuncu rəy isə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Xidmətin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilməklə, tərtib edilmişdir. Məhkəmə iddia tələblərini qismən əsaslı hesab etməklə, qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqlarına bölünür. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Yenə bu Məcəllənin 56-cı maddəsinin İ və V hissələrinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bu Qanunun 11-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Qeyd olunan Qanunun 16-cı maddəsinin İ və İİ hissələrinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239-cu maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Bu Məcəllənin 84-cü maddəsinin İ və İİİ hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübut və sənədlərlə, o cümlədən ekspert və mütəxəssis rəyləri ilə müəyyən edildi ki, Cavabdeh istifadə etdiyi torpaq sahəsi faktiki olaraq 0,98 ha təşkil etməklə, bu torpaq sahəsinin 0,10 ha hissəsi onun adına dövlət reyestrində qeydiyyatdan keçmiş, habelə sonuncu torpaq sahəsində cavabdeh tərəfindən çıxarışda qeyd olunmayan 8x9 və 6.5x7.5 metr ölçülərdə 2 ədəd yaşayış evi inşa edilmişdir. Lakin, Cavabdeh müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan mübahisəli 0.88 ha torpaq sahəsinin daxilində bu torpaq sahəsinə hər hansı bir formada əmlak hüquqları əldə etmədən özbaşına tikili (qurğu), yəni əlavə 4 dayaq üzərində 5,3x10,8 (57 kv.m) ölçüdə talvar quraşdırmaqla, bələdiyyənin mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur. Bu səbəbdən də, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə bələdiyyənin sahiblik və istifadə hüququnu bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Beləliklə, cavabdeh hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmamasına baxmayaraq, Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin, eləcə də bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla, Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan mübahisəli 0,88 ha torpaq sahəsindən qanunsuz istifadə etməklə, ona sahiblik etmişdir ki, bu da nəticədə iddiaçıların hüquq və maraqlarını pozmuşdur. Digər tərəfdən cavabdeh tərəf Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin iddia tələbinə münasibətdə eyni tərəf və eyni predmet prinsipinə istinad etsə də, bu prinsipin bələdiyyənin iddia tələbinə münasibətdə tətbiq edilməsi istisna edilir. Belə ki, tərəflər eyni olsa da, predmet fərqli olmaqla, özündə mübahisəli 0,88 ha torpaq sahəsinin daxilində inşa edilmiş tikililərin sökülməsini ehtiva edir ki, bu da hazırkı predmetin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2020-ci il tarixli qətnaməsində qoyulan tələbdən fərqli olmasına dəlalət edir. Bundan əlavə, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmaqla, Siyəzən rayonunun inzibati ərazisində yerləşdiyindən yaranmış mübahisə bilavasitə İddiaçı maraqlarına və mənafeyinə də toxunur. Beləliklə, iddiaların ümumi mübahisənin həllinə və maraqların təmininə xidmət etməsi aşkardır, habelə iddialara bütöv, tam kimi baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddialar qismən əsaslı olduqlarından qismən təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan 0,88 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş 4 dayaq üzərində, 5,3x10,8 (57 kv.m) ölçüdə talvar sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə cavabdehin, özünə aid 0,10 ha torpaq sahəsində inşa etdiyi 8x9 və 6.5x7.5 metr ölçülərdə 2 ədəd yaşayış evinə münasibətdə qeyd edir ki, tələb Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətinə aid olan 0,88 ha torpaq sahəsi üzərində aparılmış özbaşına tikintilərin sökülməsinə yönəldiyindən və cavabdehin 0,10 ha torpaq sahəsində inşa edildmiş tikililər mübahisə predmeti təşkil etmədiyindən, həmçinin məhkəmə verilən tələb üzrə qətnamə çıxardığından bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Eyni zamanda, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat məbləğində pulun 1/3 hissəsi İddiaçındən, 1/3 hissəsi Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsindən, 1/3 hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 132,42 (bir yüz otuz iki manat 42 qəpik) manatın 1/3 hissəsi İddiaçındən, 1/3 hissəsi Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsindən, 1/3 hissəsi isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına keçirilməlidir. İş üzrə torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci kimi ödənilmiş 311 (üç yüz on bir) manat pul cavabdeh tərəfə aid edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. Bu Qanunun 8.4.12-ci maddəsində müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrinə görə məhkəməyə verilən iddia ərizələri üzrə 10 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıların 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddialar qismən təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan 0,88 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş 4 dayaq üzərində, 5,3x10,8 (57 kv.m) ölçüdə talvar sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. İddialar qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat məbləğində pulun 1/3 hissəsi İddiaçındən, 1/3 hissəsi Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsindən, 1/3 hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 132,42 (bir yüz otuz iki manat 42 qəpik) manatın 1/3 hissəsi İddiaçındən, 1/3 hissəsi Siyəzən rayon Yuxarı Ələz bələdiyyəsindən, 1/3 hissəsi isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İş üzrə torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci kimi ödənilmiş 311 (üç yüz on bir) manat pul cavabdeh tərəfə aid edilsin. İddiaçıların ödəməkdən azad edildikləri 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar