Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-960/2024 28.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı Ağamir qızının Cavabdeh Əlisgəndər qızına qarşı “torpaq sahəsindən və üzərindəki yaşayış sahəsindən cavabdehin çıxarılması və torpaq sahələrinin təcrid olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Ağamir qızı Cavabdeh Əlisgəndər qızına qarşı “torpaq sahəsindən və üzərindəki yaşayış sahəsindən cavabdehin çıxarılması və torpaq sahələrinin təcrid olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Yasamal rayonunda yerləşən Qanlı Gölün qərb sahilindəki 101 saylı evin 8 sot torpaq sahəsinin 6,5 sot hissəsindəki 0,5 sot torpaq sahəsindən, həmçinin bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması, eləcə də, cavabdehə tərəfindən təmənnasız verilmiş 8 sot torpaq sahəsinin tərkib hissəsi olan 1,5 sot torpağın onun sahibliyində və istifadəsində olan 6,5 sot hissəsindən təcrid olunması, təcrid olunmanın onun vəsaiti hesabına icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi (daşınmaz əşya) Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində yerləşir. Bundan başqa, iddia ərizəsində tərəflərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (FİN və sairə) göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd edilməlidir ki, iddia ərizəsi nəzərdən keçirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətə əsas olan hallar müəyyən edilmişdir. Belə ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1bliyindən götürülməsini tələb etdiyi mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi norma imperativ xarakter daşımaqla iddia ərizəsinin daşınmaz əşyanın olduğu yerin məhkəməsinə verilmə qaydasını müəyyən edir. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddianı aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər işdə iştirak edən şəxslərdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən isə tərəflər dedikdə, iddiaçı və cavabdeh nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yenə bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilən nöqsana görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Ağamir qızının Cavabdeh Əlisgəndər qızına qarşı “torpaq sahəsindən və üzərindəki yaşayış sahəsindən cavabdehin çıxarılması və torpaq sahələrinin təcrid olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-960/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-960/2024
28.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver