Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı hüquqi varisi X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 Nəsirəddin oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, X9, Cavabdeh4, Cavabdeh5h oğlunun, Cavabdeh6 10 avqust 1963-cü il tarixli Uzunmüddətli İcarə müqaviləsi əsasında ona məxsus 0,25 ha sahəsi olan 60/2652 saylı bağ sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 1963-cü il tarixli Uzunmüddətli İcarə müqaviləsi əsasında 0,25 ha sahəsi olan 60/2652 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bu müddət ərzində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etdikdən sonra məlum hadisələrlə əlaqədar məcburi köçkün düşmüş Cavabdeh1 və onun ailəsi ona məxsus həmin bağ sahəsini zəbt edərək ora yerləşmişlər. Ölkədə məcburi köçkün və qaçqın ailələri tam yerləşdirilmədiyi dövrdə o, cavabdehlərin köçürülməsi üçün müraciət etməmişdir. Lakin hazırda həmin şəxslər tam yerləşdirildiyi üçün və onlar könüllü oradan çıxmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2015-cü il tarixli etiraz ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X3, X11, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan iddia tələbinin rədd olunmasını xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş müqavilənin surətindən görünür ki, icarə müqaviləsinin müddəti 17 aprel 1975-ci il tarixdə bitmişdir. İddiaçı müvafiq orqana müraciət edərək, icarə müqaviləsinin müddətini uzatmış və 17 aprel 1985-ci ildə icarə müqaviləsinin müddəti bitmişdir. İddiaçı isə həmin vaxtdan bu günə kimi icarə müqaviləsinin müddətinin uzadılması üçün müvafiq orqana müraciət etməmişdir. Mübahisəli torpaq sahəsinin nə iddiaçıya, nə də cavabdehlərə heç bir aidiyyəti yoxdur. 1994-cü ildə İddiaçı həmin bağ sahəsini öz aralarında olan razılaşmaya əsaəsn Cavabdeh1 satmışdır. 1994-cü ildən bu günədək onlar həmin torpaq sahəsindən istifadə edirlər. Belə ki, həmin vaxtdan onlar həmin bağ sahəsində fərdi yaşayış evi kimi orada yaşayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqi varisi X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı məsələyə dair məhkəmə prosesi 2015-ci ildə başlayıb və hər üç instansiyada məsələ iddiaçının xeyrinə yekunlaşmışdır. Yeni açılmış hallarla bağlı cavabdeh tərəfindən Ali Məhkəmənin Plenumuna müraciət olunmuş, bununla bağlı qərardad qəbul edilmişdir. Qərardadda həmin halların olmadığı qeyd olunmuş, sözügedən qərardadın ləğv olunması ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur. Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərardadını ləğv etmiş, yeni açılmış halların mövcudluğu barədə qərar qəbul etmişdir. O, özü şəxsən Plenum iclasında iştirak etmiş, orda da Konstitusiya Məhkəməsinin mövqeyi ilə razılaşmadığını bildirmişdir. Belə ki, arxivə sorğu verilmiş, sorğu nəticəsində hər hansı siyahı aşkar olunmamışdır. Cavabdehlər tərəfindən verilən siyahı isə kserosurət olmaqla heç bir hüquqi əhəmiyyəti yoxdur. Hazırda iddiaçının adına çıxarışı var və həmin çıxarış qüvvədədir. Belə ki, sözügedən çıxarışın etibarsız hesab olunması barədə verilmiş iddia ərizəsinin təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Hazırda iddia tələbləri cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması ilə bağlıdır. Belə ki, cavabdehlərin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Hesab edir ki, iddia tələbi tam əsaslıdır və iddianın əsassız olduğu cavabdehlər tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməlidir. Onu da bildirir ki, işlə bağlı müxtəlif sorğular vermişdir. Həmçinin XDS-nin hüquqi varisi İcra Hakimiyyəti olduğu üçün tərəfindən sorğular da ünvanlanmışdır. 1991-ci ildə Muradov Seyidqulu ilə yeni müqavilə bağlanılıb. 1987-ci ildə XDS Sumqayıtda torpaq sahələri ayrılmalı olduğunu bildirmişdir. Qeyd edir ki, orada hər hansısa sahədə yerləşən bağlarla bağlı müqavilələrin ləğv edilməsi yazılmayıb. Seyidqulu Muradovun 0,25 hektar torpaq sahəsinə mülkiyyət hüququ var və həmin hüquq ləğv edilməyib. Onu da məhkəmənin nəzərinə çatdırır ki, ekspert rəyi ilə razıdır. Belə ki, rəy onların iddia tələblərinə və təqdim etdikləri sübutlara uyğundur. İş üzrə kifayət qədər araşdırma aparılıb. Mübahisəli torpaq sahəsi rəyə uyğun olaraq 21-ci mikrorayon ərazisində yerləşir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla tanınıb. Əvvəlki məhkəmə baxışı zamanı keçirilmiş ekspertizalar ilə hazırda cavabdehlərin yaşadığı torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi təsdiqini tapmışdır. Mübahisəli torpaq sahəsinə dair verilmiş çıxarışla bağlı mübahisə olmadığı halda iddiaçının mülkiyyət hüququ tam formada təmin olunmalıdır. Mülkiyyət hüququnun müdafiə olunması həm beynəlxalq normalarda, həm Konstitusiyada, həm də digər aktlarda nəzərdə tutulmuşdur. Qarşı tərəfin torpaq sahəsinə dair hər hansı bir huququ, o cümlədən onunla bağlı hər hansı bir məsələni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Nümayəndə qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqi varisi X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X23 vəkilin dedikləri ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı məsələyə dair 2014- 2015-ci ildən etibarən məhkəmə prosesləri gedir. İddiaçının mülkiyyətində olan ərazi bağ sahəsi deyil, sözügedən torpaq sahəsi 1975-ci ildə iddiaçıya verilib, daha sonra 1985-ci ildə müqavilə yenilənib. Həmin vaxt təkcə Seidquluya yox, bir neçə nəfərə də bağ - torpaq sahəsi verilib, lakin sonradan müraciət olunmadığına görə həmin torpaq sahələrinə dair verilmiş müqavilələr ləğv olunmuşdur. Bildirir ki, 1999-cu ildə bağ torpaq sahələrinin təyinatı dəyişdirilərək bələdiyyənin balansına verilmişdir və onlar da 2004-cü ildə bağ torpaq sahəsini almışdırlar və həmin torpaq sahəsinə dair edilmiş ödənişlə bağlı qəbzlər də iş materiallarında var. O, 2019-cu ildə yeni açılmış hallar üzrə Ali Məhkəməyə müraciət etmiş, lakin onun müraciəti rədd olunmuşdur. Daha sonra o, Konstitusiya Məhkəməsinə müraciət etmiş və nəticədə Ali Məhkəmənin qərarı ləğv olunmuş, Konstitusiya Məhkəməsinin qərarında yeni açılmış halın mövcudluğu təsdiq olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının adına olan çıxarışla bağlı hər hansı bir məhkəmə araşdırılması aparılmayıb. Həmin çıxarış məhkəmə qətnaməsi əsasında alınıb. Sözügedən qətnamə isə hazırda qüvvədə deyil, bu o, deməkdir ki, artıq həmin çıxarışın da hər hansı hüquqi qüvvəsi yoxdur. Belə olan halda hesab edir ki, həmin çıxarış sübut kimi məhkəməyə təqdim edilməməlidir. Əslində həmin çıxıarışın da hansı səbəblə və hansı formada verildiyi də məlumdur. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin əsassız olduğunun nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 Nəsirəddin oğlu iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ekspert rəyinə etiraz etmirlər. Belə ki, onlar da torpaq sahəsinin 21-ci mikrorayon ərazisində olduğunu bildirirdilər. Lakin həmin ərazinin torpağa dair bağlanmış icarə müqaviləsinə aidiyyatı yoxdur. İddia tələbi ilə bağlı mövqeyi Konstitusiya Məhkəməsinin mövqeyi ilə üst üstə düşür. Sumqayıt XDS-nin 1987-ci il tarixli qərarı ilə iddiaçının adına bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəf bu halı məhkəmədən gizlətməyə çalışsa da, məhkəmə tərəfindən verilmiş sorğular əsasında əldə edilmiş sənədlərlə həmin müqavilənin ləğv olunduğu məlum olmuşdur. Nəticədə Konstitusiya Məhkəməsi bütün digər məhkəmələrin mübahisə üzrə qəbul etdiyi qərarları ləğv etmişdir. Hesab edir ki, Konstitusiya Məhkəməsinin müvafi qərarı da tövsiyyə xarakterli deyil, məcburi xarakter daşıyır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2014-cü il tarixli, 566 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məcburi köçkün kimi Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 277-də qeydiyyatsız olaraq məskunlaşmışdırlar. İş materiallarında olan 2872 saylı, 10 avqust 1965-ci il tarixli uzunmüddətli icarə müqaviləsinin surətindən görünür ki, 0,25 ha torpaq sahəsi olan 60/2652 saylı bağ sahəsi xx.xx.1965-ci ildən xx.xx.1975-ci ilədək İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan 2872 saylı, 20 may 1980-cı il tarixli uzunmüddətli icarə müqaviləsinin surətindən görünür ki, 0,25 ha torpaq sahəsi olan 2652 saylı bağ sahəsi xx.xx.1975-ci ildən xx.xx.1985-ci ilədək İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 259 saylı, xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərində 60/2652 saylı bağ torpaq sahəsinə dair sənədlər mövcud deyildir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin EQG seriyalı, 03284 saylı, 003285 saylı, 003282 saylı və 003267 saylı qəbzlərdən görünür ki, X10, X15, X7 xx.xx.2004-cü il tarixdə və X20 xx.xx.2004-cüi il tarixdə hər biri ayrı-ayrılıqda 1.500.000 manat kassaya pul ödəmişdirlər. Sumqayıt Bələdiyyəsinin 06 noyabr 2015-ci il tarixli, 2110 saylı məktubundan göriinür ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərində 60/2652 saylı bağ torpaq sahəsinə dair sənədlər mövcud deyildir. Bu səbəbdən qeyd edilən torpaq sahəsinin hüquqi statusu barədə məhkəməyə məlumat verilməsi mümkün deyildir. İşdə olan Sumqayıt Bələdiyyəsinin 23 noyabr 2015-ci il tarixli, 2236 saylı məktubundan görünür ki, 2652 saylı bağ sahəsinin də daxil olduğu ərazi Sumqayıt şəhər X13 30 iyun 1987-ci il tarixli, 20 saylı protokol qərarına əsasən Sumqayıt şəhərinin 16 və 21-ci mikrorayonların salınması üçün ayrılmışdır. Hazırda vaxtilə 2652 saylı bağ sahəsi kimi ayrılmış torpaq sahəsi 21-ci mikrorayon ərazisinə düşür və orada yerləşən torpaq sahələri şəhərin baş planında bağ sahəsi kimi deyil, fərdi ev tikintisi üçün həyətyanı torpaq sahələri kimi nəzərdə tutulmuşdur. Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərndən 2652 saylı bağ sahəsinə dair sənədlər mövcud deyidir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilə torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2016-cı il tarixli, 25343 saylı məhkəmə texniki ekspertizasının rəyindən görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 0.25 ha sahəsı olan 60/2652 saylı bağ torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi, Sumqayıt şəhər bələdiyyə xəritəsi hazır olmadığından mümkün olmamışdır. Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 60/2652 saylı bağ torpaq sahəsi iddiaçı X6 2872 saylı müqaviləyə əsasən ayrılmış 0.25 ha toıpaq sahəsi indiki zamana qədər sənədləşmədiyi üçün dövlət mülkiyyətinin balansında olan torpaqlardır. Cavabdehlər Cavabdeh1, X8, X17, X4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 0.25 ha sahəsi olan 60/2652 saylı bağ torpaq sahəsinin onlara məxsus olması barəsində heç bir sənəd təqdim olunmamışdır. İşdə olan AZ-İ 856961 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhrində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 127 nömrə ilə qeyd edilmişdir. İşdə olan RX seriyalı, 11004515 nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 777 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublilkası Ali Məhkəməsi Plenumunun 13(102)-1/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2016-cı il 8 noyabr tarixli, 2 (102)-3878/2016 nömrəli qərarı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2016-cı il 13 aprel tarixli, 2(105)-68/2016 nömrəli qətnaməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2015-ci il 5 fevral tarixli, 2(060)-310/2015 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublilkası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2020-ci il tarixli, 28 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-in xx.xx.1987-ci il tarixli 20 saylı protokolu mövcud deyil. Sumqayıt şəhər XDS İK-in xx.xx.1987-ci il tarixli 20 saylı protokolunun 8.213 saylı qərarına əlavə olunmuş sənədlərdə bağ sahələrinin və vətəndaşlarının siyahıları yoxdur. İşdə olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 3582 saylı məktubundan görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə edilmiş əlavəyə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqların vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Eyni zamanda Azərbaycan Respubiikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Sorğuda adı çəkilən İddiaçı icarəsinə veriimiş 2652 saylı bağ torpaq sahəsinə münasibətdə də yuxarıda sadalanan qanun normaları və müvafiq Fərmanın müddəaları şamil edilmiş və bu hal Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 aprel 2016-cı il tarixli, 2(105)-68/2016 saylı qətnaməsində və həmin qətnamədən verilmiş kassasiya şikayətləri əsasında çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli. 2(102)-3878/2016 saylı qərarında öz əksini tapmışdır. Sumqayıt şəhəri Xalq Deputatları Sovetinin 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarının icra edilib-edilməməsi ilə bağlı suala cavab olaraq bildirilir ki, göstərilən qərarın qəbul edildiyi dövrdə Sumqayıt Bələdiyyəsi mövcud olmadığından və bu sahədəki səlahiyyətlər dövlət şəhərsalma fəaliyyətini həyata keçirən dövlət orqanlarına aid edildiyindən, Sumqayıt şəhəri Xalq Deputatları Sovetinin 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarının icrası bağlı hər hansı dəqiq məlumata malik deyillər. Lakin onu da qeyd edirlər ki, yuxarıda qeyd edilən qərarın icrası ilə bağlı tikinti işlərinin aparılması və torpaq sahələrinin sənədləşdirilməsi üzrə tədbirlər keçmiş SSRİ dövləti süquta uğradığına görə dondurulmuş şəhərin 21-ci mikrorayonun salınması üçün nəzərdə tutulmuş torpaq sahələrinin fərdi ev tikintisi üçün həyətyanı torpaq sahələri şəkilində ayrıayrı fıziki şəxslərin mülkiyyətinə verilməsi Sumqayıt Bələdiyyəsi tərəfindən 2000-ci illərin əvvəllərindən etibarən həyata keçirilməyə başlanılmışdır. İşdə olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 743 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 16-cı və 21-ci mikrorayonlar ərazisi «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasi Qanunun 2-ci maddəsinin 2 hissəsinə uyğun olaraq, Torpaq İslahatına əsasən 21 iyun 2001-ci ildə Sumqayıt Bələdiyyəsinə təhvil verilən torpaq sahələri siyahısındadır. Onu da qeyd edirlər ki, Sumqayıt şəhəri, Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin 30 iyun 1987-ci il tarixli (protokol N 20) qərarı haqqında Sumqayıt Bələdiyyəsi hər hansı bir məlumata malik deyildir. Qeyd edilir ki, 2000ci illərin əvvəlində 21-ci mikrorayon ərazisində hündürmərtəbəli, çoxmənzilli yaşayış evləri tikilməmişdir, yalnız 21-ci mikrorayonun şərqini əhatə edən hissədə vətəndaşların istifadəsində olan bağ sahələri mövcud olmuşdur. Həmin dövrdə 16-cı mikrorayon ərazisində fərdi yaşayış evləri tikilmiş, ərazi tam məskunlaşma vəziyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublilkası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 38/1 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər 16-cı və 21-ci mikrorayonların salınması üçün Sumqayıt şəhər XDS İK-nin Əsaslı inşaat İdarəsinə ayrılması nəzərdə tutulmuş müvafiq olaraq 43,0 ha və 48,4 ha torpaq sahələrinin yerləşdiyi ərazilərdə bağ torpaq sahələrinə dair bağlanmış torpaq icarə müqaviləsi, o cümlədən İddiaçı adına Sumqayıt şəhəri bağlar massivi ərazisındə bağ sahəsinin icarə müqaviləsinin ləğv edilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/78 saylı rəyindən görünür ki, həmin rəylə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Orxan Möhbalıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşir. Sözügedən torpaq sahəsinin koordinatları aşağıdakı kimi göstərilmişdir: X 1. 391479.8584, 2. 391526.2176, 3. 391555.7957, 4. 391495.9684 Y: 1.4490933.3390, 2.4490956.4555, 3.4490910.3074, 4. 4490887.5431. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında göstərilmişdir ki, sözügedən torpaq sahəsinin 1 tərəfi yol, 3 tərəfi qonşu torpaq sahələri ilə əhatə olunmaqla mişar daşı ilə 4 tərəfdən hasarlanmışdır. Baxış zamanı torpaq sahəsində iki ədəd yaşayış evinin mövcud olduğu və faktiki sahəsi 0.2965 ha təşkil etdiyi müəyyən edilmişdir. Torpaq sahəsi xx.xx.2017-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmiş və yerüstü kommunikasiya xəttlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.1). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşin hallarından görünür ki, iddiaçı cavabdehlərin yaşadığı torpaq sahəsinin ona 2872 saylı, 10 avqust 1965-ci il tarixli uzunmüddətli icarə müqaviləsinə əsasən bağ torpaq sahəsi kimi icarəyə verildiyinə istinad edərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə xx.xx.2014-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarının Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilməsinə əsas iddiaçının istinad etdiyi torpaq sahəsinin ayrılmasına dair müqavilənin qüvvəsinə xitam verilməsi ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, yeni açılmış hallar üzrə işə baxan Ali Məhkəməyə təqdim olunmuş sənədlər təsdiq edir ki, mübahisəli torpaq sahəsinin təyinatı həqiqətən də dəyişdirilmiş, həmin sahənin yerləşdiyi ərazidə 21-ci mikrorayonun tikilməsi ilə əlaqədar həmin ərazidə yerləşən bütün torpaq sahələrinə dair icarə müqavilələri dayandırılmış və faktiki olaraq onların qüvvəsinə xitam verilmişdir. Həmin hallar işə baxılan ərəfədə mövcud olsa da, onlar məhkəməyə məlum olmamışdır. Göründüyü kimi iş üzrə əsas mübahisəli məsələ iddiaçının icarəsinə verilmiş bağ torpaq sahəsinə dair bağlanmış müqavilənin qüvvəsinə xitam verilib-verilməməsi və həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsələsidir. İş materiallarında olan 2872 saylı, 10 avqust 1965-ci il tarixli uzunmüddətli icarə müqaviləsindən görünür ki, müqavilədə torpaq sahəsinin ünvanı, harada yerləşdiyi, o cümlədən koordinatları qeyd edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 2872 saylı, 10 avqust 1965-ci il tarixli uzunmüddətli icarə müqaviləsi ilə ona ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılmasını xahiş etmiş, nə iddia ərizəsinin məzmununda, nə də iddia ərizəsinin xahiş hissəsində torpaq sahəsinin ünvanını qeyd etməmişdir. İş üzrə ilk dəfə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Sumqayıt Bələdiyyəsinin hazırkı iş üzrə iddiaçı X6 ünvanlanmış 23 noyabr 2015-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsinin Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşdiyi qeyd olunmuşdur. Həmin məktuba görə 2652 saylı bağ torpaq sahəsinin də daxil olduğu ərazi Sumqayıt Xalq Deputatları Sovetinin 30 iyun 1987-ci il tarixli 20 saylı protokol qərarına əsasən Sumqayıt şəhərinin 16-cı və 21-ci mikrorayonlarının salınması üçün ayrılmışdır. 2652 saylı bağ sahəsi kimi ayrılmış torpaq sahəsi 21-ci mikrorayonun ərazisinə düşür və orada yerləşən torpaq sahələri şəhərin Baş Planında bağ kimi deyil, fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsi kimi nəzərdə tutulmuşdur. Hazırki icraat üzrə mübahisəli torpaq sahəsinin həqiqətən Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/78 saylı rəyi ilə isə cavabdehlərin istifadəsində olan torpaq sahəsinin Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bu halın araşdırılmasına zərurət isə Sumqayıt şəhəri Xalq Deputatları Sovetinin 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarından irəli gəlmişdir. Belə ki, həmin qərarla 16-cı mikrorayonun salınması üçün 43 ha və 21-ci mikrorayonun salınması üçün 48,4 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sözügedən qərarın verilməsinə əsas mənzil ehtiyacının yaranması ilə əlaqədar 16 və 21-ci mikrorayonların salınması üçün torpaq sahələrinin ayrılması barədə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsinin xx.xx.1987-ci il tarixli A-292 saylı məktubu olmuşdur. Cavabdehlər həmin qərarla əlaqədar icarə müqavilələrinin ləğv edilməsi barədə siyahıya istinad edərək, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin də ləğv edildiyini iddia edirlər. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına sorğu ünvanlanmış, son nəticədə Sumqayıt şəhəri Xalq Deputatları Sovetinin 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarına əlavə edilmiş hər hansı siyahı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, sözügedən qərarla bağlı xitam verilmiş icarə müqavilələrinin siyahısı arxivdə aşkar edilməsə də, mübahisəli torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaq sahəsinə çevrilməsi, bununla əlaqədar iddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, mübahisəli torpaq sahəsinin Sumqayıt şəhərinin 21-ci mikrorayonun ərazisində yerləşməsi işin mübahisələndirilməyən halıdır. Sumqayıt şəhərində yaşayış məntəqələrinə olan ehtiyac səbəbilə 48,4 ha torpaq sahəsinin 21-ci mikrorayonun salınması üçün ayrılması isə Xalq Deputatları Sovetinin 30 iyun 1987-ci il tarixli, 8.213 saylı Qərarı əsasında həyata keçirilmişdir. Beləliklə mübahisəli torpaq sahəsi əvvəllər bağ torpaq sahəsi olsa belə, o mənzil ehtiyacının yaranması ilə əlaqədar yaşayış məntəqələrinin tikilməsi üçün ayrılmış, nəticədə təyinatı dəyişdirilərək yaşayış məntəqələrinin torpağına çevrilmişdir. Bu halı iş materiallarında olan iddiaçının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış da təsdiq edir. Belə ki, həmin çıxarışın məzmunundan görünür ki, Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddia tələbinin əsası kimi istinad edilən icarə müqaviləsi qüvvəsini itirdiyindən İddiaçı cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ yoxdur. Halbuki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarından bəhs olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfin həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa malik olması barədə dəlilləri ilə əlaqədar isə qeyd edir ki, sözügedən çıxarış xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə və hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-3878/2016 saylı qərarı əsasında verilmişdir. Bu barədə torpaq sahəsinin plan və ölçüsündə də müvafiq qeyd edilmişdir. Beləliklə çıxarışın verilməsinə əsas olmuş xx.xx.1965-ci il tarixli 2872 saylı müqavilə qüvvəsini itirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-3878/2016 saylı qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1/2024
18.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver