Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1008/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2nə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs2nə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxx 1986-cı ildə Kəlbəcər rayonu, Çərəktar kəndində anadan olmuşdur. X1, anası isə X3r. Valideynlərinin hər ikisi Kəlbəcər rayonunun, Çərəktar kəndində qeydiyyatdadır. O, xx.xx.2010-cu ildə X7 ilə rəsmi nikaha girmişdir. Nikaha girdikdən sonra həyat yoldaşının soyadını qəbul etmişdir. Hal-hazırda soyadı Əzizovadır. Bildirir ki, ona məxsus doğum haqqında şəhadətnamə naməlum səbəbdən itmişdir. Yeni doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs2nə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Maraqlı şəxs2 özünün xx.xx.2024-cü il tarixli, 276 saylı məktubu ilə bildirmişdir ki, Maraqlı şəxs2ndə və AR Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir. Odur ki, ona doğum faktının təsdiqi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Doğum faktının təsdiq edilməsinə səbəb doğum haqqında şəhadətnamənin alınması, doğum haqqında şəhadətnamədə adının dəyişdirilməsi və Daşkəsən rayonunda yerləşən ona məxsus fərdi evi bacısı Safura Bayramovaya bağışlamaq istəyərkən ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Bu səbəbdən də doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmədən xx xxxxxxx 1986-cı ildə Kəlbəcər rayon, Çərəktar kəndində anadan olmuş Ərizəçi doğum faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx xxxxxxx 1986-cı ildə Kəlbəcər rayon, Çərəktar kəndində anadan olmuş X2 doğum faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 13 yanvar 2025-ci il tarixli hazırlıq iclasında Maraqlı şəxs1 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 6-7 ay bundan öncə müəyyən etmişdir ki, doğum haqqında şəhadətnaməsi yoxdur. Təxmin edir ki, köçlə bağlı itmişdir. Qeydiyyat şöbəsi bildirmişdir ki, yalnız məhkəmə yolu ilə alına bilər. Evin alqı-satqısı ilə bağlı ona şəhadətnamə lazımdır. xx xxxxxxx 1986-cı ildə Kəlbəcər rayon, Çərəktar kəndində anadan olmuşdur. Atasının adı Vahid, anasının adı isə Hənifədir. xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ərizəçi doğum haqqında şəhadətnaməsinin verilməsi ilə əlaqədar Maraqlı şəxs1nə müraciət etmişdir. Onların arxivində Maraqlı şəxs2 sənədləri mövcud deyildir. Bu səbəbdən də ərizəçinin müraciətinə imtina məktubu verilmişdir. Ərizəçinin doğum qeydiyyatı onların müəssisəsində aparılmamışdır. Ərizəçi Maraqlı şəxs2nə müraciət etməlidir. Onların müəsissədə yalnız ərizəçinin nikah haqqında akt qeydi vardır. Maraqlı şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X8 ifadəsində bildirdi ki, ərizəçi uzaq qohumudur. xx xxxxxxx 1986-cı ildə Kəlbəcər rayon, Çərəktar kəndində anadan olmuşdur. Ailədə 4 uşaqdırlar. 3 bacı və bir qardaşdırlar. Ərizəçi ailəlidir və 2 oğlu vardır. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 06 mart 2025-ci il tarixli, 79 nömrəli müraciətə cavabdan görünür ki, xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu, Çərəktar kəndində doğulmuş Əzizova (Bayramova) Səfalə Vahid qızının doğumu haqqında akt qeydi Maraqlı şəxs2ndə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestr Xidməti”-nin avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Çərəktar kəndi Ağdərə rayonunun, inzibati ərazisinə aid olduğu üçün 1992-ci ilə kimi Ağdərə rayonunda tərtib olunan vətəndaşlıq vəziyyəti aktları Xankəndi (Stepanakert – DQMV) şəhərinə göndərilmişdir. Maraqlı şəxs2 tərəfindən ərizəçiyə ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 276 nömrəli müraciətə cavabdan görünür ki, onun doğumu Maraqlı şəxs2ndə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestr Xidməti”-nin avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Doğum faktının təsdiqi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. AZ-İ seriyalı, 908290 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında 17 sentyabr 2010-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əzizova soyadı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə ərizəçi Əzizova (Bayramova) Səfalə Vahid qızının məhkəmə iclasında verdiyi izahatı, şahid ifadəsini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, ərizəçi X2 xx.xx.1986-cı ildə Kəlbəcər rayonu, Çərəktar kəndində doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X2 xx.xx.1986-cı ildə Kəlbəcər rayonu, Çərəktar kəndində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Bayramova”, adının “Səfalə”, ata adının “Vahid” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X4, ana qrafasında isə X6 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1008/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1008/2025
02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver