Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-102/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə qarşı «işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 14 iyun 2021- ci il tarixli 72 saylı əmrinin ləğv edilərək onun işə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehin 14 iyun 2021-ci il tarixli 72 saylı əmrinə əsasən onunla bağlanmış "əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrin surəti poçt vasitəsilə ona göndərilib. O, həmin əmrlə razılaşmır və qanunsuz hesab edir: Cavabdehin bu əmri AR ƏM-nin tələblərinə zidd olmaqla, qərəzlilik nəticəsində verilmişdir. Belə ki, o, hazırda işlədiyi işə məhkəmə qətnaməsi ilə 2018-ci ildə bərpa edilmişdir. Həmin vaxt də məktəbin direktoru hazırkı cavabdeh şəxs olmuşdur. Məhkəmə qətnaməsi ilə işə bərpa edilərkən onun yerinə işə götürülmüş cavabdehin yaxın adamı işdən çıxarılmalı olmuş və ona görə də həm cavabdeh, həm də həmin şəxs bu illər ərzində onunla qərəzli münasibətlərdə olmuşlar. Hətta 2018-ci ildə bir xadimə ona qarşı öyrədilərək guya onu döyməyini bildirmiş, həmin ərizə əsasında ona inzibati protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilmişdir. Onun şikayəti əsasında işə apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona böhtan atıldığı, xadiməni vurmadığı və şahidin yalan ifadə verməsi təsdiq edildi. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ləğv edildi, inzibati işə xitam verildi və o, azad edilmişdir. Bundan sonra da həmin qərəzli münasibətlər illər boyu davam etmiş və son vaxtlar kəskinləşmişdir. Direktorun təşkilatçılığı ilə müəllimlər ona qarşı yönəldilmiş, bilərəkdən mübahisə şəraiti yaradılmışdır. Bütün bunlardan hiddətlənərək o, şəhər Təhsil Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və həmin şikayətin sabahısı günü X14 məktəb otağında onun ünvanına nalayiq söyüşlər söyməklə üstünə hücum çəkərək ona xəsarətlər yetirmişdir və bu hərəkətinə görə D.Babayeva barəsində inzibati protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhəkəməsinin qərarı ilə 300 manat cərimə edilmişdir. Bütün bu hadisələr sübut edir ki, direktor tərəfindən öyrədilmiş şəxslər vasitəsilə ona qarşı çirkin kompaniya aparılmış və nəticədə o, təhqir edilib döyüldüyü halda ona töhmət elan edilmişdir. Həmin töhmət əmrindən məhkəməyə şikayət etmiş və məhkəmə qətnamələri əsasında həmin töhmət ləğv edilmişdir. Bundan daha da qeyzlənən direktor qanunsuz olaraq ondan heç bir inventar təqdim edilmədən inventarizasiya aktına imza etməyi tələb etmiş, o, isə buna öz etirazını bildirərək, yalnız komissiya tərəfindən inventarlar tam yoxlanıb onların mövcudluğu təsdiqləndikdən sonra akta imza edəcəyini bildirmişdir. Buna baxmayaraq direktor rəsmi məktubla ona müraciət edərək akta imza etməyi tələb etmişdir. Bu məktubdan sonra o, həm direktora, həm də təhsil şöbəsinə rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, inventarı qəbul etməkdən imtina etmir, sadəcə həmin inventarlar komissiya tərəfindən yoxlanıb mövcudluğu təsdiqləndikdən sonra akta imza edə bilər. Onun bu qanuni tələbinə baxmayaraq, cavabdeh bunu imtina kimi qiymətləndirmiş və məhz bu əsasla onu işdən azad etmişdir(müqaviləsinə xitam vermişdir). Ona görə də əmri bu hissədə qanunsuz hesab edir. Əmrin ikinci əsası kimi o, göstərilmişdir ki, guya o, töhmət aldıqdan sonra da bundan nəticə çıxarmamış, işində və davranışında dəyişiklik etməmiş, müəssisədaxili intizam qaydalarını pozmuş, etik davranış qaydalarına riayət etməmiş, bununla da məktəbdə təlim-tərbiyə prosesinin, sağlam mənəvi-psixoloji durumun pozulmasına səbəb olmuşdur. Əmr bu hissədə də tam qanunsuz və əsassızdır. Əvvəla, cavbdehin töhmət əmri məhkəmə qaydasında ləğv edilmiş və onun töhmət əmrinin qanuniliyi məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Bu vəziyyətdə onun işdə azad edilmə əmrində həmin əmrə və ondan nəticə çıxarmamağa isinad edilməsi qanunsuz olmuşdur. Bundan əlavə, guya onun töhmət əmrindən sonra da qanunsuz hərəkətlər etməyi barədə göstərilənlərin də heç bir hüquqi əsası və dəlili mövcud deyildir. Belə ki, əmrin həmin hissəsində sadalanan hərəkətlərdən hər hansı birini töhmət əmrindən sonra etməyini təsdiq edən heç bir sübut və dəlil mövcud deyildir. Bıı barədə hər hansı bir ərizə və izahat mövcud deyildir. Həmin hərəkətlər barəsində ondan hər hansı bir izahat da alınmamışdır. Çünki belə bir hərəkətlər mövcud olmamışdır. Cavabdehin bu qərəzli hərəkətlərinin səbəbi onun tərəyindən məktəbdə baş verən qanunsuzluqlar barədə təhsil şöbəsinə, təhsil nazirliyinə, prokurorluğa, polisə olan şikayətləri olmuşdur. Belə ki, o, Təhsil Şöbəsinə və Prokurorluğa məktəblərində direktorun təşkilatçılığı ilə müəllimlərlə birlikdə yol verilən cinayət tərkibli əməllər barədə məlumat vermiş, bu şikayəti əsasında məktəbdə yoxlamalar başlamış, yol verilən nöqsanlar və yeyintilər aşkar edilmiş və hazırda bu barədə qanuni qərar qəbul edilməsi mərhələsindədir. Məhz buna görə direktor nəyin bahasına olursa-olsun onun məktəbdən uzaqlaşdırılmağı və öz qanunsuz hərəkətləri barədə məlumatların yayılmaması üçün onu məktəbdən uzaqlaşdırmaq qərarına gəlmiş və tez-tələsik olaraq guya onun inventarları qəbul etməməyini əsas gətirərək müqaviləsinə xitam vermişdir. Ona görə də belə hesab edir ki, əmrin hər iki əsası qanunsuz sayılmalı və əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, məcburi işburaxmaya görə əmək haqqım cavabdehdən alınaraq ona verilməlidir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 14 iyun 2021- ci il tarixli 72 saylı əmrinin ləğv edilərək onun işə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi əsassızdır və aşağıda qeyd olunan faktlar şikayətçinin Azərbaycan Respublikası Əmək məcəlləsi tələblərini kobud surətdə pozmasının göstəricisi olmaqla MPM-in 149-150 maddələrinin tələblərinin pozulması ilə təqdim edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsaslar iddiaçının ərizəsində qeyd edilənlərlə hər hansı bir əlaqə mövcud deyil 14 iyun 2021-ci il tarixli 72 saylı əmrdən də göründüyü kimi məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə məktəbin invertarlarını qəbul etməkdən imtina etmiş, bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrin Vahid -X10" təsərrüfat işləri üzrə direktor müavinin vəzifə təlimatının - tələblərinə əməl etməmişdir. Qaydalarda nəzərdə tutulmayan tələblər irəli sürmüş, bununla da əmək funksiyasının icrasından imtina etmişdir. 27 may 2021-ci il tarixli aktdan da göründüyü kimi Təhsil Nazirliyi 1 saylı X6 aparıcı məsləhətçilərinin yoxlama aktını məktəbin təsərrüfat işləri üzrə müavini İddiaçı imzalamaqdan imtina edərək, üzərinə təlimatlar əsasında qoyulmuş vəzifələrin yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixli Təhsil Nazirliyi 1 saylı X6 rəisi Elxan Süleymanov tərəfindən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı ünvanlanmış A-lll\01 saylı məktubda göstərilir "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş" Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1 Təsərrüfat işləri üzrə direktor müavininin əmək funksiyalarından biri də inventarların qorunub saxlanılmasıdır. “Siz təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunan gündən inventarları təhvil götürməkdən imtina etdiyiniz üçün vəzifə funksiyanızın icrasından imtina etmiş olursunuz. Təcili şəkildə inventarları təhvil götürməyiniz və çatışmazlıqlar varsa bu barədə Mərkəzə məlumat verməyiniz tələb olunur." Məktubun tanış olma hissəsində Abbasov inventarları təhvil götürməmək niyyəti ilə təhvil-təslimə aidiyyatı olmayan qurumların iştirakını tələb etməklə vəzifə funksiyasının icrasından imtina etmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin həmkarlar komitəsinin 18 saylı iclas protokolunda tərtib edilmiş qərarda göstərilmişdir. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoruna məktəbin kollektivi tərəfindən göndərilən xx.xx.2021 -ci il tarixli ərizə xx.xx.2021-ci il tarixli məktəb rəhbərliyinin verdiyi təqdimat və çıxışlar nəzərə alınmalıdır. İddiaçı qeyri- peşəkar fəaliyyətini əmək funksiyasını vəzifə borcunu yerinə yetirmədiyini təlim-tədris prosesinə mane olduğunu müəssisə daxili nizam-intizam qaydalarına riayət etməməsini nəzərə alaraq qanuna müvaviq tədbir görülsün. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 14 iyun 2021 -ci il tarixli pedoqoji şuranın 09 saylı protokoldan çıxarışdan da göründüyü kimi şura çıxışları nəzərə alaraq məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli aktdan göründüyü kimi məktəbin direktoru Həsənli İlahə məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı müraciət edərək məktəb invertarlarının götürülməsini bildirsə də Abbasov ancaq "Meydan "qəzetinin və Sumqayıt şəhər prokurorluğundan nümayəndə iştirakını tələb edərək qəbul etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsinə Sumqayıt təhsil şöbəsinin metodistlərinin məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı şikayəti əsasında təqdim edilmiş arayışdan da göründüyü kimi Abbasov 01 mart 2019-cu il tarixindən qeyd edilən vəzifədə çalışmasına baxmayaraq Azərbaycan mal-material qiymətlərini aktla təhvil götürməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1 Təsərrüfat işləri üzrə direktor müavininin əmək funksiyalarından biri də inventarların qorunub saxlanılmasıdır. Abbasov təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunan gündən inventarları təhvil götürməkdən imtina etdiyi üçün vəzifə funksiyasının icrasından imtina etmiş hesab olunmasına baxmayaraq, məktəb direktoru onunla bağlanmış əmək müqaviləsinə xitam verməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Sumqayıt şəhər 1 saylı X6 rəisinə ünvanladığı xx.xx.2021-ci il ərizəsindən görünür ki, invetarları təhvil götürməkdən imtina etmir. Məktəbdə olan inventarlarıa bağlı çatışmazlıqlar olduğu üçün, Təhsil Nazirliyinin, Baş Prokurorluğun, Hesablama Palatasının və Maliyyə Nəzarət Xidmətinin əməkdaşlarının iştirakı ilə araşdırılma aparılsın və bundan sonra inventarı təhvil götürəcəkdir. İş materiallarında olan İddiaçı Sumqayıt şəhər 11 saylı məktəbin direktoru X21 ünvanladığı xx.xx.2021-ci il ərizəsindən görünür ki, o, əmək funksiyalarını yaxşı bilir və inventarları təhvil götürməkdən imtina etmir. Məktəbdə olan inventarlarla bağlı çatışmamazlıqlar olduğu üçün, Təhsil Nazirliyinin, Baş Prokurorluğun, Hesablama Palatasının və Maliyyə Nəzarət Xidmətinin əməkdaşlarının iştirakı ilə araşdırma aparılsın və bundan sonra inventarı təhvil götürəcəkdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 72 nömrəli, xx.xx.2021-ci il tarixli əmrdənb çıxarışdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq məktəbin inventarlarını təhvil götürməkdən imtina etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrin Vahid-İxtisas-Sorğu Kitabçasında” təsərrüfat işləri üzrə direktor müavinin vəzifə təlimatının tələblərinə əməl etməmişdir. Qaydalarda nəzərdə tutulmayan tələblər irəli sürmüş, bununla da əmək funksiyasının icrasından imtina etmişdir. İddiaçı bir dəfə töhmət verilməsinə baxmayaraq bundan nəticə çıxarmamış, işində və davranışında müsbət dəyişikliklər etməyərək müəssisədaxili intizam qaydalarını pozmuş, etik davranış qaydalarına riayət etməmiş, bununla da məktəbdə təlim-tərbiyə prosessinin, sağlam mənəvi-psixoloji durumun pozulmasına səbəb olmuşdur. Qeyd olunanları rəhbər tutaraq, məktəbin təsərüffat işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilməsi və əmək haqqının son haqq-hesabı ilə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 681753 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixindən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbə təsərrüfat işləri üzrə direktor müavini keçirilməsi barədə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən təsərrüfat işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-8815/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qərarına əsasən məktəb üzrə verilmiş xx.xx.2016-cı il tarixli 49 №-li əmr ləğv olunub və məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunub. xx.xx.2021-ci il tarixdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-873\2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1486\2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qərarı ləğv edilərək İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmiş və İddiaçı məhkəmə zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-864/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı Sumqayıt şəhər 11 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini kimi işlədiyi 2016-cı ilin aprel və may ayları üçün əmək haqqı hesablanaraq ödənilməsi, iddianın qalan hissəsi, yəni Sumqayıt şəhər 11 saylı tam orta məktəbin direktorunun 01 iyun 2016-cı il tarixli, 49 saylı 1 əmrinin ləğv edilərək İddiaçı işə bərpa edilməsi, məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi və həmin pulların direktordan alınaraq büdcəyə ödənməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(105)-1427\2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(060)- 864/2018 saylı qətnaməsi qismən, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilərək hissələrdə təmin edilməsi, Sumqayıt şəhər 11 saylı tam orta məktəbi üzrə 49 saylı, 01 iyun 2016-cı il tarixli əmir ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, 01 iyun 2016cı il tarixdən başlayaraq məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8115\18 saylı, 19 dekabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh Sumqayıt şəhər 11 saylı tam orta məktəbinin kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 05 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3556\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə qarşı həmin məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli töhmət elan olunmasına dair əmrinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2450\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(060)-3556\2021 saylı, qətnaməsi ləğv edilərək, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli İddiaçı töhmət elan olunmasına dair əmri ləğv edilərək, İddiaçı apellyasiya şikayəti təmin olunmuşdur. İş materiallarında olan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2515\2022 saylı, 23 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh Sumqayıt şəhər 11 saylı tam orta məktəbin direktoru X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 14 dekabr 2021-ci il tarixli, 2(105)-2450/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktot müavini İddiaçı məktəbin xx.xx.2016-cı il tarixli, 12 nömrəli əmri ilə göstərilən vəzifəyə təyin olunmuşdur. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabı”na əsasən ümumtəhsil müəssisəsində təsərrüfat işləri üzrə direktor müavininin ixtisas tələbləri “ali və ya orta ixtisas təhsili, 3 ildən yuxarı əmək stajı”ndan ibarətdir. İxtisas tələbləri uyğun olmadığı üçün İddiaçı əmək haqqı ödənilməmiş, işə götürmə əmrinin qaydalara zidd olduğu barədə təhsil şöbəsi və məktəbə məlumat verilmişdir. xx.xx.2016-cı il tarixində İddiaçı əmək məcəlləsinin 70-ci maddəsinə əsasən işdən azad olunmuş, xx.xx.2019-cu il tarixində isə məhkəmə qərarina əsasən işə bərpa edilmişdir. Lakin mərkəzə İddiaçı 3 il iş stajı olmasını təsdiq edən heç bir sənəd təqdim olunmaması onun əmək haqqısının hesablanmasını mümkünsüzləşdirir. 3 il stajı olmayan şəxsin direktor müavini təyin olunmasının qaydalara zidd olduğunu nəzərə çatdırılmış, qeyd olunan qanun pozuntusunun təcili aradan qaldırılması istiqamətində tədbir görməyiniz və bu barədə mərkəzə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 1 saylı ərazi Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçiləri X5 və X13 mühasib X7 mühasib X8 və Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin direktoru X12 bu aktı tərtib edirlər ondan ötrü ki, keçirilən baxışın nəticələrinə dair aktı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3’nda Təsərrüfat işləri üzrə direktor müavininin əmək funksiyalarından biri də invertarların qorunub saxlanmasıdır. O, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunan gündən invertarları təhvil götürməkdən imtina etdiyi üçün vəzifə funksiyasının icrasından imtina etmiş olur. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən nəzərdə tutulmuş əsas vəzifə tələbləri pozur. Ondan xx.xx.2021-ci il tarixində invertarları təhvil götürməyi və çatışmazlıqlar varsa, bu barədə məktəbin rəhbərinə məlumat vermək tələb olunur. Əks təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərində nəzərdə tutulmuş qaydada barəsində qanunvericiliyə müvafiq qaydada tədbir görüləcəkdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbin direktoru Həsənli İlahə təsərrüfat işləri üzrə direktor müavini İddiaçı müraciət edərək, sonuncu dəfə xəbərdarlıq edilərək vaxt verilmişdir. Məktəbdə vəzifə borcunu yerinə yetirməyib, 2016-cı ildən bəri qəbul etmədiyi invantarlara görə, xəbərdarlıqları nəzərə almadığına görə işdən azad ediləcəyi bildirimişdir. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, məktəbin Həmkarlar Komitəsinin sədri Arzu Məmmədova, məktəbin direktoru İlahə Həsənli, 1 saylı ƏMHM-nin mühasibi Kəmalə Qarayeva, Sumqayıt şəhər Təhsil şöbəsinin baş mühasibi Elminar Abdullayeva, məktəbin kargüzarı Aygün Murquzova bu aktı tərtib edirlər oan görə ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunan təsərrüfat işləri üzrə direktor müavini İddiaçı yazılı və şifahi xəbərdarlıq edilmişdir ki, məktəbə aid olan sənəd və anbarın açarlarını təhvil versin. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq müxtəlif bəhanələr gətirərək məktəbə gəlməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar ələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq iddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur. Buna görə də iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən, cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 72 saylı, xx.xx.2021-ci il tarixli əmri ləğv edilərək, xx.xx.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: -işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; -işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı X9 əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Bundan əlavə iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli İddiaçı töhmət elan olunmasına dair əmri ləğv edilmiş və Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2515\2022 saylı, 23 may 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 14 dekabr 2021-ci il tarixli, 2(105)- 2450/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, iddiaçı X9 əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, Sumqayıt şəhər nömrəli Tam Orta Məktəbin direktoru İlahə Həsənlinin 72 saylı, xx.xx.2021-ci il tarixli əmri ləğv edilməli, X16 işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 14 iyun 2021-ci il tarixli, 72 saylı əmri ləğv edilsin. İddiaçı Sumqayıt Şəhər 11 nömrəli tam orta məktəbə əvvəlki iş yerinə bərpa edilsin. Sumqayıt Şəhər 11 nömrəli tam orta məktəb tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-102/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-102/2022
08.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver