Məhkəmə qərarları › İş №2(060)-1023/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1023/2024

11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1023/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur. O və X5 birgə nikahından X14 anadan olmuşdur. Qeyd edir ki, X14 26 fevral 1992-ci ildə Xocalı faciəsi zamanı şəhid olmuşdur. Bunu Maraqlı şəxs verdiyi xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 709750 saylı ölüm haqqında şəhadətnamə də (təkrar) təsdiq edir. Qeyd olunan şəhadətnaməyə görə X14 26 fevral 1992-ci il tarixində Xocalı faciəsində həlak olmuşdur. Xocalı Rayon İcra Hakimiyyəti Başçısının verdiyi arayışdan görünür ki, X8 şəhid ailəsi statusu verilmişdir. Sözü gedən arayışda qeyd olunur ki, verilir Xocalı şəhər sakini X8 ondan ötəri ki, həqiqətən onun övladı X14 26 fevral 1992-ci il Xocalı faciəsi zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarına və rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, X6 şəhid ailəsi statusu verilmişdir. O qızının doğum haqqında qeydinin bərpa edilməsi barədə Maraqlı şəxsnə müraciət etmişdir. Doğum haqqında şəhadətnamənin olmaması ərizəçiyə bir sıra məsələləri realizə etmək üçün ciddi çətinliklər yaradır. Maraqlı şəxs cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Belə ki, bütün sənədlər işğal zonasında qalmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, məhkəmədən X9 21 sentyabr 1968-ci ildə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Çaykənd kəndində anadan olması, atasının X13, anasının isə, Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qızı şəhid olmuşdur. Öncələr Qərbi Azərbaycanda yaşamışdır. Lakin sonralar oradan deportasiya olunmuş, Xocalıya gəlmiş və orada ailə qurmuşdur. Uşağı o saxlamışdır. Hal-hazırda isə öz ailəsi vardır. Yoldaşı vəfat etdikdən sonra isə müavinət verilməmiş və kəsilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X2 ifadəsində bildirdi ki, Tükəzban xanımı tanıyır. Belə ki, onun qohumudur. Qardaşının yoldaşıdır. X14 1968-ci ilin sentyabr ayının 21-də anadan olmuşdur. 6 övladı anadan olmuşdur. Şuşaya gəlmiş, daha sonra Nəbilər kəndində yaşamış, oradan isə Xocalı şəhərinə köçmüşlər. Qızı Lamiyəni qardaşı saxlamış və oxutmuşlar. Bakı şəhərində yaşayır. Üç övladı vardır. X3 ifadəsində bildirdi ki, Tükəzban xanımı tanıyır. Övladları olmuşdur. Böyük qızının adı Əyyubova Mələk olmuşdur. Əyyubova Mələk 21 sentyabr 1968-ci il tarixdə Çaykənd kəndində anadan olmuşdur. Xocalı şəhərinə köçmüş və Xocalı faciəsi zamanı isə iki yaşlı qızı ilə birlikdə şəhid olmuşdur. Lamiyə adına başqa bir qızı da vardır. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 11 dekabr 2014-cü il tarixli, AZ-İ seriyalı, 709750 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 26 fevral 1992-ci il tarixdə Xocalı faciəsində həlak olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ilin 07-ci ayının 07-ci günündə 39 nömrə ilə qeyd edilmişdir. AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. 014204 nömrəli vəqisədən görünür ki, Ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Xocalı rayonu İcra hakimiyyəti başçısının 605 nömrəli, xx.xx.2008-ci il tarixli arayışından görünür ki, Xocalı şəhər sakini X5 övladı X14 26 fevral 1992ci il Xocalı faciəsi zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 15 yanvar tarixli, 10 saylı qərarına və rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən X8 şəhid ailəsi statusu verilmişdir. Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 195 nömrəli arayışından görünür ki, sabir Xocalı şəhər sakini mərhum X15 xx.xx.1992-ci il Xocalı faciəsi zamanı şəhid olmuş, onun doğum haqqında şəhadətnaməsi işğal zonasında qalmışdır. X1 anası Ərizəçidır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3683/2008 nömrəli, 10 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuş, xx.xx.1992-ci il tarixdə Xocalı şəhərində şəhid olmuş X9 X5 və Ərizəçi qızı (qohumluq münasibətləri) olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-M/15- 4149/2023 saylı imtina məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-a əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının Ərizəçi ünvanlanmış 25 iyun 2023-cü il tarixli müraciətə cavabdan görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibatı və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ olduğu bildirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7778/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, Ərizəçi qızı X9 xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Krasnoselsk rayonunda doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X9 xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Çaykənd kəndində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Əyyubova”, adının “Mələk”, ata adının “Əli” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X13, ana qrafasında isə Ərizəçi qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar