Məhkəmə qərarları › İş №2(060)-1024/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1024/2022

05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1024/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasının Amasya rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum aktı qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, onun xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum qeydinin bərpa edilməsi, ata qrafasında atasının X3, ana qrafasında X1 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. Özünə məxsus doğum haqqında şəhadətnaməni naməlum şəkildə itirmişdir. Hal-hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşır. Ərizəçi bu barədə Maraqlı şəxsnə müraciət etmiş, 07 oktyabr 2021-ci il tarixli №05/Q-3691/15 saylı məktuba əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, ərizəçi onun qardaşıdır. xx.xx.1980-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olub. Hazırda ata evində yaşayır. Doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında şəhadətnaməsinin olmaması müəyyən problemlər yaradır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçi onun qardaşıdır. xx.xx.1980-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olub. Doğum haqqında şəhadətnaməsinin olmaması müəyyən problemlər yaradır. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 07.10.2021-ci il tarixli, 05/Q-3691/15 nömrəli məktubundan görünür ki, Ermənistanın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından xahişin təmin edilməmiş mümkün olmamışdır İtmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. - AZE №0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. - AZ-İİ № 050258 saylı nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, 01.07.1937-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuş X3 01.12.1947-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuş Daşdəmirova (Məmmədova) Sürəyya İbrahimxəlil qızı ilə 04.07.2015-ci il tarixdə nikaha daxil olmuşdur. - AZ-İİ №216452 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 21.08.2021-ci il tarixdə COVİD-19 səbəbindən ölmüşdür. - AZ-İİ №891425 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06.08.2017-ci il tarixdə dəqiqləşdirilməmiş sepsis səbəbindən ölmüşdür. - Sumqayıt Şəhər Polis İdarəsinin 08.02.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 14 fevral 2022-ci il tarixli, 299 saylı məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi keçmiş Sumqayıt şəhər hərbi komissarlığının həkim komissiyası tərəfindən 15.04.1998-ci il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafası, 71 “b” maddəsi ilə (AR MN-nin 1997-ci il tarixli 30 nömrəli əmri) hərbi xidmətə məhdud yararlı hesab edilərək 27 may 1998-ci il tarixdən hərbi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 14.02.2022-ci il tarixli, 018-2951-1222 saylı məktubundan görünür ki, vətəndaş Ərizəçi 09.07.2003-cü il tarixdən Sumqayıt ŞPİ tərəfindən AZE-01108588 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Həmin məktuba əlavə edilmiş vətəndaş Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi Yahya oğlu Ermənistanın Amasiya rayonunda 22.03.2020-ci il tarixdə anadan olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi Yahya oğlunun ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi 23 mart 1980-ci il, doğulduğu yer Ermənistan, Amasiya rayonu, ata qrafasında X4, ana qrafasında X1 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1980-ci il tarixdə Ermənistanın, Amasiya rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi Yahya oğlu”, doğum tarixi “xx.xx.1980-ci il”, doğulduğu yer “Ermənistan, Amasiya rayonu”, ata qrafasında “X3”, ana qrafasında “X1” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar