Məhkəmə qərarları › İş №2(060)-103/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-103/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-103/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi, Ərizəçi vəkili Vəkil və tərcüməçi X1 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iş materialları nəzərdən keçirilərək ərizəçiyə bildirilimişdir ki, doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir və bu işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən haldır, ona görədə məhkəmə hazırlıq iclası təxirə salınaraq qeyd edilən nöqsanın ərizəçi tərəfindən aradan qaldırılması üçün vaxt verilmişdir. Qeyd edilənlərə baxmayaraq işin baxılma müddəti 2 ay uzadılmış, lakin yuxarıda göstərilən nöqsan ərizəçi tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili Vəkil izahatında bildirdi ki, Ali Məhkəmənin hüquqi əhəmiyyətli faktların müəyyən olunması ilə bağlı Plenum qərarı vardır. Orada 12-ci bənd hal-hazırki məsələ ilə bağlıdır. Həmin bənd və ondan sonrakı yarım bənddə qeyd olunmuşdur ki, bu tipli məsələlərdə hansı sənədlər əlavə olunmalıdır. Şəxsin başqa dövlətin vətəndaşlığına mənsub olması faktını təsdiq edən sənədi əldə edə bilmirlər. Orada da qeyd edilir ki, əgər bu sənəd yoxdursa bu zaman iddianın baxılmamış saxlanılması üçün əsas yaranır. Göndərici norma kimi Mülki Prosessual Məcəllənin 152 və 153-cü maddələrinə istinad edir. Orada da qeyd edilir ki, iddia ərizəsi nöqsanlı tərtib olunduqda ərizə geri qaytarılır. İddiaçıya şans verilir ki, nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etsin. Onların isə etdiyi nöqsan deyil, iradələrindən asılı olmayan bir haldır. İlk iclasda bunu xahiş etmiş və məhkəmə də bildirmişdir ki, o sorğunu onlar əldə edəcəkdirlər. Lakin məhkəmənin əldə edə bilmədiyini gördükdə özlərinin müraciət etməsini məqsədə uyğun bilmişlər. Bu müraciət isə çox çətin prosedur olmuşdur. Belə ki, iyul ayından müraciət etmişlər. 2 aydan sonra onları qəbul etmiş, çoxsaylı sənədlər istənilmiş, avqust ayında rüsum da ödənilmiş, ondan sonra isə müraciət qeydə alınmışdır. Lakin hələ də cavab verilməmişdir. Onlar ümid edirdilər ki, zaman uzandıqca bir nəticə əldə edəcəkdirlər. Lakin zaman keçdikcə nəticə əldə edə bilmədiklərini görmüşlər. Məhkəmələrə səlahiyyət verilmişdir ki, 255-ci maddəyə əsasən xarici məhkəmələrə məhkəmə tapşırığı göndərildikdə icraat dayandırıla bilər. Onlar cavabı əldə edə bilmirlər. Hesab edir ki, Rusiya Federasiyasının məhkəmələrinə məhkəmə tapşırığı göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkilinin bildirdiklərinə əlavələr səsləndirməmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əssən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndinə əsasən Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ərizəçi məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırılmamış (şəxsi məlumatların əldə edilməsinə dair ərizəçinin yazılı, qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılığı olmaqla müraciət etməsini təsdiq edən sənəd əlavə edilməmiş), Rusiya Federasiyasının müvafiq dövlət orqanının şəxsin həmin ölkənin vətəndaşı olmaması barədə müvafiq arayış ərizəçi tərəfindən təqdim edilməmişdir. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalı və həmin ərizəyə görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixdə **********41 №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar