Məhkəmə qərarları › İş №2(060)-1038/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1038/2024

25.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1038/2024 25.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2007-ci ildən hər ay 625 manat olmaqla 2023-cü ilin dekabr ayı daxil olmaqla 16 il ərzində ödənilməli olan, lakin ödənilməmiş 117.840 manat müavinətin və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 410 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə onun Az.Kond.Vent.Santexquraşdırma MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsı baxılmamış saxlanılmışdır. (hakim Ceyhun Məmmədov) Belə ki, həmin dövrdə cavabdeh təşkilat onu qəti əmin etdi ki, onun pulunu aybaay qəpiyinə kimi ödəyəcəyək. Lakin həmin müəssisənin rəhbəri olmuş X4 xx.xx.2018-ci il tarixində vəfat etdikdən sonra həmin dövrdən hal-hazırki tarixədək müəssisə tərəfındən ona ödənişin verilməsi tamamilə dayandırılmışdır. O, bu müddət ərzində dəfələrlə lazımi orqanlara, o cümlədən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX 7 saylı region üzrə X3 müraciət etsə də onlar tərəfındən heç bir köməklik göstərilməmişdir. Ona görə də, o, məhkəməyə müraciət etməyə məcbur olub. Belə ki, o, xx.xx.1987-ci ildə cavabdeh təşkilatda əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb, əlil sayılıb və əmək qabiliyyətinin yetmiş faizini itirməyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi 6 saylı zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixdə ona müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəf xx.xx.2007-ci il tarixdən ona müavinət ödəməli olduğu halda ona həmin müavinətin guya xx.xx.2007-ci ildən müəssisənin tam özəlləşməsi başa çatanadək xx.xx.2010-cu il tarixinədək müavinətin guya Əmlak məsələləri üzrə Dövlət Komitəsi, xx.xx.2010-cu ildən indiyə kimi cavabdeh tərəfindən ödənilməli olduğu bildirilir. Bu barədə cavabdehin verdiyi məktubu da iddia ərizəsinin sənədlərinə əlavə edir. Nəticədə xx.xx.2007-ci ildən cavabdeh ona müavinət ödəmirdi. Böyük çətinliklə cavabdeh 14 mart 2010-cu il tarixindən 15 dekabr 2015-ci il tarixinədək yəni 5 ilə cəmi 3410 manat xəsarətə görə ödənc ödəmişdir. Bir dəfə də maşını saxlayaraq ona hansısa sənədə imza etdirmişdir. Əslində isə cavabdeh ona hər ay 625 manat ödənc ödəməlidir. Cavabdehlə aralarında olan mübahisənin mediasiya vasitəsilə həll olunması üçün ərizə ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edib. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırmışdır və bu mübahisənin məhkəməyə qədər mediasiya vasitəsilə həllinə çalışmamışdır və bu haqda X1 (İMS) iştirak edilməməsi barədə MŞS/MT030/2023-02471 saylı, xx.xx.2023-cü il tarixli arayış tərtib olunmuşdur. Beləliklə də, cavabdeh Az.Kond.Vent.Santexquraşdırma MMC tərəfindən xx.xx.2007-ci ildən hər ay 625 manat olmaqla 2023-cü ilin dekabr ayı daxil olmaqla 16 il ərzində ödənilməli olan, lakin ödənilməmiş (cavabdeh tərəfindən xəsarətə görə 14 mart 2010-cu il tarixindən 15 dekabr 2015-ci il tarixinədək ödənilmiş 3410 manat ödəncin həmin ümumi məbləğdən - 121.250 (yüz iyirmi bir min iki yüz əlli) manatdan çıxıldıqdan sonra yerdə qalan 117.840 (yüz on yeddi min səkkiz yüz qırx) manatın ödənilməsi şərti ilə) müavinətin, mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 410 manat mediasiya xərcinin cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsi zəruridir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsinin icraatında onun “Az.Kond.Vent.Santexquraşdırma MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə iş vardır. Hal-hazırda həmin iddia tələblərinə aşağıdakı dəqiqləşmələrin edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli 3-34/2-23/06- 1/2024 nömrəli məktubuna əlavə olaraq Sumqayıt şəhəri üzrə 2009- 2014-cü illərdə tikinti sahəsində və 2015-2023-cü illərdə daşınmaz əmlakla əlaqədar əməliyyatlar fəaliyyəti sahəsində orta aylıq nominal əmək haqqı 2009-cu il üzrə 206,5 manat, 2010-cu il üzrə 267,1 manat, 2011-ci il üzrə 198,3 manat, 2012-ci il üzrə 253,7 manat, 2013cü il üzrə 263,9 manat, 2014-cü il üzrə 272,9 manat, 2015-ci il üzrə 174,6 manat, 2016-cı il üzrə 176,2 manat, 2017-ci il üzrə 187,4 manat, 2018-ci il üzrə 191,0 manat, 2019-cu il üzrə 360,1 manat, 2020-ci il üzrə 423,2 manat, 2021-ci il üzrə 458,3 manat, 2022-ci il üzrə 567,4 manat, 2023-cü il (ilkin) üzrə 627,5 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 20 fevral 2024-cü il tarixli məktubuna əsasən, “Az.Kond.Yent.Santexquraşdırma MMC”-nin əsas fəaliyyətinin də aid olduğu “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin ilkin məlumatlarına əsasən 910,1 manat (doqquz yüz on manat on qəpik) təşkil edir. Beləliklə də, cavabdeh ona 2009-cu il üzrə hər ay 206,5 manat olmaqla ilə cəmi 2478 manat; 2010-cu il üzrə hər ay 267,1 manat olmaqla ilə cəmi 3205,2 manat , 2011-ci il üzrə hər ay 198,3 manat olmaqla ilə cəmi 2379,6 manat, 2012-ci il üzrə hər ay 253,7 manat olmaqla ilə cəmi 3044,4 manat, 2013-cü il üzrə hər ay 263,9 manat olmaqla ilə cəmi 3166,8 manat, 2014-cü il üzrə hər ay 272,9 manat olmaqla ilə cəmi 3247,8 manat, 2015-ci il üzrə hər ay 174,6 manat olmaqla ilə cəmi 2095,2 manat, 2016-cı il üzrə hər ay 176,2 manat olmaqla ilə cəmi 2114,4 manat , 2017-ci il üzrə hər ay 187,4 manat olmaqla ilə cəmi 2248,8 manat, 2018-ci il üzrə hər ay 191,0 manat olmaqla ilə cəmi 2292 manat , 2019-cu il üzrə hər ay 360,1 manat olmaqla ilə cəmi 4321,2 manat , 2020-ci il üzrə hər ay 423,2 manat olmaqla ilə cəmi 5078,4 manat , 2021-ci il üzrə hər ay 458,3 manat olmaqla ilə cəmi 5499,6 manat , 2022-ci il üzrə hər ay 567,4 manat olmaqla ilə cəmi 6808,8 manat ödənc ödəməli, 2023-cü il üzrə hər ay 910,1 manat olmaqla ilə cəmi 10921,2 manat ödənc ödəməlidir. Belə ki, 2009-cu il tarixdən - 2024cü ilin yanvarın 1-ə kimi cavabdeh tərəfindən ona ödənilməmiş 58.901,4 (əlli səkkiz min doqquz yüz bir manat qırx qəpik) manat ödəncin ona ödənilməsi zəruridir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 20 fevral 2024-cü il tarixli məktubuna əsasən, “Az.Kond.Vent.Santexquraşdırma MMC”-nin əsas fəaliyyətinin də aid olduğu “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” sahəsində fəaliyyət göstərən miiəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin ilkin məlumatlarına əsasən 910,1 manat (doqquz yüz on manat on qəpik) təşkil edir. Beləliklə də, cavabdeh Az.Kond.Vent.Santexquraşdırma MMC tərəfindən 2009-cu il tarixdən - 2024-cü ilin yanvarın 1-ə kimi mənə ödənilməmiş 58.901,4 (əlli səkkiz min doqquz yüz bir manat qırx qəpik) manat olmaqla 15 il ərzində ödənilməli olan, lakin ödənilməmiş (cavabdeh tərəfindən xəsarətə görə 14 mart 2010-cu il tarixindən 15 dekabr 2015-ci il tarixinədək ödənilmiş 3410 manat ödəncin həmin ümumi məbləğə - 58.901,4 (əlli səkkiz min doqquz yüz bir manat qırx qəpik) manata daxil edilməmək şərti ilə) müavinətin, mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 410 manat mediasiya xərcinin cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsi zəruridir. Yuxarıda qeyd olunanlara və AR Mülki Məcəlləsinin 1117, 1118, 1119-cu maddələri, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və bu səbədən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli qərarına, “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci 15 iyul tarixli 126 nömrəli qərarına əsasən, Cavabdeh Az.Kond.Vent.Santexquraşdırma MMC tərəfinndən 2009-cu il tarixdən - 2024-cü ilin yanvarın 1-ə kimi ona ödənilməmiş 58.901,4 (əlli səkkiz min doqquz yüz bir manat qırx qəpik) manat olmaqla 15 il ərzində ödənilməli olan, lakin ödənilməmiş 58.901,4 (əlli səkkiz min doqquz yüz bir manat qırx qəpik) manat müavinətin və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 410 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, cavabdeh müəssisədə qaynaqçı işləmiş, boru çəkmişdir. 1987-ci ildə 7 metr hündürlükdən yıxılaraq əmək zədəsi almışdır. O, əslində əmək qabiliyyətinin 80%-ni itirib. Səhhəti ilə əlaqədar Komissiyanın təyin etdiyi müayinəyə gedə bilmədiyi üçün verilmiş sonuncu rəydə onun əmək qabiliyyətinin 70%-nin itirildiyi qeyd olunub. İlk dəfə 1991-ci ildə məhkəməyə müraciət etmişdi. Həmin vaxt bir illik ziyan ona müəssisə tərəfindən ödənilmişdi. Daha sonra 2014-cü ildə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, həmin vaxtadək yığılmış borcun cavabdehdən tutulması barədə iddia qaldırmışdır. Lakin müəssisənin rəhbəri hər ay ödənişləri edəcəyini bildirmiş, bu səbəbdən o iddia ərizəsini geri qötürmüş, iddia ərizəsi baxılmamışdır qalmışdır. Ona cavabdeh tərəfindən ümumilikdə 3410 manat ödəniş edilmişdir. Lakin qalan məbləğlər ödənilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və olaraq qeyd etdi ki, 2014-cü il tarixli qərardadla iddiaçının müraciəti baxılmamış saxlanmışdır. Aldığı xəsarətlər ilə bağlı şəxsə ödənişlər edilmişdir. Əslində cavabdeh qurumla mübahisənin məhkəmədən kənar həlli barədə razılığa gəlinmişdir. Cavabdeh arada ödənişlər etsə də, tam məbləği ödəməkdən yayınmışdır. İdarəyə mediasiyada hər ay heç olmazsa 300 manat ödəniş etməyi təklif etdilər, lakin qarşı tərəf 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Sonuncu dəfə isə qarşı tərəfin nümayəndəsi mediasiyaya gəlməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 1987-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Xalid Tağıyev tərəfindən ödəniş müəyyən edilmişdir. Daha sonra cavabdeh tərəf 2014-cü ildən bu günə kimi ümumilikdə 3410 manat ödəniş etmişdir. Həmin tarixdən hazırki dövrə qədər infilyasiya nəticəsində pul 10 dəfədən çox dəyərdən düşmüşdür. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sonuncu sorğuya cavab məktubuna uyğun olaraq iddia tələbini dəqəqləşdirmişlər və hazırda cavabdehdən 58.901,4 manat müavinətin və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 410 manat mediasiya xərcinin tutulmasını istəyirlər. Onu da bildirir ki, müəssisənin rəhbəri vəfat etmişdir, hazırda isə müəssisə mərhumun həyat yoldaşının adınadır və müəssisə hal-hazırda da fəaliyyət göstərir. Müəssisənin hazırda tələb olunan məbləği ödəmək qabiliyyəti var, 10-a yaxın avtotəmir sexi var, tələb edilən pulu ödəmək müəssisə üçün asandır, sadəcə olaraq ödəniş etmək istəmirlər. Bir daha qeyd edir ki, iddia tələbləri tamamilə qanuni və əsaslıdır. Bunu iş materialları və bu mübahisəyə dair keçirilmiş əvvəlki məhkəmə iclaslarında qarşı tərəfin verdiyi izahatlar da təsdiq edir. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh "xxxx" MMC-nin iş materiallarında olan həm hüquqi (ünvan 1 ünvanına (ünvan 2ar “Ünvan tam deyil” və "xxxx" poçt qeydləri ilə geri qaytarılmış, cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, İddiaçı müavinətin ödənilməməsinə səbəb Sumqayıt Quraşdırma İdarəsində yaranan ağır maliyyə vəziyyəti olmuşdur. Müəssisə 1998-ci ildən iş cəbhəsi olmadığı üçün fəaliyyətini dayandırmış, işçilər isə ödənişsiz məzuniyyətə göndərilmişlər. İdarənin yalnız əmək haqqı və müavinətlərə görə 53 milyon manat borcu vardır. Müəssisənin hesabına pul vəsaiti daxil olduğu təqdirdə işçilərə, o cümlədən də ona əmək haqqı və müavinətlər ödəniləcəkdir. İşdə olan xx.xx.2019-cu il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən iş zamanı aldığı xəsarətə görə ödənc pulunun ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. İşdə olan 2 nömrəli xx.xx.1987-ci il tarixli aktdan görünür ki, İddiaçı "xxxx" MMC əmək vəzifələrini yerinə yetirərkən xx.xx.1987-ci ildə xəsarət almışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 30 iyun 2014-cü il tarixli, 2(060)-3813/2014 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 410 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 7 saylı region üzrə X2 23 aprel 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək 3410 manat ödənc ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona TSEK tərəfindən verilmiş 441516 saylı arayışdan görünür ki, İddiaçı təkrar müayinə olunaraq, istehsalat zədəsi əsası ilə müddətsiz 2 qrup əlillik dərəcəsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 fevral 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin adına 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi inzibati ərazi vahidi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşakr edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əmək haqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən “qaynaqçı” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların təqdim edilməsi mümkün deyil. "xxxx" MMC-nin əsas fəaliyyətinin də aid olduğu “ Daşınmaz əmlakla əlaqədar əməliyyatlar” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin ilkin məlumatlarına əsasən 910,1 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əmək haqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən “qaynaqçı” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların təqdim edilməsi mümkün deyil. Bununla yanaşı Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin də 2009-2014-cü illərdə əsas fəaliyyətinin aid olduğu iqtisadiyyatın tikinti sahəsi və 2015-2023-cü illərdə əsas fəaliyyətinin aid olduğu daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı barədə məlumatlar məhkəməyə təqdim olunur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azsantexmontaj” İstehsalat Birliyinin Sumqayıt Quraşdırma İdarəsi özəlləşdirildikdən sonra onun bazasında yaradılmışdır və İdarənin özəlləşdirilməsi xx.xx.2006-cı ildə başa çatmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.1991-ci il tarixli qərarından görünür ki, həmin qərarla cavabdeh “Azsantexmontaj” müəssisəsinin üzərinə İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək olan müddət üçün hər ay 588.80 rubl ödənc ödənilməsi vəzifəsi qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Sosial Təminat Nazirliyi Sumqayıt Həkim Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli aktdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 80%-ni itirmişdir. İşdə olan AR ƏƏSMN 6 saylı TSEK tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli müayinə aktından çıxarışdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 70%-ni itirmişdir. Məhkəmə iddiaçını və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. - 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında Qaydaları”nın 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir; - 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. - 2.2-ci bəndinə əsasən əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının5.1-ci maddəsinəəsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. (5.2) Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. (5.3) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir(5.5). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. (5.6) AR MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “Azsantexmontaj” İstehsalat Birliyinin Sumqayıt Quraşdırma İdarəsində əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində əmək qabiliyyətinin bir hissəsini itirmiş, nəticədə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının əmək qabiliyyətinin xx.xx.1990-ci il tarixli aktda 80 faiz itirildiyi qeyd edilsə də, tarixinə görə daha sonra verilmiş xx.xx.2001-ci il tarixli aktda onun əmək qabiliyyətinin 70 faiz hissəsində itirildiyi qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Azsantexmontaj” İstehsalat Birliyinin Sumqayıt Quraşdırma İdarəsi özəlləşdirildikdən sonra onun bazasında yaradılmışdır və İdarənin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixdə başa çatmışdır. Hazırda iddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 2009-cu il tarixdən - 2024-cü ilin yanvarın 1-ə kimi ödənilməmiş 58.901,4 manat ödəncin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarının 3.10-cu maddəsinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli məktublarına əsasən “qaynaqçı” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Lakin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilən məlumatlardan görünür ki, Sumqayıt şəhəri üzrə 2009-2014-cü illərdə Sumqayıt şəhəri üzrə tikinti sahəsində orta aylıq nominal əmək haqqı 2009-cu il üzrə 206.5 manat, 2010-cu il üzrə 267.1 manat, 2011-ci il üzrə 198.3 manat, 2012-ci il üzrə 253.7 manat, 2013-cü il üzrə 263.9 manat, 2014-cü il üzrə 272.9 manat, Sumqayıt şəhəri üzrə 2015-2023-cü illərdə daşınmaz əmlakla əlaqədar əməliyyatlar fəaliyyəti sahəsində orta aylıq nominal əmək haqqı 2015-ci il üzrə 174.6 manat, 2016-cı il üzrə 176.2 manat, 2017-ci il üzrə 187.4 manat, 2018-ci il üzrə 191.0 manat, 2019-cu il üzrə 360.1 manat, 2020-ci il üzrə 423.2 manat, 2021-ci il üzrə 458.3 manat, 2022-ci il üzrə 567.4 manat, 2023-cü il üzrə (ilkin) 627.5 manat təşkil etmişdir. Məhkəmə cavabdehin müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində əmək qabiliyyətinin 70% hissəsini itirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 2009-cu il tarixdən - 2024-cü ilin yanvarın 1-ə kimi hər il üzrə müəyyən edilmiş nominal əmək haqqının 70% həcmində ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, 2009-cu il tarixdən - 2024-cü ilin yanvarın 1-ə kimi müəyyən edilmiş nominal əmək haqqının 70% həcmi hesablanmaqla iddiaçıya ödənilməli olan ödəncin məbləği 2009cu il üzrə 1734.6 manat (206.5 manat x 70% x 12 ay) 2010-cu il üzrə 2243.64 (267.1 manat x 70% x 12 ay) manat, 2011-ci il üzrə 1665.72 (198.3 manat x 70% x 12 ay) manat, 2012-ci il üzrə 2131.08 (253.7 manat x 70% x 12 ay) manat, 2013-cü il üzrə 2216.76 (263.9 manat x 70% x 12 ay) manat, 2014-cü il üzrə 2292.36 (272.9 manat x 70% x 12 ay) manat, Sumqayıt şəhəri üzrə 2015-2023-cü illərdə daşınmaz əmlakla əlaqədar əməliyyatlar fəaliyyəti sahəsində orta aylıq nominal əmək haqqı 2015-ci il üzrə 1466.64 (174.6 manat x 70% x 12 ay) manat, 2016-cı il üzrə 1480.08 (176.2 manat x 70% x 12 ay) manat, 2017-ci il üzrə 1574.16 (187.4 manat x 70% x 12 ay) manat, 2018-ci il üzrə 1604.4 (191.1 manat x 70% x 12 ay) manat, 2019-cu il üzrə 3024.84 (360.1 manat x 70% x 12 ay) manat, 2020-ci il üzrə 3554.88 (423.2 manat x 70% x 12 ay) manat, 2021-ci il üzrə 3849.72 (458.3 manat x 70% x 12 ay) manat, 2022-ci il üzrə 4766.16 (567.4 manat x 70% x 12 ay) manat, 2023-cü il üzrə 5271 (627.1 manat x 70% x12 ay) manat olmaqla, ümümulikdə 38876,04 manat təşkil edir. Məhkəmə onu da qeyd edir ki, həm iddia ərizəsində, həm iddiaçının məhkəmə iclasında verdiyi izahatında, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 7 saylı region üzrə X2 23 aprel 2019-cu il tarixli məktubunda İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək cavabdeh müəssisə tərəfindən 3410 manat ödənc ödənildiyi qeyd edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bildiyindən iddiaçının iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 35466,04 (38876,04-3410) manat ödənc tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən (təxminən 70 faiz hissədə) təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin 287 manat hissəsi də cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq ödənilməli olan 35466,04 (otuz beş min dörd yüz altmış altı manat dörd qəpik) manat məbləğində ödənc və 287 (iki yüz səksən yeddi) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar