Məhkəmə qərarları › İş №2(060)-1043/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1043/2021

13.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1043/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh AR Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsini üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh MMC-yə qarşı “etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh AR Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsini üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh MMC-yə qarşı “etibarnamənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təsisçisi X7 tərəfindən 02.06.2016-cı il tarixdə AR Vergilər Nazirliyinin 2 Saylı Ərazi Vergilər Baş idarəsinə yerli investisiyalı məhdud məsuliyyətlə cəmiyyətinin e-qeydiyyat ərizəsinin (elektron qaydada verilmiş ərizəsinin) 8-ci bəndində cəmiyyətin təkbaşına icra orqanın rəhbərinin məlumatları hissəsində onu rəhbər (direktor) kimi təyin olunması barədə sənədləşməsini aparıb vergi orqanında qeydiyyata aldırması hissəsinin, eyni zamanda elektron mübadilə Pin kodunun alınması ilə bağlı bütün lazımı sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi X4 (AZE № 1********) həvalə edilməsinə dair onun Cavabdehn direktor vəzifəsi daşıyıcısı kimi adından tərtib olunmuş 08 iyun 2016-cı il tarixli etibarnamənin ləğv olunması, habelə 08 iyun 2016-cı il tarixli Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün adı çəkilən MMC-nin təsisçisi X5 qeydiyyata alınmasına dair ərizəsinin ləğv olunması, həmçinin cavabdeh - Cavabdeh üzrə 08 iyun 2016-cı il tarixdən başlayaraq direktor vəzifəsi daşıyıcısı kimi onun adından bağlanılmış bütün əqdlərin, əmrlərin və maliyyə əməliyyatların aparılması faktları qanunsuz hesab olunması barədə qərar qəbul edilməsini, AR MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq məhkəmə işə baxarkən, tərəfin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxartmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh üzrə direktor təyin olunması və həmin cəmiyyət üzrə onun adından müəyyən hərəkətlərin edilməsini bildikdən sonra o, həmin cəmiyyət üzrə ona aid olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün 22 noyabr 2019-cu il tarixdə rəsmi AR Vergilər Nazirliyinin, 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun bu ərizəsinə uzun müddət cavab verilmədiyini və ərizədə qeyd etdiyi sənədlərin təqdim olunmasının təmin edilməməsini görüb 13 fevral 2020-ci il tarixdə Sumqayıt şəhərinə gələrək ərizə üzrə qeyd etdiyi sənədlərin təsdiq olunmuş surətini və ərizəyə cavabın verilməsini xahiş etmişdir. Vergi orqanı tərəfindən 13 fevral 2020-ci il tarixdə ona təqdim olunmuş və təsdiq olunmuş 3 ədəd sənədlərin surətlərini nəzərdən keçirdikdən sonra müəyyən etmişdir ki, Cavabdeh (VÖEN **********) təsisçisi X7 02.06.2016-cı il tarixdə adına olan ASAN imza ilə 2 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyata aldırmışdır. 13 fevral 2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş idarəsindən Cavabdeh qeydiyyata alınmasına dair 02.06.2016-cı il tarixli Yerli investisiyalı məhdud məsuliyyətlə cəmiyyətin e-qeydiyyat ərizəsinin təsdiq olunmuş surətindən görünür ki, MMC-nin təsisçisi X7 tərtib etdiyi elektron ərizəsinin 8-ci bəndində cəmiyyətin təkbaşına icra orqanın rəhbərinin məlumatları hissəsində iddiaçını rəhbər kimi təyin olunmağını qeyd edərək, yaşadığı ünvan: Az-1007, ünvan 1 ***-***-**-** göstərmişdir. Daha sonra 13 fevral 2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş idarəsində Cavabdeh qeydiyyata alınmasına dair 02.06.2016-cı il tarixli elektron ərizə ilə bərabər 08 iyun 2016-cı il tarixə onun adından tərtib olunmuş etibarnamə rəsmləşdirilməklə, həmin etibarnamədə Elektron mübadilə Pin kodunun alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi X4 (AZE1********) həvalə edilsin Direktor imza İddiaçı Cahangir oğlu kimi qeydiyyatı aparılmışdır. Daha sonra 13 fevral 2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş idarəsində Cavabdeh qeydiyyata alınmasına dair 02.06.2016-cı il tarixli elektron ərizə ilə bərabər 08 iyun 2016-cı il tarixli Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması ərizəsində adı çəkilən MMC-nin təsisçisi X7, tarix 08.06.2016-cı il, onun imzası ərizədə göstərilənlərin düzgünlüyünü yoxlayan kimi vergi orqanın işçisi X8 qeyd olunmaqla, imza ilə rəsmələşdirilməsi müəyyən olunur. Yuxarıda qeyd edilən hər üç sənədi nəzərdən keçirmiş və məhkəmənin diqqətinə çatdırıram ki, cavabdeh-Cavabdeh (VÖEN **********) təsisçisi X6 tanımır və heç bir vaxt onunla əlaqədə olmamışdır. Daha sonra Cavabdeh MMC ilə hər hansı əmək müqaviləsi bağlamamış və həmin cəmiyyətə işə qəbul olunmasına dair ərizə də yazmamışdır. Həmin cəmiyyətdən əmək haqqı, yaxud digər formada hər hansı ödəniş almamışdır. Cavabdeh - Cavabdeh MMC-nin adından tərtib olunmuş və qeydiyyata alınmış 08 iyun 2016-cı il tarixli Yerli investisiyalı məhdud məsuliyyətlə cəmiyyətin eqeydiyyat ərizəsinini yazılmasından, vergi orqanında qeydiyyata alınmasından da xəbəri və razılığı olmamışdır. Daha sonra məni direktor vəzifəsinin daşıyıcısı kimi təqdim edilməklə onun soyadı, adı və atasının adı göstərilməklə 08 iyun 2016-cı il tarixdə onun adından tərtib olunmuş və səlahiyyətlərin təsisçi X4 (AZE 1********) verilməsinə dair etibarnamədən xəbəri yoxdur, həmin etibarnaməni o, tərtib etməmiş, etibarnamədə soyadı, adı, atasının adı qarşısında imza da ona məxsus deyildir. Cavabdeh MMC-nin adından tərtib olunmuş 08 iyun 2016-cı il tarixli Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması ərizəsindən də xəbəri yoxdur. 02.06.2016-cı il tarixli Yerli investisiyalı məhdud məsuliyyətlə cəmiyyətin e-qeydiyyat ərizəsində göstərilən ***-***- **-** nömrəli əlaqə mobil telefonu olmayıb və yoxdur. Beləliklə də cavabdeh iddiaçının rəsmi ərizəsi olmadan və onunla əmək müqaviləsi bağlamadan vergi orqanına cavabdehin direktoru kimi təqdim edərək hüquqlarını pozmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi və həcminin azaldılması barədə ərizə təqdim edərək onun adından X1 verilməsi barədə 08 iyun 2016-cı il tarixli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddia ərizəsində göstərdiyi mübahisələndirilən məsələllər barədə onun yalnız 2019-cu ilin noyabr ayında məlumatı olmuşdur. Belə ki, ölkədən çıxışına qadağa qoyulmuş, bunun nəticəsində o, onun adından qeyd olunan hərəkətlərin aparıldığını bilmiş, dərhal bu məsələni aydınlaşdırmağa çalışmış və sənədləri toplayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri Abbas İsmayılovun 15 saylı Vəkil Vürosuna ünvanladığı müraciətə cavab məktubundan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) 02.06.2016-cı il tarixdə müəssisənin təsisçisi X7 adına Asan imza ilə qeydiyyata alınmışdır və elektron ərizədə rəhbər olaraq İddiaçı göstərilmişdir. Cəmiyyətin hüquqi ünvanı ünvan 2 yerləşir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08.06.2016cı il tarixli Etibarnamədən görünür ki, direktor İddiaçı Cahangir oğlu Cavabdeh MMC (VÖEN **********) Elektron mübadilə Pin-kodunun alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsini X4 (AZE ********) həvalə etmişdir. 4/936 nömrəli 02 avqust 2021-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, tədqiq olunan imza 2(060-1043)/2021 nömrəli mülki işin 72-ci vərəqəsində olan "xxxx" MMC-nin direktoru İddiaçı Cahangir oğlunun adından olan 08 iyun 2016-cı il tarixli etibarnamədə “direktor: İddiaçı Cahangir oğlu” qrafasıdakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən hallarından göründüyü kimi İddiaçı etibaramə əsasında Cavabdeh MMC Elektron mübadilə Pin-kodunun alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsini X4 həvalə etmişdir. Hazırda iddiaçı həmin etibarnamənin onun tərəfindən verilmədiyini, etibarnamədəki imzanın ona məxsus olmadığını, ümumiyyətlə Cavabdeh MMC ilə heç bir bağlılığı olmadığını, onun adından olan hərəkətlər barədə məlumatsız olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə mulki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi etibarnamə əqdi təşkil edən şərh olunan ünsurlərdən - subyekt tərkibi qüsurludur. Belə ki, iddiaçının vəsatəti əsasında keçirilmiş məhkəmə –xətşünaslıq ekspertizasının rəyindən göründüyü kimi mübahisələndirilən etibarnamədə “direktor: İddiaçı Cahangir oğlu” qrafasıdakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikası MPM-nin 76 və 88-ci maddələrinə əsasən sübkt növü kimi qiymətləndirir. Bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 08.06.2016-cı il tarixli, direktor İddiaçı Cahangir oğlu Cavabdeh MMC (VÖEN **********) Elektron mübadilə Pin-kodunun alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsini X4 (AZE ********) həvalə edilməsi barədə Etibarnamə etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar