Məhkəmə qərarları › İş №2(060)-1065/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1065/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1065/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1985-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda doğumunun qeyd edilməsi faktını müəyyən etməklə, onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında ata barədə qeydin “X3”, ana qrafasında ana barədə qeydin “X2” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1985-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda doğulmuşdur. Həmin rayonun qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında məktəbə getmiş və şəxsiyyət vəsiqəsi almışdır. Lakin o, doğum haqqında şəhadətnaməni itirmişdir. O, təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi və onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirdi ki, o, ərizəçinin anasıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin hazırda onu itirmişdir. Ərizəçi xx.xx.1985-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda doğulmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, o, ərizəçinin atasıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin hazırda onu itirmişdir. Ərizəçi xx.xx.1985-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə doğulmuş, atası X3, anası X1r. Eyni zamanda həmin məktubda göstərilmişdir ki, şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1985-ci il, doğulduğu yer Ermənistan Respublikası, Kalinin rayonu, ata qrafasında ata barədə qeyd “X3”, ana qrafasında ana barədə qeyd “X2” kimi qeyd olunmalıdır. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasının, Kalinin rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi “xx.xx.1985-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Kalinin rayonu”, atasının adı qrafasında “X3”, anasının adı qrafasında “X2” kimi qeyd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar