Məhkəmə qərarları › İş №2(060)-1083/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1083/2024

16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1083/2024 16.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 16 fevral 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2021-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə X4 valideynləri kimi X10 və Ərizəçi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə qızı X5 Suriya Ərəb Respublikasında dünyaya gətirmişdir. X14 Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olmuş və orada vəfat etmişdir. Həmin dövlətin ərazisində doğulmuş qızı xx.xx.2021-ci il təvəllüdlü X1 doğumu bugünədək dövlət qeydiyyatına alınmamışdır. Habelə qeyd edir ki, qızı X8 Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir. Həmin sənədin surəti ərizəyə əlavə edilir. xx.xx.2023-cü ildə qızı X8 ilə bərabər Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına departasiya edilmişdir. Özünə yeni nəsil şəxsiyyət vəsiqəsi almışdır, lakin Suriyada doğulmuş xx.xx.2021-ci il təvəllüdlü övladı X3 doğumu isə hazıradək dövlət qeydiyyatından kənar qalmışdır. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, ərizəçi onun bacısıdır. Bacısının qızı - X3 atası hazırda sağ deyil, lakin uşaq və bacısı hazırda Azərbaycandadır. Nümayəndə qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 16 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi övladının doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X8 xx.xx.2021-ci il tarixdə Suriya Respublikasında doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AA0190531 nömrəli qayıdış şəhadətnamələrin surətinə əsasən) Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi övladı X8 xx.xx.2021-ci il tarixdə Suriya Respublikasında anadan olmuşdur. Bu fakt iş materiallarında olan X6 məxsus qayıdış şəhadətnaməsi, ərizəçinin nümayəndəsinin izahatı və digər iş materialları ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X8 xx.xx.2021-ci il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Bu səbəbdən məhkəmə hesab edir ki, X6 verilən doğum haqqında şəhadətnamədə ata qrafasında X10, ana qrafasında Ərizəçi qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X3 xx.xx.2021-ci il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən olunsun. X6 doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə ata qrafasında X10, ana qrafasında Ərizəçi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar