Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1088/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 mart 1952-cü ildə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində anadan olmuş, 24 avqust 2024-cü ildə vəfat etmiş mərhum həyat yoldaşı X5 məxsus doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində doğumunun qeydə alınması faktının və doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X4, ana qrafasında ana adının X2 qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. Ərizə onunla əsaslandırılmışdır ki, X8 ilə 15 yanvar 1981-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Bunu İ CЛ 451930 №-li nikah haqqında şəhadətnamə təsdiq edir. Mərhum həyat yoldaşı Vaqif Qasımov 24 avqust 2024-cü ildə vəfat etmişdir (AZ-İ1 447712 №-li ölüm haqqında şəhadətnamə). Mərhum həyat yoldaşı X8 Ermənistan Respublikasının, İcevan rayonunun, Polad kəndində anadan olmuşdur. Bunu Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2007-ci ildə verilmiş AZE 05822542 №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Mərhum həyat yoldaşı X3 doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Məlum səbəblərə görə doğum haqqında şəhadətnamənin dublikatını əldə edə bilmir. Bu səbəbdən də Maraqlı şəxsnə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Maraqlı şəxs özünün xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Q- 44xx/xx/2024 saylı imtina məktubu ilə doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Mərhum həyat yoldaşı X3 doğum haqqında akt qeydinin bərpa olunmasına səbəb doğum haqqında şəhadətnamənin alınması və Sumqayıt şəhərində yerləşən mərhuma məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 60 saylı evin, 13-cü mənzilini vərəsəlik qaydasında mülkiyyətinə qəbul edilməsidir. Bu səbəbdən də ondan mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, vəfat etmiş həyat yoldaşından qalmış, hazırda miras əmlak kimi qəbul etmək istədiyi evi onunla birlikdə əldə edib ərsəyə gətirmişdir. Həyat yoldaşına doğum haqqında şəhadətnamənin harada olduğunu soruşanda ona bildirmişdir ki, hər məsələni şəxsiyyət vəsiqəsi əsasında həll etmək mümkündür. Eyni zamanda ona bildirmişdir ki, vəfat edəndən sonra ev avtomatik olaraq onun mülkiyyətinə keçəcəkdir. Notariusa şifahi olaraq müraciət etmişdir. Ona bildirmişdirlər ki, qayınanası və qayınatasının nikahı haqqında sənədi və ya onların məzar daşlarının şəklini gətirsin. Onlara aid heç bir məlumat və sənəd yoxdur. Ermənistan Respublikasında yaşamışlar və orada da vəfat etmişdirlər. Həyat yoldaşının bacı və qardaşları da vəfat etmişdir. Yalnız iki bacısı yaşayır. Sonda məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6 İ- CЛ 451930 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 28 mart 1952-ci ildə Ermənistan SSR, İcevan rayonu, Polad kəndində doğulmuş X8 ilə Ərizəçi arasında 15 yanvar 1981-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 03 nömrəsi ilə qeydiyyat aparılmışdır.
7. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda istifadədə olan 0.099 ha torpaq sahəsində yerləşən 60 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 33.33 kv.m ümumi, 17.28 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adma daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Q- 44xx/xx/2024 saylı məktubdan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından ərizəyə baxılması mümkün olmamış və doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
9. AZ-İİ 447712 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 1168 nömrə ilə qeyd edilmişdir.
10. AZE 05822542 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1952-ci ildə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində anadan olmuşdur.
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi təfindən verilmiş X3 şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının surətindən görünür ki, X8 xx.xx.1952-ci ildə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində doğulmuşdur.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
- 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır: - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
- Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - Doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
18. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, mərhum X8 xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində doğulmuşdur. X8 20 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Onun arvadı hazırki iş üzrə Ərizəçi ərinin vərəsəsi olaraq miras əmlakın qəbul edilməsi ilə bağlı 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin həmin orqanın 10 fevral 2025-ci il tarixli 375 saylı məktubu ilə təqdim edilmiş sənədlərin natamam olması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmə iclasında mərhum ərinin doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən notariat orqanı tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyini bildirmişdir.
19. X1 doğum haqqında şəhadətnaməsi itmiş və bu səbəbdən ərizəçi ərinin doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs tərəfindən itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən Ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir.
20. Ərizəçi X3 doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə iclasında ərizəçi X3 anasının X7, atasının X4 olduğunu bildirdi. X3 şəxsiyyət vəsiqəsində və təqdim edilmiş digər sənədlərdə (nikah haqqında şəhadətnamə, övladının doğum haqqında şəhadətnaməsi) atasının adı İsmayıl kimi qeyd edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
22. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
23. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.
24. Hazırki iş üzrə doğumun qeyd edilməsi faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi ərizəçi tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl ərinin doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti orqana müraciət edilmiş, lakin həmin orqan tərəfindən Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
25. Məhkəmə qeyd edir ki, ərizəçinin ərinin Ermənistanda doğulması səbəbindən hüquqmüəyyənedici sənədin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Göründüyü kimi, ərizəçinin mərhum ərinin doğum haqında akt qeydinin bərpası mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.
26. Hazırki faktın müəyyən olunması ərizəçiyə X3 mülkiyyətində olmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 60, 13 saylı mənzili vərəsəlik qaydasında mülkiyyətinə qəbul edilməsi ilə bağlı tələb olunur.
27. Yuxarıda adı qeyd edilən Plenum qərarına əsasən doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
28. Ərizəçinin ərinə məxsus AZE 05822542 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və məhkəməyə sorğu əsasında daxil olmuş fərdi uçot kartoçkasından görünür ki, X8 xx.xx.1952-ci ildə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində anadan olmuşdur. Beləliklə sözügedən sənədlərlə X3 doğum akt qeydinin əvəllər mövcud olduğu müəyyən edilir. Belə ki, həmin sənədlərin məhz ərizəçinin ərinə məxsus doğum haqqında akt qeydi əsasında verilməsi mümkündür ki, sonrakı sənədin, yəni şəxsiyyət vəsiqəsinin mövcudluğu artıq vaxtilə doğum akt qeydinin tərtib edildiyini və onun əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparıldığını sübut edir.
29. Məhkəmə qeyd edir ki, ərizəçinin izahatı, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla X3 xx.xx.1952-ci ildə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində doğulması faktı tam sübuta yetirilir.
30. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.1952-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməlidir.
Məhkəmə Xərcləri :
31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X3 xx.xx.1952-cı il tarixdə Ermənistan Respublikası, İcevan rayonu, Polad kəndində doğumunun qeydə alınması faktı və doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X4, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva