Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1089/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2014-cü ildə və X3 xx.xx.2020-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilməsi və onlara doğum haqqında şəhadətnamə yazılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, Ərizəçi qızı xx.xx.2014-cü ildə qızı X5 və oğlu X7 xx.xx.2020-ci ildə Suriya Ərəb Respublikasında doğulmuşdur. Hər iki övladının atası Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olmuş və orada ölmüşlər. Həmin dövlətin ərazisində doğulmuş qızı xx.xx.2014-cü il təvəllüdlü X1 və oğlu xx.xx.2020-ci il təvəllüdlü X3 doğumu bugünədək dövlət qeydiyyatına alınmamışdır. Habelə qeyd edir ki, qızım X5 və oğlu X7 Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir.Həmin sənədin surəti ərizəyə əlavə edilir. xx.xx.2023-cü ildə qızı X5 və oğlu X7 ilə bərabər Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına reportasiya edilmişdir. Özünə yeni nəsil şəxsiyyət vəsiqəsi almış, lakin Suriyada doğulmuş xx.xx.2014-cü -cü il təvəllüdlü övladı X1 və oğlu X3 doğumu hal-hazıradək dövlət qeydiyyatından kənar qalmışdır Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçi onun gəlinidir, Raufun anasıdır, Rauf ölmüşdür. Ərizəçi 2-si qız, 1-i oğlan olmaqla 3 uşağı var. Birinci uşağın adı Aişədir, həmin uşaq 2011-ci ildə anadan olmuşdur. İkinci uşağın adı Məryəmdir, o, 2014-cü ildə doğulmuşdur. Əlaqə saxladııqları zaman Məryəmin doğulduğu ona bildirilmişdir. Üçüncü uşağın adı Musadır, onun indi 4 yaşı var. Uşaqların hər biri hazırda anaları ilə birlikdə Azərbaycan Respublikasındadırlar. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-4943 nömrəli məktubundan görünür ki, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Göstərilən sənəd təqdim edilə bilmədiyinə görə, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. X6 verilmiş AA0260571 saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsində qeyd edilib – doğum təvəllüdü xx.xx.2020-ci il, cinsi-kişi. X2 verilmiş AA0260570 saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsində qeyd edilib – doğum təvəllüdü xx.xx.2014-ci il, cinsi-qadın. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi xx.xx.2014-cü il tarixdə Suriya Respublikasında uşaq doğmuşdur, uşağın adını Məryəm qoymuşdur, xx.xx.2020-ci ildə Suriya Respublikasında uşaq doğmuşdur, uşağın adını Musa qoymuşdur, lakin doğumu qeydə alırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçinun ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Musa və Məryəm adlı uşağın Suriya Respublikasında Ərizəçi doğulması faktı müəyyən olunmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 saylı Qərarının 4.2-ci bandinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3-cü bandinə əsasən Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Məryəm adlı uşağın xx.xx.2014-cü ildə və Musa adlı uşağın xx.xx.2020-ci ildə Suriya Ərəb Respublikasında Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1089/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1089/2024
20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver