Məhkəmə qərarları › İş №2(060)-1106/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1106/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1106/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 32/73 saylı binadakı 46-cı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 32/73 saylı binadakı yaşayış sahəsi 32,76 kv.metr olan 2 otaqlı 46-cı mənzil onun xüsusi mülkiyyətinə verilmişdir. Cavabehlər Cavabdeh1 və Həsənov Əİəsgər İsmayıl oğlu əvvəlki ev sahibləridirlər. Cavabdehlər həmin ünvanda yaşamırlar və faktiki olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73, mənzil 46-da qeydiyyatda qalmışlar. Dəfələrlə cavabdehlərə bu barədə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymamışdır. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə olan istifadə hüququna xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər yaşayış yerini dəyişmişlər və mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərin həmin mülkiyyətə hüquqları qalmayıb. Ona görə də, hesab edir ki, məhkəmə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verməklə cavabdehlərin pasport qeydiyyatından çıxarılması barədə qətnamə qət etməkdə haqlıdır. Cavabdehlər daimi yaşamaq üçün başqa yaşayış sahəsinə gedibdir. Ona görə də cavabdehin bu yaşayış sahəsində istifadə hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 32/73 saylı binadakı 46-cı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişdir. Mülki- Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 22.09.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73, mənzil 46–nı 48500 (qırx səkkiz min beş yüz) manata İddiaçı satmışdır. Müqavilənin 12-ci bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu bir ay müddətinə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73, mənzil 46 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəli, 29.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi 5 saylı Mənzil Kommunal Sahəsinin 04.03.2021-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73, mənzil 46 satılıb və yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 37057042 saylı, 04.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73, mənzil 46-da qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73, mənzil 46-nı alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73-də yerləşən 46 saylı mənzildə yaşamadıqlarını və özlərinə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73-də yerləşən 46 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/73-də yerləşən 46 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar