Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1107/2022 14.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova (Salamova) Gülnarə Rafiq qızına qarşı «maneənin və müdaxilənin aradan qaldırılması tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova (Salamova) Gülnarə Rafiq qızına qarşı «maneənin və müdaxilənin aradan qaldırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ünvan 1 ünvanında yaşayan iddiaçıya qarşı yönələn maneələrin və müdaxilələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iş üzrə hər bir cavabdehə qarşı yönəlmiş tələb aydın ifadə edilməmiş, ümumiyyətlə tələb olaraq iddia edilən “maneə və müdaxilənin» nədə ifadə olunduğu dəqiq göstərilməmişdir. Halbuki, qanunun göstərişinə görə iddiaçının tələbi aydın, dəqiq göstərilməlidir. Qeyd olunan halı məhkəmə ərizədə iddiaçının tələbinin göstərilməməsi kimi qiymətləndirir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova (Salamova) Gülnarə Rafiq qızına qarşı «maneənin və müdaxilənin aradan qaldırılması tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1107/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1107/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver