Məhkəmə qərarları › İş №2(060)-1111/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1111/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1111/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs4 vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi şəxslərin qohumluq münasibətləri faktının müəyyənedilməsi tələbinə dair (Maraqlı şəxslər: Sumqayıt şəhər 1 saylı Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4) ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1993-cü ildə Sumqayıt şəhərində ölmüş anası X2 ilə xx.xx.2021-ci ildə Sumqayıt şəhərində ölmüş xalası X4 qohumluq münasibətinin, yəni onların bacı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1957-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Bildirir ki, X2 ərizəçinin anası, X6 isə ərizəçinin xalasıdır. Anası X2 xx.xx.1993-cü ildə, xalası X6 isə xx.xx.2021-ci ildə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-5474/2019 saylı qətnaməsi ilə xalası X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 307 nömrəli sərəncamı ilə ərizəçi xalası X4 üzərində qəyyum təyin edilmişdir. Sumqayıt şəhəri, 9-cu mkr, ev 2/1ЗА, mənzil 44 xüsusi mülkiyyət hüququ ilə xalası X4 mülkiyyətindədir. Ərizəçi xalası X5 miras qalmış əmlakın qəbulu ilə bağlı Sumqayıt şəhəri Saylı Notariat Ofisinə müraciət etmişdir. Orada ərizəçidən həm anası X1, həm də xalası X4 qohumluğunu (bacı olmalarını) təsdiq edən sənəd tələb olunmuşdur. Ərizəçi həmin sənədləri, yəni, doğum haqqında şəhadətnamələri aidiyyəti orqana təqdim edə bilməmişdir. Ona görə də ərizəçiyə izah olunmuşdur ki, qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, anası X2 ilə xalası X4 qohumluq münasibəti, yəni, onların bacı olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Bildirir ki, faktın müəyyən olunması ərizəçiyə xalası X5 miras qalmış əmlakın vərəsəlik qaydasında öz adına sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi İvanovananın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında Maraqlı şəxs4 vəkili Vəkil2 ərizədə qeyd edilənləri qəbul etməyərək bildirdi ki, X6 ərizəçinin xalası deyildir, ümumiyyətlə onlar arasında qohumluq əlaqəsi yoxdur. Mərhum X6 Maraqlı şəxs4 anasının bacısıdır, bu fakt rəsmi sənədlərlə öz təsdiqini tapır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib belə nəticəyə gəlir ki, iş materiallarından göründüyü kimi vəkili Vəkil2 ərizədə qeyd edilənləri qəbul etməyərək bildirdi ki, X6 ərizəçinin xalası, yəni anası X1 bacısı deyil. Məhkəmə hesab edir ki, Ərizəçi şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxslər: Sumqayıt şəhər 1 saylı Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4) ərizəsinə dair mülki iş üzrə hüquq haqqında mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxslər: Sumqayıt şəhər 1 saylı Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4) ərizəsi baxılmamış saxlansın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar