Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1125/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Aqudi kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə, doğum faktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Aqudi kəndində anadan olmuşdur. Özünə məxsus “doğum haqqında şəhadətnamə”ni itirmişdir. O, “doğum haqqında şəhadətnamə”nin təkrar alınması üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona imtina arayışı verilmişdir. Hal-hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşırdı. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, onun xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonu, Aqudi kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə, doğum faktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqında şəhadətnamə” verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizəçi onun baldızı qızıdır. Baldızı qızı Təhminə 1976-cı ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur. Baldızıgil 1974-cü ildən Azərbaycan Respublikasında yaşayırlar. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. Ərizəçi Təhminə xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Sisiyan rayonu Aqudi kəndində anadan olmuşdur. Onlar 1974-cü ildən Azərbaycan Respublikasında yaşayırlar. Həmin müddətdə rayona gedib-gəlirdilər. Məhkəmə Ərizəçi, şahidlər X4 və X1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonu, Aqudi kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin 27.10.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sumqayıt şəhər qeydiyyat şöbəsi yaşadıqları rayonun məhkəməsinə müraciət etməyi məsləhət görmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı Mənzil-Kommunal Sahəsinin 05.11.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2a, mənzil 11-də yaşayır. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X4 və X3 ifadə verərək Ərizəçi həqiqətən də xx xxxxxxxx 1976-cı ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Aqudi kəndində doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Aqudi kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Aqudi kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Aqudi kəndində doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1125/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1125/2021
17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver