Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1126/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1-a yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,40 kv.m olan yaşayış evi xx.xx.2019-cu il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsusdur. Hazırda evdə Cavabdeh qeydiyyatda qalmışdır. Uzun müddətdir ki, o bu mənzildə yaşamır və qeydiyyatdan çıxmamışdır. Bu isə bir mülkiyyəçi kimi iddiaçının mənil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdeh onun qızıdır. Cavabdeh ailə qurmuş və həyat yoldaşı ilə birlikdə yaşayır. Cavabdeh də onun mənzilindən qeydiyyatdan çıxmağa etiraz etmir. Qeyd edilənlərə əsasən iddiaçı iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, hal-hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. Həyat yoldaşı ilə ölkəni tərk etmək istədiklərindən atasının mənzilindən qeydiyyatdan çıxmaq istəyir. Qeydiyyatdan çıxarılmasına etiraz etmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışına əsasən iddiaçı xx.xx.1965-ci ildə, Quba rayonu, Aşağı Xuc kəndində, cavabdeh isə xx.xx.1991-ci ildə anadan olmuşlar. İddiaçı və cavabdeh hazırda ünvan 1-da (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 19 saylı Mənzil Kommunal Sahəsinin 970 saylı arayışına əsasən cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddia tələbini qəbul etdiyini və mübahisəli mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil iddiaçıya çıxarış əsasında məxsusdur. Mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Cavabdeh həmin mənzildə yaşamır və formal olaraq mənzildə qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). Göründüyü kimi cavabdeh də iddianı etiraf etmiş və iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxamağa etiraz etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 8) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 860-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 (yeni qaydalarla: AZ 5009, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Çerkassi küçəsi, 943, M5, m1) ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1126/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1126/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver