Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1135/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X4 iştirakı ilə, İddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh qarşı “birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə” dair ilkin iddia ərizəsi və Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı “mənzilə köçürülmə tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı Cavabdeh qarşı “birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə” dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı “mənzilə köçürülmə tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının ona qarşı irəli sürdüyü birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinin rədd edilməsi, onun Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X10 məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb etmişdir. İlkin iddia üzrə iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 1, mənzil 19-da yerləşməklə sahəsi 31,35 kv.m. olan 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi Cavabdehdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, aralarında bağlanmış nikah ləğv edilmiş və o, yetkinlik yaşlarına çatmış uşaqları 19.07.1991-ci il təvəllüdlü X1 və 04.03.2001-ci il təvəllüdlü X13 oğlu ilə mübahisəli mənzildə pasport qeydiyyatındadırlar və yaşayırlar. Cavabdeh ona və uşaqlarına mübahisəli mənzildə yaşamağa imkan vermir, spirtli içkilər qəbul etməklə evə gəlir, dava-dalaş qaldırır, onun və uşaqlarının həyatı üçün təhlükəyə çevrilir. Belə ki, cavabdeh dəfələrlə yaşadıqları mənzildə birgə yaşayış qaydalarını pozmaqla içkili vəziyyətdə evə gəlmiş, evdə olan əşyaları sındırmış, mənzildə dağıntı törətmiş, hətta qeyri normal hərəkətlərə yol verməklə ona və uşaqlarına qarşı aqressivlik nümayiş etdirmişdir. Cavabdeh bu səbəbdən dəfələrlə Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, orada stasionar müalicələr almış, lakin bu müalicələrin heç bir nəticəsi olmamışdır. Cavabdeh demək olar ki, daimi içkili vəziyyətdədir, artıq küçələrdə əyyaşlıq edən bomja çevrilməklə günlərlə evə gəlmir, gəldikdə isə yaşadığıqları mənzili dağıdır və onlara maddi, mənəvi ziyan yetirir, mənzildə antisanitar vəziyyət yaradır, onları xəstəliklərə yoluxma təhlükəsində qoyur. O, cavabdehin bu hərəkətlərindən psixi sarsıntı keçirirlər, çünki içkili vəziyyətdə öz hərəkətlərini idarə edə bilməyən cavabdeh hətta bir neçə dəfə mənzili yandırmağa da çalışmış, lakin onlar bunun qarşısını ala bilmişlər. Bu insan nəinki bır ailə üçün, hətta yaşadıqları bina sakinləri üçün də bir təhlükəyə çevrilmişdir. Cavabdehə həkim tərəfindən alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu» diaqnozu qoyulmuşdur, bu cür xəstə bir insanla bir mənzildə yaşamaq mümkünsüzdür, ona görə də cavabdeh mənzildən çıxarılmalıdır. Cavabdehlə mübahisəli mənzildə 1991-ci ildən yaşayır və buna görə də Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən hazırki münasibətlərin yaranması zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən cavabdeh birgə yaşayış qaydalarını pozduğu və onunla birlikdə bir mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydalarına zidd əməllərə yol verdiyi və bu qanunsuz hərəkətlərindən nəticə çıxarmadığı, yaşadığı mənzili mütəmadi olaraq korladığı üçün başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X10 məhkəmə iclasında ilkin iddia tələbini əsassız hesab etdi və qarşılıqlı iddia tələbini əsaslı hesab edərək göstərdi ki, cavabdeh iddia tələbi ilə qətiyyən razı deyildir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən çıxarılmağını tələb etmişdir. Cavabdeh hal-hazırda mübahisəli mənzildə deyil, ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. Sözügedən mənzil Cavabdeh mülkiyyətində olmasına baxmayaraq Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı Cavabdeh evə buraxmır, bununla da Cavabdeh qanunvericilikdə təsbit olunmuş mülkiyyət hüququnu kobudcasına pozur. Eyni zamanda mübahisəli mənzil ilə bağlı müvafiq məhkəmə aktları da mövcuddur. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər X2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 21 saylı evin 19 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh həmin mənzilə köçürülməsi barədə iddiası təmin olunmuşdur. Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-255/2016 saylı, 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, iddiaçı Cavabdeh X7ma qarşı iddiası qismən təmin edilərək, iddiaçının Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzilinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(102)-2315/16 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(102)-2315/16 saylı qətnaməsi ilə Cavabdeh Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzilinə köçürülməli idi. Lakin qətnamənin çıxarılmasından 5 il keçməsinə baxmayaraq Cavabdeh mübahisəli mənzilə köçürülməmiş və sözügedən məhkəmə aktı icra olunmamışdır. Dəfələrlə icra məmuru ilə qətnamənin icrası üçün Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzilinə getsə də, X5 evin qapısını açmamış, məhkəmə qətnaməsinin icrasına mane olmuşdur. Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı isə bu mənzildən sadəcə istifadə hüququna malikdir. Eyni zamanda Cavabdeh sözügedən mənzilə köçürülməyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə icra olunmur. Bütün bunlara baxmayaraq, qarşı tərəf məhkəməyə müraciət edərək, Cavabdeh 5 ildir ki yaşamadığı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh uzun müddətdir anası ilə birgə yaşayır. Cavabdeh anası yaşlı və ahıl insandır. Cavabdeh öz evi olmasına baxmayaraq Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının qanunsuz əməllərinə görə yaşlı Cavabdeh anasına əlavə yük olmuşdur. Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına ya öz evində qalmağa icazə verməyini, ya da ki, evi sataraq müştərək qaydada bölüşdürməyi bildirmişdir. Lakin görünən odur ki, Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı evin müştərək qaydada bölünməsinə belə razı olmayaraq evdən Cavabdeh çıxarılmağını tələb edir. Yuxanda sadalananlara əsasən hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh qarşı irəli sürdüyü birgəyaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinin tamamilə qanunsuz və əsassız olduğuna görə məhkəmə tərəfindən rədd edilməli və Cavabdeh sözügedən mənzilə köçürülməsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X8 dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.03.1991-ci il tarixli, 27/7 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzili Cavabdeh adın qeydə alınmışdır. İş materiallarında olan 11 saylı MKS tərəfindən verilmiş 655 nömrəli, 29.04.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 7247/2015 saylı, 26.08.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X2 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilində istifadə hüququnun itirilmiş hesab edilməsi və iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-255/2016 saylı, 14.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 26.08.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh X3 qarşı iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəməsinin 2(102)-2315/2016 saylı, 31.05.2016-cı il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-255/2016 saylı, 14.01.2016-cı il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyilşdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin İ bəndində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh qarşı “birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə” dair ilkin iddia ərizəsi rədd edilməli, Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı “mənzilə köçürülmə tələbinə” dair qarşılıqlı iddia ərizəsi təmin edilməli və Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh qarşı “birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə” dair ilkin iddia ərizəsi rədd edilsin. Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı “mənzilə köçürülmə tələbinə” dair qarşılıqlı iddia ərizəsi təmin edilsin və Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1135/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1135/2021
23.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver