Məhkəmə qərarları › İş №2(060)-1168/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1168/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1168/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə 13 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, qeyrilərinin və onlara məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıİması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburı köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. X5 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 08 iyul 2019-cu il tarıxli bina 738-12/40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kırayə müqaviləsınə əsasən, Qubadlı rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli Yeni Yaşayış kompleksi 12 nömrəli binada 40 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. 18 fevral 2020ci il tarixində X6 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil istismar Departamentinin Sumqayıt şəhəri üzrə Mənzil Komunal istismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 40 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 40 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Hansı ki, Cavabdeh həmin yaşayış kompleksində bina 8-də 62 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Qeyd edilir ki, zəbt edilən 40 nömrəli mənzillə bağlı iddia tələbləri əsasında Sumqayıt Şəhər Məhkəməsi 09 aprel 2021-ci il tarixli xeyirlərinə məhkəmə qətnaməsi çıxarmış, qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına və Ali məhkəmənin Mülki kollegiyasına şikayətlər edilsə də, qətnamə qüvvəsində qalmışdır. Həmin qətnamədə cavabdeh kimi X9 qoyulmuşdur. Məhkəmə qətnaməsinin icrası zamanı mənzildə Cavabdeh yaşadığını əsas gətirən icra məmuru Orxan Bağırov iddia tələbində qeyriləri sözünün olmadığını əsas gətirərək işini icra edə bilmədiyini bildirmişdir. Onlar da bu səbəbdən iddia ərizəsində cavadeh şəxsı dəyişib Cavabdeh və iddia təəbinə qeyriləri sözünü əlavə etməklə iddia ərizəsi ilə məhkəməyə muraciət etmişdirlər. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ilk öncə cavabdehin atası Sarvan Əhmədova qarşı eyni məzmunlu iddia tələbi qaldıraraq məhkəməyə müraciət etmişdirlər. Sarvan Əhmədov rəhmətə gedəndən sonra mənzil Komitəyə qayıtmalı idi, lakin qanunsuz olaraq hazırkı cavabdeh tərəfindən zəbt edilmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi qətnamənin icra mərhələsində problemlər olduğundan məcburiyyət qarşısında qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Eyni zamanda qeyd edir ki, iddia ərizəsində “qeyriləri” ifadəsi icra mərhələsində icra məmurları tərəfindən hər hansı problem yaradılmaması məqsədilə yazılmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirdi ki, o, müharibə veteranı və 1-ci qrup əlil olduğu üçün əslində ona mənzil verilməli idi. Lakin atasının 70 yaşı olduğuna görə atası oğlunun himayəsinə verilmiş və sözügedən ev də atasına ayrılmışdır. Hazırda onların yaşamaq üçün başqa yerləri yoxdur. İddiaçı tərəf gah ona, gah da oğluna qarşı iddialarla məhkəməyə müraciət edir. Torpaqlar erməni işğaılından azad olmuş və onlar öz evlərinə qayıtmaq niyyətindədirlər, lakin hazırda yaşamağa yerləri yoxdur. Hazırda özü xəstədir, oğlu ailəlidir və onunla birlikdə bir evdə yaşaya bilməz. Bildirir ki, dövlət tərəfindən onlara 4 nəfər ailə üzvü olmağına baxmayaraq 3 otaqlı mənzil veilmişdir. Yuxarıda qeyd etdiklərin əsasən, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti ilə X6 arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzilə dair bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli mənzildən çıxarılması barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, qanun pozuntusunun aradan qaldırılmasını təmin etməmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1800/2021 saylı qərardadının məzmunundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1800/2021 saylı qətnaməsi ilə cavabdeh X9 və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 2(105)-2142/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1800/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 2(105)-2142/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 3-3/382 saylı arayışdan görünür ki, X6 1-ci qrup gözdən əlil, kənar şəxsin qulluğuna ehtiyacı olduğuna görə ona nəvəsi Cavabdeh qulluq edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən X2 Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzil ayrılmışdır. X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh atası X9 həmin kompleksdə bina 8, 62 saylı mənzillə təmin edilmişdir. Bu zaman Cavabdeh onun ailə üzvü kimi nəzərə alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1800/2021 saylı qətnaməsi ilə cavabdeh X9 və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqqlı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq həmin mənzildə X4 övladı - Cavabdeh yaşamağa davam etdiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mənzil Məcəlləsinin xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri barədə müddəalarına görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (91.1.5.). Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir (98.1). Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir (98.2). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir (99.1). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir (99.6). Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər (100.3). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. (102.1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın: - 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. - 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. - 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1.2-ci bəndində kirayəçinin ailə üzvü kimi heç kim göstərilməmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən bu müqaviləyə yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə əlaqədar xitam verilir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildə yaşamasının heç bir qanuni və müqavilə əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və ona məxsus əşyalar Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılmalı və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində “qeyrilərinin” də mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilsə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi konkret olmamaqla qeyri-dəqiq olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh və ona məxsus əşyalar Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar