Məhkəmə qərarları › İş №2(060)-117/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-117/2021

17.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-117/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı Camalxocayeva Kamalaxan Bahadurovnanın iştirakı ilə, İddiaçı Camalxocayeva Kamalaxan Bahadurovnanın cavabdehlər X4, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə, Sumqayıt şəhər 2 saylı MİS-ə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə qarşı MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin ******* saylı çıxarışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Camalxocayeva Kamalaxan Bahadurovna Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin ******* saylı çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanının ilkin icarədarı iddiaçının valideynləri olmuşdur. Anasının vəfatından sonra həmin mənzil hər birinə 1/3 pay olmaqla, iddiaçının, cavabdehlərdən Kəngərli Ruslan Qara oğlunun və X5 mülkiyyətinə keçmişdir. Bu barədə xx.xx.2011-ci il tarixdə MA seriyalı ******* saylı çıxarış alınmışdır. Onun əri Arslan Ayaz xx xxxxxx 2016-cı ildə rəhmətə gedib. Əri öləndən iki il sonra ona məlum olub ki, X4 ərinin borcu olub. Ancaq bu yalandır. X7, Vasif adlı şəxsin vasitəsi ilə ona təzyiq göstərərək evi ondan satın alıb və ona və bacısına notariusda zorla imza atdıraraq ona pul verməyib. Alqı-satqı prosesində iştirak etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Sumqayıt şəhər 2 saylı MİS-in nümayəndəsi X8 izahat verərək, hazırki iddianı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X7 məhkəmə iclasına gəlməmiş, Sumqayıt şəhəri 1 saylı notariat kontoru nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməmiş üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək onlara apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və cavabdeh Sumqayıt şəhər 2 saylı MİS-in nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentinsar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin verdiyi 17/29-137 saylı, xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, Kəngərli Ruslan Qara oğlu Sumqayıt şəhəri, Nərimanov küçəsi, 2-ci məhəllədə yerləşən 11/12 saylı evin, 3 saylı mənzilinin alqı-satqı edilməsi və bu mənzilə dair bütün hüquqi hərəkətlərin aparılmasını X2 etibar etmişdir. İş materialarına əlavə edilmiş MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyester kitabının 155 nömrəli vərəqində ******* nömrəsi ilə qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X3, X9 və Kəngərli Ruslan Qara oğludur. Hər birinin mənzilə 1/3 pay hüququ vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Kəngərli Ruslan Qara oğlunun cavabdehlər X4, Sumqayıt şəhəri 1 saylı notariat kontoruna, X6 və X1rşı etibarnamənin ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Ali Məhkəmə Pelnumunun “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndində göstərilir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi iddiaçı iddia ərizəsində hüquq müəyyənedici sənədləri deyil, qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirmiş və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1, 262.4, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Camalxocayeva Kamalaxan Bahadurovnanın cavabdehlər X4, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə, Sumqayıt şəhər 2 saylı MİS-ə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə qarşı MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin ******* saylı çıxarışının ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar