Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1194/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunan torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi tələbi» barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə mülkiyyətlərində olan torpaq sahəsindən əlavə olaraq zəbt edilmiş dövlət mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 03.08.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə iddiaçının nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiacı Sumqayıt şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunan torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi tələbi» barədə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1194/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1194/2021
03.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver