Məhkəmə qərarları › İş №2(060)-120/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-120/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-120/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Bahadur oğlunun vəkili Vəkil1, İlkin iddia tələbi üzrə Cavabdeh1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Mustafayev Xəyal Oktay oğlunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, qeydiyyatın ləğvi və mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol Y/M, ev 3, mənzil 27 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin əmlaka tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Sözügedən mənzili 24.12.2015-cü il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən mərhum (eşitdiyinə görə vəfat edib) X1 56 000 manata almışdır. Həmin vəsaitin 15 000 manatı onun tərəfindən, 41000 manatı isə onunla ipoteka saxlayan "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış 24.12.2015-ci il tarixli 07/104/AİF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ödənilmişdir. Mənzili aldıqdan sonra orada yaşamadığına görə onu kirayə vermək qərarına gəlmişdir. X3 və ailəsi ilə şifahi razılaşmalarına əsasən onlar özlərinə ev alana qədər evin aylıq bank ödənişini ödəməsi, o da həmin evdə onların yaşamasına icazə verilməsi barədə razılığa gəlmişdir. Cavabdehlər 7-8 aydır ki, aylıq ödənişlərini (kirayə haqqını) ödəmirlər, özü hər ay ödənişi edir. O, ödənişləri vaxtlı-vaxtında etmələrini cavabdehlərdən tələb etsə də onlar müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Kirayə haqqını ödəmədikləri üçün onlardan evdən çıxmalarını tələb etsə də evdən çıxmırlar. Cavabdehlərin bir qisminin formal olaraq, bir qisminin isə həm də faktiki olaraq ona məxsus sözügedən mənzildə qeydiyyatda olması və oradan istifadə etməsi kommunal xidmətlərin ödənilməsi baxımından əlavə maliyyə itkisi olmaqla bərabər onun mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Belə ki, ona məxsus mülkə dair sərəncam vermək hüququ cavabdehin qeydiyyatda olması halında onun yazılı razılığı ilə mümkün olduğundan bu da mülkiyyət hüququnun bu hissədə pozulmasına şərait yaradır. Eyni zamanda cavabdehlərin orada yaşaması da onun öz mülkiyyətinə sahiblik və ondan istifadə etmək hüququnu da məhdudlaşdırır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməklə cavabdehlərin və digər şəxslərin mənzili boşaldaraq (çıxardılaraq) ona təhvil verilməsi, mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qədər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla müştərək qayda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada tutularaq ona ödənilməsi və vəkilə ödənilmiş 800 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək yetkinlik yaşına çatmayan Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri,H.Zeynalabdin qəs., d/y yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzili atası X2 məxsus olmuşdur. X8 adlı şəxs atasının kredit almaq istədiyini bildikdə, ona bankların hərbiçilərə aşağı faizlə ev ipotekası ilə kredit verildiyini bildirmişdir. O, atasını evlərini Azərbaycan Respublikası DİN-nin Hacıqabul rayonunda yerləşən hərbi hissədə xidmət edən gizir İddiaçı adına keçirməyə və onun adına kredit götürməyə inandırmışdır. İddiaçı 5 min manat müqabilində evi banka ipoteka etməklə adına kredit götürülməsinə razı olmuşdur. Cəfərov Elvin banka 15 min manat ilkin ödəniş etmiş, atası uydurma alqı-satqı müqaviləsi ilə evi cavabdehin adına keçirmişdir, cavabdeh faktiki onların olan evi «NBCbank»a ipoteka edərək öz adına kredit almışdır. Həmin kreditlə onların «Nikoilbank»a olan kredit borcu bağlanmışdır. X8 atasını aldadaraq krediti ona verməmişdir. İddiaçı mənzillə bağlı əvvəl 1 il müddətinə atasının, sonra atasının təklifi ilə 30 il müddətinə onun adına etibarnamə vermişdir. Atası 2019-cu ildə infarkt keçirərək vəfat etmişdir. Qeyd olunanları rəhbər tutaraq məhkəmədən Sumqayıt şəhəri, H.Zeynalabdin qəs., d/y yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilinin Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış 24.12.2015-ci il Daşınmaz Əmlakın Alqı-Satqı və İpoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi ürzə cavabdeh İddiaçı vəkili Vəkil1 məhkəməyə 11 sayda ödəniş qəbzi təqdim edərək izahatında göstərdi ki, cavabdeh X3 3 ildir rəhmətə getmişdir. Kirayə haqqı ödənilmədiyinə görə məhkəmədən iddia tələbinin təmin olunaraq cavabdehlərin mənzilə dair yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməklə Sumqayıt şəhəri, H.Zeynalabdin qəs., d/y yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh1 izahatında bildirdi ki, mərhumun adı göstərilsə də pul Xəyal tərəfindən ödənilmiş, vərəsəlik işi açılmamışdır. Ona görə də məhkəmədən verilmiş iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 məhkəməyə 24 sayda ödəniş qəbzi tədqim edib müqaviləni etibarsız hesab edərək qeyd etdi ki, uydurma müqavilədir, tərəflər arasında heç bir alqı-satqı olmamışdır. Hərbçi olduğu üçün pul onun adına götürülmüşdür ki, faiz az ödənilsin. Pul mərhum tərəfindən götürülüb, onun tərəfindən də ödənilməli idi. Ev faktiki olaraq orada yaşayanlara məxsusdur. Bütün ödəmələr mərhuma və Xəyala məxsusdur. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə məhkəmə iclasında iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli, 487 saylı forma-2 arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 ünvan 2 ünvanına qeydiyyatdadırlar. İş materiallarında olan 24 dekabr 2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəs., d/y yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilini Cavabdeh6 Firidun oğlundan 56000 manata almış, mənzilin dəyərinin 15000 manatını özü, 41000 manatı isə kreditor - ipoteka saxlayan "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 0781179№-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 26.12.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə tərəflər arasında bağlanılmış alqı-satqı və ipoteka müqaviləsi 24 dekabr 2015-ci il tarixdə bağlanması və həmin müqavilədən irəli gələrək İddiaçı tərəfindən iddia tələbinin hüquqi əsası kimi şifahı razılaşma əsasında bağlanılmış kirayə müqaviləsi, həmin müqvilədən çıxış edərək kirayə haqqını ödəmədikləri üçün onların evdən çıxmalarını tələb etsə də müqavilənin şərtlərində və həqiqətən elə bir razılaşmanın olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi dəlilləri təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iddiaçı tərəfindən ödənişlərin onun tərəfindən ödənilməsinə istinad olunasa da, ödənişlərin müəyyən bir qisminin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 məhkəməyə 24 sayda ödəniş qəbzləri təqdim etmişdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM 567). Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəyə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsində hakim tərəfindən qarşılıqlı iddianın aşağıdakı hallarda qəbul edilməsi müəyyən edilmişdir: qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa. Bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır. (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Məhkəmə qarşılıqlı iddia tələbinin dəllilərini qiymətləndirərək bu qənaətə gəlir ki, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi hər hansı tələb deyil, məhz mübahisə predmeti olaraq qanunvericiliklə əsas iddiaya qarşı verilmiş tələbə münasibətdə, həmçinin həmin tələblərə birlikdə baxılarkən öz təsdiqini tapmamışdır. Belə ki, etibarsız hesab etdiyi iddia ilə bağlı ödənişlərin nəyə görə edilməsi, həmin haldan xəbərdar olması işin mübahisə edilməyən halıdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın ( MM 389.1, 389.2, 389.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinin tələbinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. «Məhkəmə qətaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il taixli 4 nömrəli Qərarının 6.10-cu bəndində göstərilmişdir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, qeydiyyatın ləğvi və mənzildən çıxarılma tələbinə və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair iddiaları rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar