Məhkəmə qərarları › İş №2(060)-1256/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1256/2023

19.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1256/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi X1 İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzilə köçürülmə tələbi» barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 6, mənzil 85-də yerləşən yaşayış evinə köçürülməyi və həmin mənzildə toxunulmazlığının təmin edilməsi və ya bu mümkün deyildirsə, bu ev və atasının vəfatından sonra onlara qalan 6 sot torpaq sahəsi olan payının ona ödənilməsi, əvvəlcədən ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsi xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə tərtib edilmişdir. Bundan əlavə iddiaçı məhkəmədən nə xahiş etdiyini konkret göstərməmişdir. Belə ki, iddiaçı 6 sot torpaq sahəsi ilə bağlı payının ödənilməsini etdiyi halda, bu barədə ərizəyə heç bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı ilk olaraq atasından qalan torpaq sahəsi ilə bağlı Notariat Kontoruna müraciət etməli oldugu halda bir başa məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzilə köçürülmə tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar