Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1266/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbə qarşı iddia qaldıraraq, İddiaçı işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək işdən azad olunmağı ilə bağlı Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəbin direktoru tərəfindən imzalanmış *1.1*.2*24-cü il tarixli, 215 nömrəli əmrin ləğv olunması, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı *xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Ali təhsilini Bakı Ali Pedoqoji Qızlar Seminariyasında ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə almışdır. 15.*9.2**6-cı il tarixdə Sumqayıt şəhər Təhsil Şöbəsi Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində dərnək rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. 18.*9.2*17-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 68.2.a bəndinə uyğun olaraq, yəni öz ərizəsi ilə işdən azad edilmişdir. 13.1*.2*17-ci il tarixdən ali təhsilli ibtidai sinif müəllimi Sumqayıt şəhər, M.Müşfiq adına 34 nömrəli orta məktəbə İKT lobarantı vəzifəsinə təyin edilmişdir. *1.1*.2*2*-ci il tarixdə vakantda olan 8 saat informatika (rəqəmsal bacarıqlar) dərsi məktəbin İKT laborantına (müddətli müqavilə ilə) həvalə edilmişdir. *1.1*.2*24-cü il tarixdə isə məktəbin onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 7*-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilmişdir. Onun işdən azad olunmağı barədə cavabdeh tərəfindən *1.1*.2*24-cü il tarixli, 215 saylı əmr tərtib edilmişdir. Tərtib edilmiş əmr tamamilə əsassız və qanunsuzdur. Onun işdən azad edilməyi üçün heç bir səbəb olmadığı halda onun əmək müqaviləsinə heç bir xəbərdarlıq olunmadan xitam verilmişdir. Belə ki, Sumqayıt şəhəri, M.Müşfiq adına 34 nömrəli orta məktəbin direktoru onun sisteminə giriş edərək şagirdlərdən birinin yerdəyişməsini etməyini tələb etmiş və bununla bağlı narahat olmamağını, özünün məsuliyyətli olduğunu bildirmişdir. Lakin hadisədən bir müddət keçəndən sonra direktor sanki özü bunu ondan tələb etməmiş kimi onu bu əsasla işdən çıxarmışdır. Direktorun xəbəri və razılığı olmadan yerdəyişmə üçün onun kabinetinə daxil olmağı qeyrimümkündür. Bu səbəblə də işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir. Cavabdeh onun əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 7*-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilməsi onun bundan sonrakı iş həyatına çox böyük mənfi təsir göstərir. Hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, onun işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, məktəbdə İKT laborantı vəzifəsində işləmişdir. İnformatika otağında müəllimənin köməkçisi işləyir. Müəllimənin köməkçisi olaraq informatika üzrə uşaqların dərslərinə kömək edir. Məktəbdə texniki heyətin üzvüdür. Texniki heyət üzvü olaraq pedoqoji heyətin işçilərinə kömək edir. Məktəb adından hər hansısa sənədlərin hazırlanması onun vəzifə səlahiyyətlərinə aid deyildir. Sadəcə sistemdə olan proseslərlə bağlı köməklik göstərir. Direktorun şəxsi səhifəsinə onun icazəsi olmadan daxil olmaq səlahiyyəti yoxdur. Sadəcə sənədlərin təsdiq edilməsinə köməklik eləyir. İKT laborantı olduğu və elektron sistemdən anlayışı olduğu üçün həmin işləri həyata keçirmişdir. Məktəbin direktoru sistemə daxil olan sənədi görür, təsdiq edilməli olan sənədləri təsdiq edir. Sistemə daxil olmaq üçün şifrə var və həmin şifrəni bilir. Sistemə başqa komputerlərdən də daxil olmaq mümkündür. O, sadəcə məktəbin komputerindən sistemə daxil olur. Məktəbdə işləyən müəlliməyə başqa bir məktəbdən şagird göndərişi olmuş və daha sonra həmin göndəriş geri alınmışdır. Sözügedən müəllimə ibtidai sinif müəlliməsi olan Aynurə müəllimədir. Hazırda onun əvvəl işlədiyi məktəbdən çıxmışdır. Hal-hazırda Bakı şəhərində yerləşən məktəblərdən birində işləyir. Təxminən 1 il olar ki, həmin müəllimə məktəbdən çıxmışdır. Sistemlə yerdəyişmə edilmiş və şagirdin adı başqa məktəbdə qeydiyyata alınmışdır. Şagirdin göndərildiyi sinifin bağlanmaması üçün həmin müəlliməyə köməklik edilməsi məqsədilə şagirdin adı digər məktəbdə qeydiyyata alınmışdır. Şagirdlərin adlarının digər məktəbdə qeydiyyatda olması onların məktəbində olan şagirdlərin sayına təsir göstərmirdi. Məktəbdaxili siniflərin bağlanmaması üçün bu hallar əvvəl də baş vermişdir. Məktəbdən kənar olan zaman şagirdin adı başqa məktəbdə qeydiyyatda olur. Yaxın zamanlarda şagirdlərin adlarının Sumqayıt şəhər məktəblərinə göndərilməsi halları olmamışdır. Sonuncu dəfə əvvəlki direktorun vaxtında olmuşdur. Sistemdə belə bir halın baş verdiyini öz məktəbləri və şagirdin adının qeydiyyatda olduğu digər məktəb görə bilir. 3 nəfər şagirdin yerdəyişməsi olmuşdur. Yerdəyişməni şagirdlərin valideynləri də edə bilərlər. Bu zaman məktəb tərəfindən yerdəyişmə təsdiq edilməlidir. Əgər şagirdin yerdəyişməsində heç bir problem yoxdursa və 5 gün müddətində məktəb tərəfindən təsdiq edilməmişdirsə, avtomatik şəkildə sistemə yerləşdirilir. Aynurə müəllimə sinifinin bağlanmaması üçün uşaqların yerdəyişməsini xahiş etmişdir. Yerdəyişmə ilə bağlı direktorun məlumatı olmuşdur. Əgər direktor yerdəyişməni bilməsə idi, şəxsi iş verilməzdi. Yerdəyişməni müdir təsdiq etmişdir. Səhifə onun şəxsi səhifəsidir. Yerdəyişməni təsdiq edə bilər, lakin direktor hər gün səhifəyə nəzarət etdiyi üçün bunu etməyi mümkün deyildir. Yerdəyişməni sistemdə hazır etmiş, direktor isə təsdiq etmişdir. Məktəblərin direktorları arasında belə bir razılıq olmuşdur. Sadəcə işi yerinə yetirmişdir. Şagirdlərin adlarının yerdəyişməsi olan zaman onların şəxsi işləri də yerdəyişmə olan məktəbə təqdim olunur. Şəxsi işlər direktorun katibinin otağında olur. Direktorun yerdəyişmə edilməsini təsdiq etdiyi üçün şəxsi işləri digər məktəbə təqdim etmiş, lakin daha sonra direktorun narazılığı olduğu üçün şəxsi işləri geri almışdır. Bundan iki gün sonra direktor müəlliməni çağırıb şəxsi işləri müəllimənin özünə təqdim etmişdir. Prokurorluq orqanına müraciət edilənə qədər şagirdlərin valideynlərinin bu məsələdən məlumatları yox idi. Məhkəməyə müraciət edəndən sonra prokurorluğa müraciət edilmişdir. Qanunsuz olsa idi, şəxsi iş Aynurə müəlliməyə təqdim edilməzdi. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, məktəbdə müəllim köməkçisi ştatı yoxdur. İKT laborantı məktəbdə infirmasiya kommunikasiya ilə bağlı bütün məsələləri həyata keçirir. Bu rəsmi şəkildə əmrlə rəsmiləşdirilir. Əmrlə bir çox portala nəzarət iddiaçıya həvalə edilmişdir və iddiaçı səlahiyyətli şəxs hesab edilmişdir. Hazırki məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Avqust ayının 27-i şagirdlərin yerdəyişməsi olmuşdur. Xanım müəllimə məktəbdən qarşılıqlı yerdəyişmə edərək Binəqədi rayonu 3*1 nömrəli məktəbdə ibtidai sinif müəlliməsi olaraq işləməyə başlamışdır. Orada şagird sayı 2* nəfərdən aşağı düşərsə siniflər birləşdirilir. Müəllimə sinifinin bağlanmaması üçün keçmiş tanışı olan Yasəmən müəlliməyə müraciət etmişdir. Belə ki, Yasəmən müəllimə bu işləri yaxşı bacarır. Onun, müdir müavininin, sinif rəhbərinin və valideynlərin məlumatı olmadan şagirdlərin yerdəyişməsi olmuşdur. Yerdəyişmə üçün müdirin təsdiqinə ehtiyac yoxdur. Şagird yerdəyişməsi şagirdin şəxsi səhifəsində həyata keçirilir. Şagirdin şəxsi səhifəsinə daxil olmaq üçün şagirdin valideyninin, eyni zamanda şagirdin özünün şəxsiyyət vəsiqəsinin FİN kodu lazımdır. Yerdəyişmə digər məktəb tərəfindən təsdiq edilənə qədər yerdəyişmə olan şagirdin adı onların səhifəsində görünmür. Digər məktəb tərəfindən təsdiq edildikdən sonra məktəbin səhifəsində şagirdin digər məktəbə yerdəyişməsi ilə bağlı sorğu verildiyi və təsdiq edildiyi görünür. İkinci təsdiq zamanı şəxsi işlərin verilməsi üçün artıq onun təsdiqi lazımdır. Qeyd olunan səhifə ümumi sistemdir. Ora daxil olmaq üçün hər məktəbə giriş üçün şifrə verilir. Həmin şifrəni sistemi idarə etməsi üçün səlahiyyətli şəxsə bildirirlər. Şəxsi işləri təqdim edən zaman orada şagirdin hansı tarixdə şagird kontingentindən çıxarılması qeyd olunur, sənəd möhürlə təsdiq edilir və şəxsi iş valideynə təqdim edilir. Şagirdin valideyni isə şəxsi işi digər məktəbə təqdim edir. Bundan sonra şagirdin məktəbdən çıxması sistemdə vurulur və digər məktəbdə şagirdin məktəbdə qeydiyyatı təsdiqlənir. Bu bildirdikləri ümumi sistemin hansı şəkildə həyata keçirilməsi ilə bağlıdır. İkinci təsdiqi 3*1 nömrəli məktəbin müdiri etmişdir. Lakin həmin təsdiqin məktəbin müdiri tərəfindən edilib-edilməməsi ilə bağlı məlumatı yoxdur. Bu hallardan ümumiyyətlə məlumatı olmamışdır. Nə Aynurə müəllimə, nə də Yasəmən müəllimə qeyd olunan hal barədə ona məlumat verməmişdirlər. Avqust ayının 27-i yerdəyişmə olunur. Yerdəyişmə olunan zaman valideynin əlaqə nömrəsinə təsdiq kodu göndərilir. Həmin təsdiq kodu daxil ediləndən sonra sorğu sistemdə təsdiq edilir. Həmin müddətdə seçkilər keçirildiyi üçün sentyabr ayının 3-də səs vermədən qayıtmışdırlar. Sistemə nəzarət edən zaman şagirdlərin faktiki sayları ilə sistemdə olan saylar arasında fərq olduğu aydın olmuşdur. Yerdəyişməyə baxan zaman valideynin birinin adı Yasəmən xanımın tanışı İlahə Hüseynova, digər valideynin adı Yasəmən xanımın həyat yoldaşı Amil adlı şəxs, növbəti valideyn isə Yasəmən xanımın özü idi. Telefon nömrələri də eyni zamanda iddiaçı və onun yaxınlarının əlaqə nömrələri idi. Belə olduqda məsələdən onun və şagirdlərin valideynlərinin məlumatının olması mümkün deyildir. Məsələ aydın olan zaman iddiaçı inkar etmiş, daha sonra isə pula ehtiyacı olduğu üçün bunu etdiyini demişdir. İddiaçıya məsələnin həll edilməsi üçün 1 ay möhlət verilmiş, lakin iddiaçı tərəfindən məsələ həll edilmədiyi üçün o işdən azad edilmişdir. Şəxsi işlər müdirin şəxsi imzası və möhürü ilə təqdim edilir. Şəxsi işlər katibədən xəbərsiz şəkildə götürülmüş və Aynurə müəlliməyə təqdim edilmişdir. Şagirdlərin adları rəsmi olaraq başqa məktəbdə getmiş, özləri isə bu məktəbdə təhsil almışlar. Məsələ ilə bağlı dərhal səlahiyyətli orqana məlumat vermişdir. Yasəmən müəllimənin adından şikayət etməmişdir. Şagirdlərin geri qayıtması oktyabr ayında olmalı idi. Sentyabr ayının 5-i sistem bağlandı, sentyabr ayının 9-a qədər sənəd qəbulu həyata keçirildi. Sistemin oktyabr ayında açılması və şagirdlərin həmin vaxt yerdəyişməsinin olması gözlənilirdi. Lakin sistem noyabr ayının 1-i açılmışdır. Həmin vaxta qədər şagirdlərin yerdəyişməsi həyata keçirilə bilməzdi. Sistem daha çox təkminləşdirildi və şagirdlərin valideynlərinin “Sima” portalında qeydiyyatı olmadan şagirdlərin yerdəyişmə edilməsi qeyri-mümkün idi. Noyabr ayının 1-dən sonra şagirdlərin yerdəyişməsinə icazə verməmişdir. Belə ki, şagirdlərin yerdəyişməsi valideynlərin təşəbbüsü ilə olmadığı üçün valideynin də geri qaytarması ola bilməzdi. Şagirdlərin yerdəyişməsi avqust ayının 27-də baş tutmuş, işlə bağlı məlumatı sentyabr ayının əvvəlləri olmuşdur. Oktyabr ayının 1-ə kimi məsələnin həll edilməsi üçün iddiaçıya möhlət vermişdir.
Tədqiq olunan sübutlar:
7. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 12.11.2*24-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 5* manat məbləğində mediasiyaya dair xərci və 1* manat kargüzarlıq xərci ödəmişdir.
8. İddiaçı məxsus *3*9*57 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Cavabdeh 13.1*.2*17-ci il tarixli əmri ilə məktəbə İKT laborantı vəzifəsinə təyin edilmiş, *1.1*.2*2*-ci il tarixli əmrlə vakantda olan 8 saat informatika (rəqəmsal bacarıqlar) dərsi *1 oktyabr 2*2*-ci il tarixdən ona (müddətli müqavilə) həvalə edilmiş, *1.1*.2*24-cü il tarixli əmrlə məktəbin İKT laborantı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
9. Sumqayıt şəhəri M.Müşfiq adına 34 nömrəli tam orta məktəb üzrə 3*.*4.2*24-cü il tarixli, *78 nömrəli əmrdən çıxarışdan görünür ki, *1 may 2*24-cü il tarixindən 34 nömrəli tam orta məktəbdə təhsilalanların 1-ci sinifə elektron yerləşdirilməsi zamanı yarana biləcək hər hansı çətinliyin aradan qaldırılmasına dəstək üçün yaradılmış alternativ mərkəzə məktəbin İKT laborantı İddiaçı məsul şəxs olaraq təyin edilməsi əmr edilmişdir.
10. Sumqayıt şəhəri M.Müşfiq adına 34 nömrəli tam orta məktəb üzrə *6.*6.2*24-cü il tarixli, 1*5 nömrəli əmrdən çıxarışdan görünür ki, əmək funksiyasını yerinə yetirərkən yol verdiyi ciddi nöqsanlara görə məktəbin İKT laborantı İddiaçı töhmət verilməsi əmr edilmişdir.
11. Sumqayıt şəhəri M.Müşfiq adına 34 nömrəli tam orta məktəb üzrə 16.*9.2*24-cü il tarixli, 187 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin İKT laborantı İddiaçı 2*24/2*25-ci tədris ilində UTİS sistemi üzrə məsul şəxs təyin edilməsi əmr edilmişdir.
12. Sumqayıt şəhəri M.Müşfiq adına 34 nömrəli tam orta məktəb üzrə *5.1*.2*23-cü il tarixli, 157 nömrəli əmrdən çıxarışdan görünür ki, şagird yerdəyişməsi, mektebeqebul.edu.az və mektebehazırlıq.edu.az sisteminə nəzarətin məktəbin İKT laborantı İddiaçı tapşırılması əmr edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 8*. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinə xitam verilməsinin əsası, həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinə xitam verilən gün, ay və il, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 186 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 3**. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
14. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Sumqayıt şəhər Cavabdeh üzrə 13.1*.2*17-ci il tarixli əmrlə məktəbə İKT laborantı vəzifəsinə təyin edilmiş, *1.1*.2*2*-ci il tarixli əmrlə vakantda olan 8 saat informatika (rəqəmsal bacarıqlar) dərsi *1 oktyabr 2*2*-ci il tarixdən ona (müddətli müqavilə) həvalə edilmişdir. *1.1*.2*24-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
15. Cavabdeh məhkəmə iclasında izahatında X1 işdən azad olunmasının səbəbi kimi iddiaçının onun direktoru olduğu məktəbin şagirdinin və ya onun valideyninin FİN kod məlumatlarından istifadə etməklə valideynin məlumatı olmadan şagirdin Bakı şəhəri, Binəqədi rayon 3*1 nömrəli məktəbinə yerləşdirilməsinə nail olmasını göstərmişdir.
16. İddiaçı isə izahatında valideynin məlumatı olmadan şagirdin oxuduğu məktəbdən digər məktəbə yerdəyişməsini həyata keçirdiyini etiraf etmiş, lakin bunu direktorun məlumatı və razılığı əsasında etdiyini və bu səbəbdən işdən azad olunmasının qanunsuz olduğunu bildirmişdir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının baş verən hadisə nəticəsində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır.
18. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 7*-ci maddənin «ç» bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir.
19. Məhkəmə qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin imperativ göstərişlərinə riayət edilməmişdir.
20. Belə ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 3**cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, mübahisələndirilən əmrdə ümumi olaraq “əmək müqaviləsinə AR ƏM-nin 7* “ç” - “işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən” göstərilmiş, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.
22. Mübahisələndirilən əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri baxımından da (iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və s.) əsaslandırılmamışdır.
23. Məhkəmə iclasında cavabdeh əmək müqaviləsinin ləğv edilməsi əsaslarını izahatında göstərsə də, qəbul etdiyi əmrdən əmək müqavilənin məhz qeyd etdiyi əsaslarla xitam verildiyi görünmür.
24. Bundan başqa, o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair qərar və əmrdə, onların məzmununda göstərilməli olan –verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir.
25. Məhkəmə onu da qeyd edir ki, Əmək Məcəlləsinin 8*-ci maddəsinə əsasən həmin Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
26. Hazırki halda cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında iddiaçının həmkarlar ittifaqı təşkilatının üzvü olmasını bildirməsinə baxmayaraq, işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət etmədiyini və həmin təşkilatın qabaqcadan razılığını almadığını bildirmişdir. Beləliklə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş işəgötürən üçün məcburi olan prosedur qaydalara riayət edilməmişdir.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər, 34 nömrəli tam orta məktəbin 215 saylı, *1.1*.2*24-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhəri, 34 nömrəli tam orta məktəbə işə bərpa edilməli, *1.1*.2*24-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı işəgötürən tərəfindən hesablanmaqla ödənilməli, cavabdehdən 1** (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
Məhkəmə xərcləri:
28. Mülki Prosessual Məcəllənin: 1*7-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 1** manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Sumqayıt şəhər, 34 nömrəli tam orta məktəbin 215 saylı, *1.1*.2*24-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin; İddiaçı Sumqayıt şəhəri, 34 nömrəli tam orta məktəbə işə bərpa edilsin; *1.1*.2*24-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı işəgötürən tərəfindən hesablanmaqla ödənilsin; Cavabdehdən 1** (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva