Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1276/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X3 1 saylı regional ərazi filialını maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X3 1 saylı regional ərazi filialını maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1970-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayonu, Alxaslı adına sovxozda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1970-ci il tarixdən 1992-ci ilin 15 may tarixinə kimi Laçın rayonu, Alxaslı adına sovxozda təsərrüfatın müxtəlif bitkiçilik, mexanizasiya və inşaat sahələrində işləmişdir. Lakin, Laçın rayonunun işğalı ilə əlaqədar əmək kitabçası orada qalmışdır. Bu səbəbdən də xx.xx.1970-ci il tarixdən 1992-ci ilin 15 may tarixinədək əmək stajımın olmasını təsdiq edən sənədi başqa cür əldə etmək mümkün olmamışdır. Bununla belə əmək stajının olması faktını kəndliləri şahid qismində təsdiq edə bilərlər. Hal-hazırda pensiyaya çıxmaq istəyir, lakin ondan əmək stajını təsdiq edən sənədlər tələb olunur. Ondan asılı olmayan səbəbdən bu barədə sənədi təqdim edə bilmir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X3inin 1 saylı regional ərazi filialına müraciət etsə də imtina cavabı almışdır. Hazırda pensiya hüququndan istifadə edə bilmir, qeyd etdiyi faktın təsdiq olunması pensiyaya çıxmaq və pensiya hüququmdan istifadə etmək üçün vacibdir. xx.xx.1970-ci il tarixdən xx.xx.1992-ci ilədək əmək stajımın olması faktı Laçın rayon İcra Hakimiyyəti başçısının Alxaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şahidlərin iştirakı ilə tərtib olunan xx xxxxxx 2020-ci il tarixli aktla da öz təsdiqini tapır. Bütün bunları nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni məzmunlu izahat verərək ərizəni müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında göstərdi ki, ərizəçinin tələbi əsassızdır, ərizəçinin göstərdiyi iş illəri – 22 il tələb edilən 25 il sığorta stajının yarısından çox olduğundan ərizə təmin oluna bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarının 11-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maraqlı şəxsin nümayəndəsinin xüsusi icraat qaydasında baxılan işlə əlaqədar məhkəməyə aid hüququ mübahisələndirməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən iddia baxılmamış saxlanılmalı, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 267-268, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X3 1 saylı regional ərazi filialını maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1276/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1276/2021
11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver