Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-128/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37.000 manat borcun, bank uçot dərəcəsinə uyğun olaraq bank faizinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh 37.000 manat pulun tutularaq ona ödənilməsi barədə iddia tələbi üzrə qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası Şərifova Sevil Atabala qızı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8A/27-də yerləşən 2 otaqlı, 39 nömrəli mənzili sataraq fərdi yaşayış evi almaq üçün satış pulundan ona 39.000 ABŞ dolları vermişdir. 0, 2009-cu ilin dekabr ayında həmin pul vəsaiti ilə Xəzər Bağçılıq ərazisindən torpaq sahəsi alaraq 3 otaqlı fərdi yaşayış evi inşa etmişdir. 2019-cu ilin iyul ayında ona məxsus 3 otaqlı fərdi yaşayış evini X5 37.000 manata sataraq satış pulunu Cavabdeh vermişdir. Əvvəlcədən razılaşdığları kimi satış puluna toxunmamaq, xərcləməmək məqsədi ilə satış pulunu qaynanası X3 və qaynı X4 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllədə yerləşən 235 A saylı evə qoymuşdur. O, sonradan pulu cavabdehdən geri istəmişdir. Cavabdeh bildirmişdir ki, pulu banka qoyubdur və dekabr ayının sonunda götürəcəkdir. Onlar ev satıldıqdan sonra Sumqayıt şəhəri, 4-cü mikrorayonda kirayədə yaşamışlar. Satış pulunun ona qaytarılması ilə bağlı aralarında mübahisə yarandığından cavabdeh iki aydan sonra kirayə qaldıqları mənzili tərk etmişdir. xx xxxxxx 2020-ci ildə qaynı X6 ona zəng etdi, o da bildirmişdir ki, bacısı ev almadığı üçün onlarda qalmalıdır, o da anasıgildə qalacaq. Eyvaz isə söhbət etmək üçün onu yaşadığı ünvana gəlməyini tələb etmiş, o isə bundan imtina etmişdir. Bundan sonra Eyvaz onu Sumqayıt şəhəri, 9-cu mikrorayondakı Heydər Əliyev adına parka dəvət etmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış Eyvaz ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-124/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehdən həmin pulu dəfələrlə tələb etsə də o, həmin pulları ona qaytarmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili çıxış edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-124/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki,X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan ******* saylı xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Şərifova Sevil Atabala qızı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8A/27-də yerləşən, 39 nömrəli mənzilini X1 32.040 manata satmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmlakdan məhrum etməklə iddiaçıya zərər yetirilmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 37.000 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 37.000 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-128/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-128/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver