Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1281/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi, Vəkil iştirakı ilə, ərizəçi Əliyeva (Əşrəfova) Güllüzar Qulu qızının (Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyeva (Əşrəfova) Güllüzar Qulu qızı (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1961-ci ildə, Ermənistanın Krasnoselo rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, ata haqqında məlumat qrafasında X5, ana haqqında məlumat qrafasında isə X1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Məlum hadisələr nəticəsində Ermənistan Respublikasından qaçqın düşərkən onun doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Hazırda anasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbulu ilə bağlı notariat kontoruna müraciət edərkən ondan doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Həmin doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qaldığına görə doğum haqqında şəhadətnamənin təkrar alınması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamənin təkrar verilməsindən imtina olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada surətində ərizəçinin təvəllüdü xx.xx.1961-ci il kimi qeyd edilmişdir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü tarixli, 05/Q-84/15 saylı məktubunda bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. O, həqiqətən də, xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Özü də həmin rayonda anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi onun bacısıdır. O, həqiqətən də, xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Özü də həmin rayonda anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin xx.xx.1961-ci ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olması, atasının X5, anasının X1 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Əliyeva (Əşrəfova) Güllüzar Qulu qızının xx.xx.1961-ci ildə, Ermənistanın Krasnoselo rayonunda anadan olması, atasının X5, anasının X1 olmasının qeyd edilməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1281/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1281/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver