Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1292/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və XXX Cavabdeh3 qarşı yaşayış sahəsinə xitam verilməklə pasport qeydiyyatından çıxarılmasına dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və XXX Cavabdeh3 qarşı yaşayış sahəsinə xitam verilməklə pasport qeydiyyatından çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və XXX Cavabdeh3 ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 14 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən paport qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 14 ünvanına istifadə hüququna xitam verilməsini xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1974-cü il tarixində Saatlı rayonunun Əlisoltanlı kəndində anadan olmuşdur. ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Belə ki, həmin mənzili 04.06.2004-cü il tarixli 40/165 saylı 04.06.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır. Həmin mənzil X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 14 saylı reyestr kitabında 15095 saylı inventar işi kimi onun adına qeydiyyata alınmışdır. Zərurət yarandığı üçün 07.01.2022-ci il tarixində ASAN Sumqayıt mərkəzinin xidməti vasitəsilə “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı” əldə etdiyi zaman məlum olmuşdur ki, qeydiyyatda olduğu ünvanda o və övladlarından başqa mənzilin əvvəlki mülkiyyətçisi xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1, onun oğlu xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh2 və ona tamamilə naməlum olan 18.03.1992-ci il təvəllüdlü XXX Cavabdeh3 qeydiyyatdadırlar. Hazırda cavabdehlərin harada yaşamaları da ona məlum deyil. Bununla əlaqədar olaraq ərazi üzrə 16 saylı Mənzil İstismar Sahəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, onlarda olan məlumata görə həmin şəxslər ona məxsus mənzildə qeydiyyatda deyildirlər. Sumqayıt Şəhər Qeydiyyat və X2 tərəfindən isə bildirilmişdir ki, həmin şəxslərin pasport qeydiyyatından çıxarılması yalnız məhkəmə qərarı ilə mümkündür. Göründüyü kimi həmin şəxslərin onun evində qeydiyyatda olmaları formal xarakter daşıyır. AR Miilki Məcəllənin 27-ci maddəsinə əsasən - fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin şəxslər isə 2004-cü ildən həmin evdə yaşamırlar. Həmçinin, o həmin şəxslərin qeydiyyatda olması səbəbindən ona məxsus əmlak üzərində sərəncam verə bilmir. Belə ki, mənzilin üzərində sərəncam verə bilmək üçün qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Bununla da onun mülkiyyət hüququ pozulur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehin mülkiyyətində olan mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və XXX Cavabdeh3 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 16 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onun həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 14 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 07.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 qızı və XXX Cavabdeh3 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 14 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, İddiaçı adına Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 14 ünvanına dair qeydiyyat vəsiqəsi verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və XXX Cavabdeh3 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 14 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 qızının və XXX Cavabdeh3 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, mənzil 14 ünvanından istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1292/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1292/2022
17.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver