Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1295/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirilməsinin səbəbinin üzrlü sayılması və müddətin uzadılması tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirilməsinin səbəbinin üzrlü sayılması və müddətin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılması və müddətin uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 1436 saylı məktubu ilə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı məhkəməyə müraciət etməsinin tövsiyyə edilməsidir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi, Mülki Məcəllənin həm mirasın qəbul edilməsi müddətini tənzimləyən 1246-cı maddəsi, həm də miras sözügedən müddətlər daxilində qəbul edilmədikdə mirasdan imtina barədə qaydaların tətbiq edilməli olması barədə 1273-1-ci maddəsi Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Ərizəçi mirasın qəbulu üçün istənilən vaxt notariat orqanına müraciət edə bilər. Bu zaman notariat orqanının mirasın qəbulu üçün müəyyən edilmiş müddətin keçməsi əsası ilə müvafiq notarial hərəkətlərin aparılmasından imtina etməsi isə yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılması və müddətinin uzadılması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirilməsinin səbəbinin üzrlü sayılması və müddətin uzadılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkiм Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1295/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1295/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver