Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1300/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Fərhadov Cavabdeh6 qarşı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Fərhadov Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, cavabdeh Fərhadov Cavabdeh6 ilə birgə nikah dövründə olarkən 2014-cü ildə ipoteka krediti vasitəsilə əldə etmişdir. Aralarında olan münasibətlər pisləşdiyi üçün nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin 21.11.2018-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Birgə nikah dövründə ipoteka krediti üzrə ödədiyi pul vəsaitinin aralarında bölünməsi iddiası ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07.11.2019-cu il tarixli qətnaməsinə əsasən 8242.50 manatın cavabdeh Fərhadov Cavabdeh6 alınaraq ona verilməsi qət edilmişdir. Sözügedən mənzil cavabdeh M.Fərhadovun mülkiyyətində olan müddətdə o, mülkiyyətçi kimi ailə üzvlərini də mənzilə qeydiyyata aldırmışdır. Hazırda digər cavabdehlər də mənzildə pasport qeydiyyatındadırlar. Onlar keçmiş mülkiyyətçinin ailə üzvləri olmaqla, hazırda onun mülkiyyətində olan mənzildə istifadə hüquqları qalmamışdır. Çünki onunla cavabdehlərin ailə münasibətlərinə cavabdeh M.Fərhadovla nikahları ləğv edilən andan xitam verilmiş və belə olan halda cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqları qalmamışdır. 02.11.2021-ci ildə X1 alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlər həmin ünvanda yaşamırlar. Hal hazırda tam hüququ ilə mənzil onun xüsusi mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1300/2022 saylı, 24.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Fərhadov Cavabdeh6 və qeyrilərinə qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiasının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı hissəsində məhkəmə baxışına hazırlığın icraatı xitam edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7553/2019 saylı, 07.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 21.11.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Fərhadov Cavabdeh6 arasında Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində, 30.03.2016-cı ildə bağlanmış nikahın pozulması qət edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A evin 1 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 02.09.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, 06.12.2021-ci il tarixli arayışından görünür ki, Fərhadov Cavabdeh6 Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 3 saylı Mənzil Kommunal Səhəsinin 773 №-li arayışından görünür ki, Fərhadov Cavabdeh6 Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 3 saylı Mənzil Kommunal Səhəsinin 13.12.2021-ci il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzilində 9 (doqquz) nəfər qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq İddiaçı və onun övladı Fərhadov Murad Cavabdeh6 oğlu yaşayır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Fərhadov Cavabdeh6 ilə İddiaçı arasında olan nikah 11.02.2010-cu ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 74 nömrəsi ilə qeyd edilmişdir. - 27.08.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Fərhadov Cavabdeh6 Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzilini İddiaçı hədiyyə etmişdir. - Həmin müqavilədən görünür ki, 24.04.2014-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A evin 1 saylı mənzili üzərində Fərhadov Cavabdeh6 daşınmaz əmlak üzərində hüquqü daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzili 02.09.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh Fərhadov Cavabdeh6 onun keçmiş həyat yoldaşıdır. Tərəflər arasında bağlanmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 21.11.2018-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Mübahisəli mənzilə dair 24.04.2014-cü il tarixdə cavabdehin adına daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh mübahisəli mənzildə yaşamasa da, orada pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarından görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin mənzilin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən, həmin yaşayış sahəsindən istifadə hüququ itirilmişdir. Odur ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh Fərhadov Cavabdeh6 Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Fərhadov Cavabdeh6 Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən 10/27A saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1300/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1300/2022
31.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver