Məhkəmə qərarları › İş №2(060)-1305/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1305/2021

22.02.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1305/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin ölmüş elan edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, həyat yoldaşı xx.xx.1951-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, onun həyat yoldaşı X8 1993-cü ildə işləmək məqsədi ilə Rusiya federasiyasının X2 Nijnevartovsk şəhərinə getmiş, təxminən 3 ay sonra ona zəng edərək Nijnevartovsk şəhərində işlərin yaxşı getmədiyini və məhz bu səbəbdən işlə bağlı Rusiya federasiyasının Çelyabinsk şəhərinə gedəcəyini bildirmişdir. Daha sonra həyat yoldaşı onunla əlaqə saxlamamış, özü və olduğu yer haqqında heç bir məlumat verməmişdir. Bununla əlaqədar o, Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş və xx xxxxxx 2020-cı il tarixli, 123/27409 3220 nömrəli Sumqayıt Şəhər Polis İdarəsinin arayışında bildirilmişdir ki, həyat yoldaşının “Axtarış işinin təşkilinə dair” təlimatına uyğun olaraq axtarış işinə xitam verilmişdir və həmçinin xx xxxx 2014-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən 2(060)- 4692/2014 həyat yoldaşı xx xxxxxx 1951-ci il təvəllüdlü X3 xəbərsiz itkin düşmüş elan edilməsi barəsində qətnamə qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun anası, xx.xx.1951-ci il təvəllüdlü X8 onun atasıdır. Atası 1993-cü ildə işləmək məqsədi ilə Rusiya federasiyasının X2 Nijnevartovsk şəhərinə getmiş, təxminən 3 ay sonra anasına zəng edərək Nijnevartovsk şəhərində işlərin yaxşı getmədiyini və məhz bu səbəbdən işlə bağlı Rusiya federasiyasının Çelyabinsk şəhərinə gedəcəyini anasına bildirmişdir. Həmin vaxtdan da, atasından heç bir xəbər ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X6 digər şahid X5 ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə ərizəçini və şahidlərin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X1 arasında xx.xx.1974-cü il tarixdə 38 nömrəli nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Nadirova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-2573/15 nömrəli məktubdan görünür ki, ərizəçinin 10.11 2020-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsinə X3 ölümünün qeydiyyata alınmamasına dair daxil olmuş ərizəsinə cavab olaraq iddiaçı şəxsiyyəti təsdiq edən sənəd, nikah haqqında şəhadətnamə və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4692/2014 saylı, 21,07.2014-cü il tarixli qətnaməsindən çıxarışı ilə birlikdə (yəni qanununi qüvvəsini almasına dair) Sumqayıt şəhər qeydiyyat şöbəsinə dəvət olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4692/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1951-ci il təvəllüdlü X8 xəbərsiz itkin düşmüş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 123-27409N-3220 nömrəli məktubdan görünür ki, ərizəçinin Sumqayıt şəhər Polis İdarəsinə ünvanladığı müraciətinə baxılmış və araşdırma zamanı müəyyən olunmuşdur ki, ərizəçinin əri xx.xx.1951-ci il təvəllüdlü X3 barəsində qohumluq əlaqəsini itirmiş şəxs kimi xx.xx.2013-cü il tarixdə axtarış işi açılmış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Axtarış işinin təşkilinə dair” təlimatına uyğun olaraq axtarış işinə xitam edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. İş materiallarının araşdırması zamanı və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, X8 1993-cü ildə Rusiya Federasiyasına getmiş və bir daha yaşadığı ölkəyə qayıtmamış, eyni zamanda Azərbaycan Respublikasında yaşayan digər yaxın qohumlarının yanına gəlməmişdir. Sumqayıt şəhər Polis İdarəsində ərizəçinin əri xx.xx.1951-ci il təvəllüdlü X3 barəsində qohumluq əlaqəsini itirmiş şəxs kimi xx.xx.2013-cü il tarixdə axtarış işi açılmış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Axtarış işinin təşkilinə dair” təlimatına uyğun olaraq axtarış işinə xitam verilmişdir. Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X3 barəsində qohumluq əlaqəsini itirmiş şəxs kimi xx.xx.2013-cü il tarixdə axtarış işi açılmasına və bundan 8 il keçməsinə baxmayaraq onun harada olması barədə ailəsinin, yaxın qohumlarının məlumatı yoxdur. Belə olan halda qanunvericiliyin normalarından çıxış edərək məhkəmə hesab edir ki, X3 ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında Məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əssən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X8 ölmüş elan edilsin və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar