Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1306/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə «doğum haqqında akt qeydinin bərpa edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə «doğum haqqında akt qeydinin bərpa edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anandan olmuş Ərizəçi soyadının Abdullayev, adının Bəhman, atasının adının Kərəm kimi qeyd olunması, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Kərəm, soyadının Abdullayev, atasının adının Əhməd, ana qrafasında anasının adının Məhtaban, soyadının Nəbiyeva, atasının adının isə Paşa kimi qeyd edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olmuşdur. Bunu Asan- Sumqayıt tərəfindən 30.11.2015-ci ildə verilmiş AZE ******** №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Onun doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Məlum səbəbdən də doğum haqqında şəhadətnamənin dublikatını əldə edə bilmir. Bu səbəbdən də Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etdikdə ona 16.10.2021-ci il tarixli, 05/Q-3858/15 saylı imtina məktubu ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.10.2021-ci il tarixli, 05/Q- 3858/15 saylı məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxx 1962-ci ildə Armənistan Amasiya rayonunda anadan olmuşdur. AZ-İ seriyalı 704879 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Abdullayev Kərəm Əhməd oğlu 17 avqust 2014-cü ildə ölmüşdür. AZ-İİ seriyalı 204135 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 25 avqust 2021-ci ildə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 29.01.2022-ci il tarixli, 2(060)-1306/2022 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının məlumatlarından görünür ki, Ərizəçi xx xxx 1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olmuş, atası Abdullayev Kərəm Əhməd oğlu, anası X1r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxx 1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxx 1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi bərpa edilərkən ata qrafasında Abdullayev Kərəm Əhməd oğlu, ana qrafasında X2 göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərkən ata qrafasında Abdullayev Kərəm Əhməd oğlu, ana qrafasında X2 göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1306/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1306/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver