Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1313/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X7 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X10 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh-iddiaçı Cavabdeh qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair» iddia ərizəsi üzrə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı “yaşayış sahəsinə köçürülmə və mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana otaq 3a-da yaşayış hüququnun itirilməsi və ona verilmiş orderin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalar Birliyinin iddiası tamamilə rədd edilməsinə, onun mülkiyyət hüququna müdaxilələr qanunsuz hesab edilməsini və onun ünvan 1 ünvanındakı yaşayış sahəsinə köçürülməsi, qarşılıqlı ddia üzrə siyahıya alınmış əşyaların geri qaytarılması, bu mümkün olmadığı halda 3.710 Azərbaycan manatı miqdarında əvəzinin ona ödənilməsinə və cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin nəticəsində ona dəymiş mənəvi zərərə görə 49.999.99 Azərbaycan manatı ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X10 iddianı müdafiə edərək qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxana xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Sumqayıt şəhər İcra Hakimmiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 153 saylı sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a 691 №-li orderə əsasən 27.11.2006-ci il protokol 20.11.2001 -ci il tarixində X5 adına olub, lakin, o, 05.01.2009-cu il tarixində vəfat etmişdir. Bu səbəbdən SAM zavodu tərəfindən otaq 876 №-li orderə əsasən 31.03.2009-cu il tarixdə oğlu Cavabdeh adına verilmişdir. Lakin, cavabdeh order verilən zavodun işçisi olmamış və ona ümumiyyətlə yataqxanada yaşayış yeri verilməli deyildir. Cavabdeh uzun illər (təxminən 10 ilə yaxın) müddət ərzində həmin yaşayış sahəsində yaşamamışdır. 19 dekabr 2017-ci il tarixdə orada yaşayış olmadığı və xüsusi təyinatlı yataqxana olduğuna görə müvəqqəti yaşayış üçün 6 saylı Mənzil Kommunal Sahəsinin işçiləri tərəfindən akt tərtib olunaraq 2-ci mikrorayon, ev 28, yataqxana 13, otaq 3a-nın əşyaları siyahılanmış, həmin əşyaların qorunub saxlanması X11 və X18 təhvil verilmişdir. Hal-hazırda Teymur Qarayev həbsdə olduğu, həyat yoldaşı Elnarə Qarayevanın isə valideyinləri ilə birlikdə yaşadığı məlum olmuşdur. 2017-ci ildən 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-da yaşayış yoxdur. Hazırda cavabdeh ona məxsus olan əşyaların sonuncu tərəfindən götürülməsinə etiraz etmirlər. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd edilməsini və Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana otaq 3a-da yaşayış hüququnun itirilməsi və ona verilmiş orderin ləğv edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək etirazını və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 1989-cu il sentyabr ayının 7-si Sumqayıt şəhərində anadan olub və anası X12 ilə birlikdə Sumqayıt şəhər, Nərimanov küçəsi 28, Yataqxana 13-də yaşayıb. Yaşayış sahəsi X6 X34 (SAM) Zavodunda işlədiyinə görə verilib. Z.Nəbiyeva peşə fəaliyyəti nəticəsində əlillik dərəcəsi alaraq sonradan pensiyaya çıxıb. O, anası Z. Nəbiyevanın 1989-cu ildən öncə əldə etdiyi yaşadığı qeyd olunan ünvanda yerləşən yataqxananın 4-cü mərtəbəsindən 2001-ci il tarixində həmin yataqxananın 1-ci mərtəbəsinə köçürülüb və orada yaşamağa başlayıblar. Onun anası Nəbiyeva Zenfira xərçəng xəstəliyinə görə vəfat etdikdən sonra, sözügedən mənzil onun yeganə övladına verilib. Belə ki, o, zavodda işləməsə də, Sumqayıt şəhər, Nərimanov küçəsi 28, Yataqxana 13, otaq 3-a ünvanındakı yaşayış sahəsi 876 №-li orderə əsasən 31.03.2009-cu il tarixdə SAM zavodu tərəfindən ona verilib və o, orada tək yaşamağa davam edib. O, geydir və 2012-ci ildən Azərbaycanda LGBT-hüquqları istiqamətində ictimai fəaliyyət ilə məşğul olmağa başlayıb. 2014-cü ilin Sentyabr ayında şəxsi həyatı və siması kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə aşkar (out) edildikdən sonra o, kütləvi şəkildə nifrət, hədə-qorxu, ölüm mesajları alıb. Baş verənlərin yaratdığı şok və psixoloji sarsıntı nəticəsində O, 2014-cü ilin oktyabr ayında 1 həftəlik İstanbula, dostlarının dəvəti ilə onların yanında qalmağa gedir. Geri qayıtdıqdan sonra isə o, ilk olaraq Mingəçevirə (1 həftəlik), oradan da Gürcüstana gedir. O, X3 Psixososial və X4 2 həftə müalicə alır. Həmin müddətdə onun Sumqayıt şəhərində yerləşən mənzilinə gedən işıq xəttləri kəsilir, hətta bir qrup qonşusu onun paltar və şəxsi əşyalarını götürməyə gedən dostunu məhlədə tərəfindən təzyiqə məruz qoyur. O, növbəti dəfə ona məxsus şəxsi sahədə yaşamağa cəhd edir, lakin vəziyyətin hələ də dəyişməməsi və təcridolunma, qorxu, köməksizlik duyğusu, psixoloji-mənəvi sarsıntıların davam etməsi onun orada rahat və ləyaqətli şəkildə yaşamasını mümkün etmir və o, müalicəsini davam etdirmək məqsədi ilə 24.01.2015-ci il tarixində Almaniyaya gedir. Bu müddət ərzində həm otağın, həm də içərisindəki əşyaların baxımsız qalmaması və yararsız vəziyyətə düşməməsi üçün o, gedərkən otağın açarını həmin yataqxanada yaşayan qonşusu və ailə dostu olan Ələkbərova Gülsüm Fərhad qızına verir. Həmin yaşayış sahəsində kitablar, çarpayı, divan, servant, soyuducu, kodisioner, masaüstü kompyuter, qaz plitəsi, soba, yer və divar xalçası, yorğan-döşək, qab-qacaq və digər irilixırdalı istifadəyə tam yararlı əşyalar, yay və qış geyimləri, o, və mərhum anasına məxsus sənədlər, onun üçün mənəvi dəyəri yüksək olan digər əşyalar, ailə albomları, anasından xatirə olaraq saxladığı paltarlar, saçından bir hissə olub. O, kommunal və qanunla tələb olunan ev xərclərini zamanında ödəyib. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi, amma ona verməkdən imtina etdikləri sənəddə də göstərildiyi kimi 2016-ci il avqust ayı daxil olmaqla ev pulu ödənilib. Məhkəməyə təqdim edilən həm şahid səs yazısında qeyd olunduğu kimi, həm də onun köçürülmə baş verən zaman Facebook profilində paylaşdığı statusun tarixindən göründüyü kimi, son ödəmədən üç ay sonra, yəni 2016-cı ilin dekabr ayında yaşayış sahəsinə hüququn itirilməsi, və ya yaşayış sahəsinə daxil olmanın əsaslarını əks etdirən məhkəmə qərarı kimi zəruri sənədlər təqdim etmədən, cavabdeh tərəf Sumqayıt şəhər 2-ci mkr üzrə sahə polisinin müşaiyyəti ilə ona məxsus yaşayış sahəsinə qapını qıraraq daxil olur, şəkil və video çəkilişlər aparır, qıfılı dəyişib, qapıya “bura girmək qadağandır” yazısı vuraraq gedir. Onun mənzilini zəbt etdikdən sonra, cavabdeh tərəf oraya iki dəfə qanunsuz olaraq başqa şəxsləri köçürüb. Cavabdeh tərəf ilk olaraq X11 və X2 müqaviləsi bağlamadan ona məxsus yaşayış sahəsinə köçürüb. Məhkəməyə təqdim edilən şahid ifadəsində (səs yazısı) qeyd olunduğu kimi, köçürülmə yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt olunmasından bir neçə gün sonra, yəni 2016ci ilin dekabr ayında baş verir. Həm iddia ərizəsində, həm də cavabdeh tərəfin nümayəndəsinin 14 aprel 2022-ci il tarixli məhkəmə iclasında etdiyi çıxışda həmin köçürülmənin 2017-ci il dekabrında baş verdiyi iddia olunsa da və bu iddiaları təsdiq edən sənədlərin Məhkəməyə təqdim edilməsi istənilsə də, edə bilməyib. Cavabdeh tərəfin təqdim etdiyi yeganə sənəd 2017-ci ilin 17 dekabr tarixinə tərtib edilmiş aktdır ki, həmin akt sadəcə ona məxsus əşyaların qorunub saxlanılması üçün X11 və X18 verilməsindən bəhs edir. Qarayevlər ailəsindən sonra onlara məxsus yaşayış sahəsinə növbəti köçürülmə baş verib. Belə ki, o, 27.09.2021-ci il tarixdə mənzilinə yaxınlaşanda qapının üstündə “YATAQXANA SATİLİR 3000 MANAT **********” elanının asıldığını görüb. Cavabdeh tərəf öz iddia ərizəsində baş verən ikinci köçürülmə ilə bağlı məlumatı məhkəmədən gizlətməklə yanaşı, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclaslarında ona ünvanlanan suallara “mən özüm orada olmamışam, iştirakçısı olmamışam və ona görə də məlumatım yoxdur, işçilər dəyişib” kimi cavablar verməklə kifayətlənib. Avstriyada magistr təhsilini bitirdikdən sonra o, 16.09.2021-ci il tarixdə Azərbaycana geri qayıdır. Həm başqa gedəcək yeri olmadığı üçün, həm də şəxsi əşyalarından geri qalanlara qovuşmaq, həmin otaqda xoşagəlməz hadisələrin yaşanmasına baxmayaraq oranı bərpa edərək yenidən yaşanımlı hala gətirmək ümidi ilə 27.09.2021-ci il tarixdə Sumqayıta gedir. Lakin bu mümkün olmur, o, yaşayış sahəsinə daxil ola bilmir. Bu müddət ərzində, o, pozulan hüquqlarının bərpa olunması üçün bir neçə cəhd edir. O, ilk olaraq 27.09.2021-ci il tarixdə 6 saylı MKTİB-ın sahə ustası Rəhimov Qəhramana yaxınlaşıb. Rəhimov Qəhraman başlanğıcda onun ünvanına “dedilər ki, Cavid geydir”, “sən müxalifətçilik edirdin”, “sən qaçıb getmisən” kimi ifadələr işlədələrək dəxlisiz əlaqələr qurmaqla yaşayış sahəsinə olan hüququnu itirdiyini bildirir.O, yaşayış sahəsinə hüququnun olduğunu əks etdirən orderin həqiqi versiyasını (telefonda şəklini) göstərdikdən sonra Rəhimov Qəhraman ona “qır qapını, gir otur qanunla sənin olan mənzilə, kim sənə nə deyə bilərki” məsləhətini verir. Sonda “olar mənə nə deyibsə, mən də onu etmişəm” deyərək ona Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu şöbəsinin müdiri X13 yaxınlaşmağı məsləhət görür. 27.09.2021-ci il tarixdə, hüquqşunasın məsləhəti ilə o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edərək mülkiyyət hüququna müdaxiləyə son qoyulmasını tələb edir. Cavab olaraq 15.11.2021-ci il tarixdə rəis Kamran Hümbətov tərəfindən təqdim olunan 09.11.2021-ci il tarixli qərarda məsələnin mülki xarakter daşıdığı, bu səbəbdəndə onun Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilib. Onun sahib olduğu orderlə açarı dəyişmək üçün polis müşaiyyəti tələbinə şifahi olaraq cavab verən Kamran Hümbətov bildirib ki, bu kimi hallarda Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu Şöbəsindən buna icazə verən yazılı bildiriş təqdim edildiyi təqdirdə polis belə bir müşaiyyəti təmin edə bilər. 15.11.2021ci il tarixdə, polisin bəhs etdiyi bildirişi almaq üçün o, birinci tək olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu Şöbəsinin müdiri Sədaqət Əsədovaya yaxınlaşır. Şöbə müdiri bunun onun həmin yaşayış sahəsinə hüquqlarının itirməsi səbəbindən mümkün olmayacağını, ona verilən orderin heç bir hüquqi qüvvəsinin olmadığını bildirir. O, heç olmasa şəxsi əşyalarının, əsasən də anasından qalan xatirə əşyaların ona geri qaytarılmasına şərait yaradılmasını xahiş etsədə, bunun da mümkün olmadığını və narazıçılığını məhkəmədə mübahisələndirilməli olduğu bildirib. Etiraz etdikdə, ilk olaraq nahara çıxmaq bəhanəsi gətirərək, sonra da getməyəcəyi təqdirdə onu post-patrula zəng edib ona güc tətbiq etdiyini deyəcəyi ilə hədələyib. Ardınca, polis gələnə qədər çöldə gözləmək niyyəti ilə o, otağı tərk etdiyi zaman Sədaqət Əsədova arxadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, dövlət məmurunun vəzifə başında, üstəlik işçilərinin yanında onun seksual kimliyini hədəfə alan nifrət nitqini yerindəcə 102 qaynar xəttinə zəng edərək şikayət edib. Onun baş verənləri Facebook profilində paylaşmasından sonra məsələ ictimailəşib. O, şöbə müdiri Sədaqət Əsədova ilə bu dəfə hadisəni yerində işıqlandırmaq üçün Sumqayıta gələn Abzas Media adlı media qurumunun jurnalisti ilə birlikdə görüşməyə nail olsada heç bir dəyişiklik olmur. 15.11.2021-ci il tarixdə o, jurnalistlə birlikdə xəbər materialı çəkilişi üçün yataqxanaya getdikdə eyni satılır elanının bir daha qapıdan asıldığını görür. O, jurnalist şahidliyində nömrə sahibi ilə alıcı qismində etdiyi zəng zamanı müəyyən edir ki, həmin şəxs (kişi) ailəlidir, ona məxsus yaşayış sahəsini 2020-ci ilin yay aylarında alıb (kimdən alması barədə məlumat verməyib) və təcili pula ehtiyacı yarandığı üçün satdığını deyir və əlavə edir ki, ev sənədsizdir, lakin evin özəlləşdirilməsi üçün mənzil istismar idarəsi və icradan kömək edəcək insanların da var. Onun əsas kimliyini anladıqdan sonra, həmin şəxs telefonu söndürür. Məhkəməyə təqdim edilən şəkillərdən göründüyü kimi, həmin şəxs sonrada ona WhatsApp üzərindən “Mehle usaği, Gel sen daşı tök eteyinnen; Mennen halallaşmadan o menzilin xeyrin gore bilmersen. qerdeş menimde gözüm var orda çünki pulum çıxıb” kimi mesajlar yazıb. Cavabdeh tərəf bu köçürülmə ilə bağlı verilən suallara cavab verə bilməyib, Məhkəməyə bu məsələ ilə bağlı inkar edici heç bir sənəd təqdim etməyib. 14.01.2022-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalar Birliyi (bundan sonra MKTİB adlandırılacaq) ona qarşı Sumqayıt şəhər, Nərimanov küçəsi 28, Yataqxana 13, otaq 3-a ünvanındakı yaşayış sahəsinə olan hüququnun itirilməsi və ona verilmiş orderin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir və hazırki qarşılıqlı iddia həmin iş üzrə icraat çərçivəsində təqdim olunur. O, məhkəmənin 11.04.2022-ci il tarixli iclasında cavabdeh tərəfdən qeyd olunan sənədləri məhkəməyə təqdim etməsini istəsə də, cavabdeh tərəf həmin sənədləri təqdim edə bilməyib. O, hələ də yaşayış sahəsinə buraxılmır, onun əşyaları hələ də geri qaytarılmayıb. O, 2014-ci ilin sentyabr ayından həyatında baş verən hadisələr onun psixloji sağlamlığına ciddi təsir edib. Ona məxsus yaşayış sahəsində rahat və ləyaqətli şəkildə yaşamaq getdikcə çətinləşsədə, o, bir neçə cəhdlər edərək vəziyyətin düzəlməsi ümidi ilə dözməyə davam edib. Bu müddətdə o, 2014-cü ilin oktyabr və noyabr aylarında ölkədən kənara getsə də, geri qayıdıb. Bu o deməkdir ki, hadisələr baş verdiyi ərəfələrdə o, ölkəni uzun müddətli tərk etmək niyyətində olsa idi, bunu etmək üçün imkanları var idi, amma etməyib və evinə qayıdıb. Lakin, Tbilisidə müalicə proqramında iştirak edib qayıtdıqdan sonra vəziyyəti daha da pisləşir, posttravmatik stres pozuntusundan əziyyət çəkməyə başlayır. Nəticədə ondan asılı olmayan səbəblərdən yaranmış vəziyyətin onun sağlamlığında gələcəkdə bərpası mümkün olmayan problemlər yaratmaması üçün kənarlaşmağa və reablitasiyaya olunmağa ehtiyac duyur. Onun Almaniyaya getdikdən sonra orada intihara cəhdi onun reablitasiya olunmağa nə dərəcədə ehtiyaclı olduğunu göstərir. AR Konstitusiyasının 41-ci maddəsinə görə hər kəsin öz sağlamlığını qorumaq hüququ var. Bu səbəbdən o, başqa birisinin hüquq və azadlıqlarını məhdudlaşdırmadığı təqdirdə bu hüququn reallaşdırılması istiqamətində məqsədəuyğun bildiyi addımı atmaqda azaddır və sağlamlığını qorumaq üçün ölkədən kənar müəyyən bir müddət qalıb reablitasiya keçdiyinə görə o, cəzalandırıla, onun digər konstitusyon hüquqları, yəni mənzil, mülkiyyət və şəxsi həyatın toxunulmazlığı hüquqları pozula bilməz. O cümlədən, AR Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır və dövlət bu hüququn reallaşmasına zəmanət verir. O, reablitasiya olduğu müddətdə həm də təhsilini davam etdirmə imkanları əldə edib. Ölkədən kənar müəyyən bir müddət qalıb özünü inkişaf imkanlardan yararlandığı, təhsil aldığı üçün o, cəzalandırıla, onun mənzil, mülkiyyət və şəxsi həyat toxunulmazlıq hüquqları pozula bilməz. Cavabdeh tərəf etdiyi hərəkətlər həm də dövlətin vətəndaşına verdiyi zəmanətə xəyanət etmək deməkdir. Onun anası Nəbiyeva Zenfira həmin yataqxanada 80-ci illərdə köçüb. Orada yaşayış sahəsi X30 Maddələr Zavodu, 12-ci sexdə işlədiyi üçün verilib. Uzun illər zəhərli maddələrin içərisində işləməsi səbəbindən Nəbiyeva əlillik dərəcəsi alır. Başqa sözlə, Nəbiyeva öz sağlamlığını dövlətə qurban verir, sağlamlığına təhlükə olan bir işdə işləməklə dövlətin iqtisadi inkişafına töfhə verir. Sonradan həmin zavod bağlanır və orada işləyən hər biri kimi Zenfirada həmin yaşayış sahəsində yaşamağa davam edir. İllərlə xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra Nəbiyeva 2008-ci ildə vəfat edir. Təbii ki, onun peşə fəaliyyəti də bu xəstəliyin yaranması və inkişaf etməsində böyük rol oynayır. Nəbiyeva vəfat etdikdən sonra həmin yaşayış sahəsi onun yeganə övladı olan onun adına keçir. Başqa sözlə, dövlət 2009-cu ildə 19 yaşlı ona hansısa dövlət müəssəsində işlədiyi üçün deyil, vərəsəlik münasibətləri əsasında onun həmin yaşayış sahəsində yaşamağa davam etməsi qərarını verir. Cavabdeh tərəfin illər sonra ona qarşı “Zavodda işləmir” iddiasını etməsi dövlətin verdiyi zəmanəti yox saymaqdır. Eyni zamanda Mənzil Məcəlləsinin 102.2.3 maddəsi vətəndaşların xüsusi təyyinatlı yaşayış sahəsindən çıxarılması ilə bağlı qeyd edir ki, xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri, başqa bir yaşayış sahəsi verilmədən oradan çıxarıla bilməz və o, həmin kateqoriyaya daxildir. AR Konstitusiyasının 43-cü maddəsində də göstərildiyi kimi dövlət insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Amma, cavabdeh tərəfin etdikləri, o cümlədən, ona alternativ yaşayış məkanı vermədən çıxarılması onun mənzil hüququnu gerçəkləşdirmək imkanlarını tamamilə məhdudlaşdırır. Mülkiyyət hüququna dair o, xüsusi ilə vurğulayır ki, onun mülkiyyət hüququnun mövcudluğunun hüquqi əsasları ilə bağlı məsələyə 27 sentyabr 2007-ci ildə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı Qərarında (Şikayət № 19853/03) Azərbaycan məhkəmələri üçün icrası məcburi olan hüquqi münasibət bildirilib. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd edir: Bu işdə Məhkəmə qeyd edir ki, 02 iyun 1993-cü il tarixdə o, sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr onu mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla onun arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə o, mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, onun mənzilə olan iddiası 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). O, sağlamlıq və ardınca təhsil hüququnu həyata keçirərkən onun mülkiyyət, mənzil və şəxsi həyatının toxunulmazlığına əsas zəmanətçi cavabdeh tərəfin timsalında dövlət, onu təmsil edən qurumlar. Bu zəmanətə təkcə positiv öhdəliklərlə deyil, həm də neqativ öhdəliklər daxildir, yəni vətəndaşın bu və ya digər hüquqlarını reallaşdırmasına qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, müdaxilə edilməməlidir, onun Konstitusyon hüquqlarını məhdudlaşdırılmamalıdır. Bunu həm də Azərbaycanın tərəfdaş olduğu regional və beynəlxalq insan hüquqları mexanizmləri tələb edir. O cümlədən, məhkəmənin qərarı və ya qanunla müyyən edilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır. İstər 2009-cu ildən, yəni, anasının vəfatından sonra, istərsə də sağlamlığının qorunması və təhsil hüququnun reallaşdırılması üçün 2015-ci ilin yanvarından ölkədən kənarda olduğu müddətdə cavabdeh tərəf nə 2009-cu ildə verilmiş orderin legitimliyi, nə də yaşayış sahəsi ilə bağlı hansısa digər mübahisəli məqamın olması barədə ona müraciət etməyib. Əksinə, cavabdeh tərəf 2016-ci il avqust ayına kimi ondan yaşayış sahəsinə görə rəsmi olaraq ev pulu alıb. Bu o deməkdir ki, cavabdeh tərəf həmin tarixə qədər onun yaşayış sahəsinə olan hüququnu tanıyıb, əksi təqdirdə rəsmi rüsumu qəbul etməməli idi. Texniki və kommunikasiya səbəblərindən dolayı onun ev pulunu ödəməsində 3 ay ləngimə olur və bu gecikdirməyə görə o, cəzalandırıla bilməz, onun yaşayış sahəsinə olan hüququ məhdudlaşdırıla, mənzil, mülkiyyət və şəxsi həyatın toxunulmazlığı hüquqları pozula bilməz. Yaranmış vəziyyəti fürsət bilib, 3 ay sonra, yəni Mənzil Məcəlləsində nəzərdə tutulmuş 6 ay limiti belə gözlənilmədən, onun yaşayış sahəsinə hüququ əks etdirən order qüvvədə olduğu halda, onun yaşayış sahəsinə hüququn itirilməsi; yaşayış sahəsinə daxil olmanın əsaslarını əks etdirən məhkəmə qərarı olmadan; öncədən hər hansısa formal xəbərdarlıq etmədən, bir sözlə, heç bir hüquqi prosedurları izləmədən hansısa mülahizələr əsasında cavabdeh tərəf 2016-cı ilin dekabrında ona məxsus yaşayış sahəsinə girir. Bu təkcə onun konstitusiya ilə qorunan hüquqlarının pozulması deyil, həm də dövlətin AİHK qarşısında götürdüyü Maddə 8 və Protokol 1-dən irəli gələn öhdəliklərinə qarşıdır. Bu öhdəliyə əsasən, dövlət və onun orqanları ancaq və ancaq milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda şəxsi və ailə həyatına hörmət hüququnun həyata keçirilməsinə müdaxilə edə bilər. Özündən asılı olmayan səbəblər nəticəsində içində olduğu vəziyyətə görə onun öz sağlamlığını qorumaq və ardınca təhsil alması səbəbindən müəyyən bir müddət ölkədən kənarda qaldığı üçün onun mənzil, mülkiyyət və şəxsi həyatın toxunulmazlığı hüquqlarına daxilə etmək demokratik cəmiyyətdə atılması zəruri olan və proporsional bir addım deyil. Cavabdeh tərəf onun içində olduğu vəziyyəti fürsət bilib etdiyi bu hərəkətlə təkcə onun mənzil toxunulmazlığı hüququnun deyil, dövlətin də zəmanət durduğu bir-biri ilə kəsişən bir neçə hüquqlarının pozulmasına bir-başa və dolayısı yolla səbəb olub. AR Konstitusiyası, o cümlədən AİHK, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir, və qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə məruz qala bilməz. Şahid ifadələrinə görə, Cavabdeh tərəf onun şəxsi sahəsinə girdikdən sonra orada foto və video çəkilişlər edib. Səbəbi məlum olmayan bu çəkilişləri etməklə cavabdeh tərəf onun şəxsi həyatının toxunulmazlığı hüququnu pozub. Cavabdeh tərəf onun şəxsi sahəsini zəbt etdikdən sonra ona məxsus şəxsi əşyalarla birlikdə başqa bir ailəni ora köçürüb. Cavabdeh tərəf, yaşayış sahəsini zəbt etmək faktını məhkəmədən gizlətməklə yanaşı, həmin yaşayış sahəsinə etdikləri köçürülmə barədə də doğru məlumat verməyib. Cavabdeh tərəf köçürülmənin 2017-ci ilin dekabrında baş verdiyini iddia etsədə, əslində həmin köçürülmə, 2016-cı ilin dekabrında, Cavabdeh tərəfin onun şəxsi sahəsinə soxulmasından bir neçə gün sonra baş verib. Konstitusiyada da təsbit olunduğu kimi, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bunun əksinə olaraq, hətta müsadirə edilmiş əmlakın uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə belə riayət etmədən, Cavabdeh tərəf onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu pozaraq ona məxsus şəxsi əşyaları iradəsinə zidd olaraq yaşayış sahəsinə köçürdükləri ailənin istifadəsinə verir. Cavabdeh tərəf ona məxsus şəxsi əşyaları “qorunub-saxlanma” adıyla ona tamamilə yad insanların istifadəsinə verərək məsuliyyəti öz boynundan atmaqla yanaşı, əşyaların sonrakı taleyi ilə də maraqlanmayıb, mənzilə köçürdükləri ailə tərəfindən talan edilməsinə göz yumub. Cavabdeh tərəfin fəaliyyətsizliyi və laqeyid yanaşması Ərizəçiyə məxsus çoxlu sayda şəxsi əşyanın yoxa çıxmasına, ona maddi zərərlə yanaşı bərpası qeyri-mümkün mənəvi zərərin dəyməsinə səbəb olub. Cavabdeh tərəf o, geri qayıtdıqdan sonra onu orderlə hüquqi olan yaşayış sahəsinə buraxmayıb, Onun oradan çıxarıldığını və yaşamaq hüququnun olmadığını deyib. Orderi ləğv edilmədiyi halda onu mənzilə buraxmamaq, o cümlədən əşyalarını geri qaytarmamaqla cavabdeh tərəf onun hüquqlarını bir daha məhdudlaşdırıb. Həmin məhdudlaşdırma bugünə kimi davam edir və cavabdeh tərəf onu hələ də böyüyüb boya çatdığı ana evində rahat və ləyaqətli şəkildə yaşamasına, mənəvi rahatlıq tapıb gələcəyinə köklənməyinə mane olur. Cavabdeh tərəfin ona qarşı etdikləri onun psixoloji sağlamlığına təsir etməklə yanaşı, ona maddi zərər verməyə də davam edir. Evinə girə bilmədiyi və başqa gedəcək yeri olmadığı üçün o, hələ də kirayədə qalmağa məcbur olub. Cavabdeh tərəfin hərəkət və hərəkətsizliyi ona məxsus çoxlu sayda vacib sənədin yoxa çıxmasına səbəb olub. O, bu sənədlərin yenidən toplamasına məcbur olub, hansı ki, həm maddi, həm də şəxsi həyatın planlaşdırılması baxımından ona çətinliklər və əlavə xərclər yaradıb. Onlar arasında bugün məhkəmədə təqdim edilməsi önəmli olan sənədlər də var və bu dolayısıyla onun məhkəmə qarşısında effektiv özünümüdafiə qurmasına da çətinlik yaradıb. 28.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında qarşı tərəfin nümayəndəsi ona ünvanlanmış “sən orada yaşamırsan” iddiası ilə yanaşı, “sən orda işləmirsən” ifadəsi işlədərək ona verilmiş orderin həqiqiliyini sorğuladı. Ona verilən order unikal deyil, yəni təkcə ona yox, yataqxanada yaşayış sahəsinə hüququ olan hər bir kəsə verilib. Cavabdeh tərəf özlərinin yataqxanada yaşayan hər kəsə verdikləri standart bir order formasına görə o günahkar çıxarıla bilməz, buna görə onun mənzil, mülkiyyət və şəxsi həyata hörmət hüquqları pozula, onun yaşayış sahəsinə order ləğv oluna bilməz. Həmin yataqxanada günü bugün artıq zavodda işləməyən, başqa yerdə ev alan, başqa ölkəyə iş və ya başqa səbəblərdən gedib yataqxanadakı otağı kirayə verən, qapıları aylarla bağlı qalan yaşayış sahələri var və məhkəmə yerində araşdırma etmək istəyərsə, o, həmin yaşayış sahələrin müəyyənləşdirilməsində yardımçı olmağa da hazırdır. O, cavabdeh tərəfin eyni iddialar ilə başqa sakinlərin yaşayış sahəsini və şəxsi əşyalarını zəbt etməsini, eyni orderə sahib olan insaların yaşayış hüququnun itirilməsi və orderin ləğv edilməsi üçün bənzər məhkəmə addımlarını atdığının şahidi olmayıb. Belə olan halda cavabdeh tərəf etdiyi hərəkətlərlə onun mənzil, mülkiyyət və şəxsi həyatına hörmət hüquqlarını məhdudlaşdırmaqla yanaşı, həm də onun bərabərlik hüququnu da pozub. AİHM-ə görə birbaşa ayrı-seçkilik o zaman baş verir ki, şəxs hansısa özünə məxsus xarakterinə görə oxşar vəziyyətdə olan digər şəxslərlə müqayisədə qeyri-münasib rəftara məruz qalır. Cavabdeh tərəfin başqalarına deyil, məhz ona qarşı bu addımı atması ona qarşı edilmiş ayrı-seçkilik nümunəsidir. Həm cavabdeh tərəfin onunla görüşdükləri zaman, həm də Teymur Qarayevin ona qarşı istifadə etdikləri ifadələri (cinsi azlıq, müxalifətçi, ölkədən qaçan) dəyərləndirdikdə, ona qarşı bu cür rəftarın arxasında duran əsl niyyət və motivasiyanın “orda yaşamır, orda işləmir” olmadığı, bu edilənlərin ona məxsus şəxsi xarakteristikalara görə olduğu aydın olur. O cümlədən, cavabdeh tərəf məhkəmə iclaslarında onun ünvanına “bilinmir hansı yollarnan almısan həmin orderi” ifadələr işlədib, halbu ki, hansısa mülahizələr əsasında mənzil toxunulmazlığını məhdudlaşdırmaq olmaz. Eyni zamanda, heç bir dəlil təqdim etmədiyi halda cavabdeh tərəfin belə mülahizələr yürütməsi onun mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasına haqq qazandırmaq cəhdi ilə yanaşı, həm də ona edilmiş psixoloji basqıdır. AİHM dəfələrlə təsdiq edib ki, fərdin şəxsi həyatına toxunulmazlığına hörmət edilməsi hüququna dövlət orqanı tərəfindən edilən hər hansı müdaxilə qanunla nəzərdə tutulmuş olmalıdır. Bu ifadə təkcə daxili qanunvericiliyə riayət edilməsini tələb etmir, həm də qanunun keyfiyyətini nəzərdə tutur və sonuncunun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Onun anası illərlə əziyyət çəkərək, sağlamlığını qurban verərək işləyib, qurub, o evi yaşanımlı hala gətirib. Həm yaşayış sahəsi, o cümlədən, içindəki hər bir əşya ilə bağlı onun xatirələri, ancaq onun sahib ola və anlaya biləcəyi mənəvi, duyğusal əlaqələr var. Anası rəhmətə getdikdən sonra anasın paltarlarından bir hissəsini (köynək, şalvar, palto, papaq), saçından bir hissə və ona aid digər şəxsi əşyaları xatirə olaraq qoruyub saxlamışdı. Ona məxsus digər məişət əşyaları ilə birlikdə, mənəvi dəyəri yüksək olan əşyalar da onun iradəsinə zidd olaraq başqa insanlar tərəfindən istifadə edilib, satılıb, tullanılıb və o əşyaların çox böyük əksəriyyəti mövcud deyil, geri qaytarıla və ya bərpa oluna bilinməyəcək. Əgər əşyalardan hansılarsa hələ də mövcuddursa, o, onları geri götürməkdən belə məhrum edilib, beləki cavabdeh tərəf onları qaytarmaqdan imtina edib. Ona məxsus yoxa çıxan əşyalar arasında həm də onun ailə keçmişinə məxsus hüquqi sənədlər, ailə albomları da var idi. Cavabdeh tərəfin qeyri-hüquqi hərəkət və ya hərəkətsizliyi həm də onun keçmişinin silinməsinə səbəb olub. Bu gün onun keçmişlə bağlı əlində cəmi iki foto şəkil (telefonda) var. Onlardan biri onun 1 yaşında çəkildiyi şəkil, və digəri isə müalicə üçün getmədən öncə anasının qəbrini ziyarət edərkən qəbr daşından şəkil. onun keçmişini, uşaqlığı, məktəb illərini, anası ilə birlikdə keçirdiyi bayramları, doğum günlərini və s. xatırladacaq bağlı bir şəkil belə mövcud deyil. Bütün bunların fonunda, cavabdeh tərəfin istər ona məxsus yaşayış sahəsinə girdikdən sonra etdiyi qeyri-hüquqi hərəkət və hərəkətsizliyinin səbəb olduğu heç bir zaman bərpa olunmayacaq zərərin, istərsə də o, ölkəyə qayıtdıqdan sonra ona göstərilən münasibətin onda yaratdığı mənəvi sarsıntını ifadə etməyə heç bir hüquqi termin yardımçı ola bilməz. O, baş verənləri onun keçmişinə qarşı törədilmiş soyqırım kimi qiymətləndirir. Qayıtdıqdan sonra cavabdeh tərəflə etdiyi görüş cəhdlərindən sonra ona qarşı göstərilən qeyri-insanı rəftar, istifadə edilən danışıq dili və tərzi, yaradılan hüquqsuzluq mühiti ona hər dəfə sarsıntı, ümidsizlik, çarəsizlik hiss yaradıb. O, məhkəmə müdafiəsini özü qurduğu üçün prossesin yaratdığı stress onun şəxsi və iş həyatına da təsir etməyə başlayıb, belə ki, o, qidalanma (çəki itməsi) və yuxusuzluqdan əziyyət çəkməyə başlayıb, işdən çıxıb və yenidən psixoloji yardım almağa başlayıb. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalar Birliyinin iddiası tamamilə rədd edilməsinə, onun mülkiyyət hüququna müdaxilələr qanunsuz hesab edilməsini və onun ünvan 1 ünvanındakı yaşayış sahəsinə köçürülməsi, qarşılıqlı iddia üzrə siyahıya alınmış əşyaların geri qaytarılması, bu mümkün olmadığı halda 3.710 Azərbaycan manatı miqdarında əvəzinin ona ödənilməsinə və cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin nəticəsində ona dəymiş mənəvi zərərə görə 49.999.99 Azərbaycan manatı ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X10 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan X34 Zavodunun Mİİ-sinin 31.03.2009-cu il tarixli “Order”in surətindən görünür ki, X34 Zavodu tərəfindən işlədiyi müddətdə Nərimanov 28, yataqxana 13-də yerləşən 3a saylı otaq Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan X34 Zavodunun Mİİ-sinin 27.09.2001-ci il tarixli “Order”in surətindən görünür ki, X34 Zavodu tərəfindən işlədiyi müddətdə Nərimanov 28, yataqxana 13-də yerləşən 3a saylı otaq X8 yaşamaq üçün istifadəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil Kommunal Sahəsinin 25.11.2021-ci il tarixli “Ətraflı Arayış”ından görünür ki, 2-ci mikrorayon, yataqxana 13, ev 28, otaq 3a- 2011-ci ildə 7 (yeddi) manat, 2012-ci ilin iyun ayında 9 (doqquz) manat, 2013-cü ilin iyun ayında 9 (doqquz) manat, 2014-cü ilin iyun ayında 9 (doqquz) manat, 2016-cı ilin avqust ayında 7 (yeddi) manat ödənişlər olunub, bu ödənişləri qonşusu 2-ci mkr, ev 28 y/x-13, otaq 46-da yaşayan X9 otaq sahibi Cavabdeh istəyi ilə ödəmişdir. İş materiallarında olan Sumqayıt şəhər Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil Kommunal Sahəsinin 14.12.2021-ci il tarixli “Ətraflı Arayış”ından görünür ki, 2-ci mikrorayon, yataqxana 13, ev 28, otaq 3a bir otaqlıdır, sahəsi 16.0 kv.m-dir. Otaq 691 №-li orderə əsasən 27.11.2006-cı il tarixli protokol, 20.11.2001-ci il tarixdə X5 adına olub, 05.01.2009-cu il tarixdə vəfat edib. Otaq 876 №-li orderə əsasən 31.03.2009-cu il tarixdə oğlu Cavabdeh adına SAM zavodu tərəfindən verilmişdir. 19 dekabr 2017-ci il tarixdə bağlanmış akta əsasən 2-ci mikrorayon, ev 28, yataqxana 13, otaq 3a əşyaları siyahıya alınmış, həmin əşyaların qorunub saxlanması X11 və X18 təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 01.12.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, yataqxana 13, otaq 3a-da qeydiyyatda olan və uzun illər təxminən (10 ilə yaxın) müddət ərzində həmin yaşayış sahəsində yaşamayan Cavabdeh yaşayış sahəsinə hüququnun itirilməsi və ona verilmiş orderin ləğvi barədə məhkəmə orqanlarında iddia qaldırmağınız xahiş olunur. iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil Kommunal Sahəsinin 19.12.2017-ci il tarixli “Aktın” surətindən görünür ki, imza edənlər Sumqayıt şəhər İcra Hakimiyyəti mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri X21, 6 saylı Mənzil Kommunal İdarəsinin rəisi X14, 6 saylı Mənzil Kommunal İdarəsinin sahə ustası X20 bu aktı H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, yataqxana 1, ev 5, mənzil 2-də qeydiyyatda olan X11 və onun arvadı, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olan X15 iştirakı ilə tərtib edirlər ondan ötəri ki, 2-ci mikrorayon, yataqxana 13, (ev 28) mənzil 3A ünvanda əşyaların siyahıya alınması zamanı mənzildə adları qeyd olunan istifadə üçün yararsız əşyalar mövcud olmuşdur: Divar mebeli (köhnə mebeli), 2 çarpayı (köhnə vəziyyətdə), 1 qaz plitəsi (işlək deyil), 1 soyuducu (Abşeron-köhnə işləmir), duxovka (işlək deyil), maqnitafon (köhnə model-işlək deyil), qab-qacaq, 1 tryumo (köhnə) və əhəmiyyət kəsb etməyən xırda əşyalar. Göstərilən əşyalar qorunub saxlanması üçün X16 və X18 təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat istismar Birliyi üzrə 21.09.2010-cu il tarixli, 12 №-li əmri ilə 2-ci mikrorayon, Nərimanov küçəsi, yataqxana № 13 Birliyin balansına verilmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X17 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X17 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27.09.2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci və 91.1.2-ci maddələrinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakmiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Məhkəmədə müəyyən edildi ki, cavabdeh-iddiaçının 2017-ci ilin dekabr ayından sözügedən yataqxanada yaşamamış və hazırda digər şəxslərin sözügedən yataqxananın otağında yaşayır. Belə olan halda məhkəmə yuxarıda qeyd olunan normaları əsas tutaraq hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilməlidir. Bundan əlavə, məhkəmə ilkin iddia tələbinin orderin ləğv olunması hissəsində təmin etmir. Belə ki, iddiaçının mübahisələndirdiyi order “İnzibati icraat haqqında” qanun 2.0.2-ci maddəsinə əsasən inzibati akt olduğundan həmin inzibati aktın ləğv edilməsi İnzibati- Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati-Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmədə qarşılıqlı iddia tələbi üzrə iddiaçılar tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları, sübut edə bilmədi və o barədə sübutları təqdim etmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilməli, qarşılıqlı iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı “Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalar Birliyinin iddiası tamamilə rədd edilməsinə, onun mülkiyyət hüququna müdaxilələr qanunsuz hesab edilməsini və onun ünvan 1 ünvanındakı yaşayış sahəsinə köçürülməsi, qarşılıqlı ddia üzrə siyahıya alınmış əşyaların geri qaytarılması, bu mümkün olmadığı halda 3.710 Azərbaycan manatı miqdarında əvəzinin ona ödənilməsinə və cavabdeh tərəfindən qeyd edilən hərəkətlərin nəticəsində ona dəymiş mənəvi zərərə görə 49.999.99 Azərbaycan manatı ödənilməsinin təmin edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 28, 13 saylı yataqxana, otaq 3a-ya olan yaşayış hüququ itirilmiş hesab edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1313/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1313/2022
25.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver