Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1320/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, X4 qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı evdən 9/20 hissədə olan payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X4 qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı evin 9/20 hissəsi iddiaçının, 11/20 hissəsi cavabdehin paylı mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı №1451108 saylı çıxarış verilmişdir. Cavabdeh iddiaçının doğma dayısıdır, həmçinin qayınatasıdır. Cavadehlə aralarında olan razılığa əsasən evi aralarında faktiki olaraq bölmüşlər. Razılığa əsasən evin (tinə) qədər olan həyətyanı torpaq hissəsi iddiaçıya , ikinci mərtəbə (qarajın üstündə olan böyük otaq), balaca otaq və həyətin qabağı cavabdehin istifadəsində saxlanılıb. Bu bölgüyə cavabdehin ailə üzvləri də razıdır. Həmçinin cavabdeh iddiaçıya aid payda əlavə tikiləcək otaqlara etirazı olmadığını razılaşmada qeyd etmişdir. Lakin buna baxmayaraq yenə də aralarında mübahisələr olur, cavabdeh razılıq əsasında iddiaçıya aid olan paya tez- tez müdaxilələr edir. Tikinti, abadlıq işləri aparmağına maneçilik törədir, razılaşmanın şərtlərini pozur. Faktiki olaraq payları ayrılmış, hərənin öz həyətinə ayrıca giriş-çıxışı var. Hətta aralarında razılaşma olduğu üçün cavabdeh həyətindən torpaq sahəsi satmış və iddiaçı da buna razılıq vermişdir. İddiaçı kirayədə yaşayır, evini təmir etdirib öz evinə köçə bilmir. Ona görə də paylarının naturada bölünməsi barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “mən Cavabdeh X4 qəsəbəsi, ev 92 ünvanında ayerləşən evdən mənə və bacm oğlu İddiaçı adi olan evi öz aramızada razılaşıb bölürük. Evin ikinci mərtəbəsi altında olan birinci mərtəbəsi, birinci mərtəbədə olan qaraj və qarajın qabağına (tinə) qədər olan həyətyanı torpaq Ruslana, ikinci mərətəbə (qarajın üstü, böyük otaq) balaca otaq və həyətin qabağı mənə qalacaq. Mənim bu qərarım ilə ailə üzvlərim də razıdır. Mən bu qərarımı imzamla təsdiqləyirəm. Orada tikiləcək əlavə otaqlara etiraz etmirəm ”. Əlyazma imzalanmışdır. X1 yuxarıda qeyd olunan evin böünməsinə etiraz etmədiyini qeyd etmiş, imzası ilə təsdiqləmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı fərdi yaşayış evinin 0,04 ha torpaq sahəsi və fərdi evin 28,0 kv.m yaşayış, 94.9 kv.m köməkçi sahəsinin 9/20 hissəsi iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı fərdi yaşayış evinin 0,04 ha torpaq sahəsi və fərdi evin 28,0 kv.m yaşayış, 94.9 kv.m köməkçi sahəsinin 10/20 hissəsi cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materialına Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı fərdi yaşayış evinin texnii pasportu əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər hər ikisi mübahisəli mənzildə qeydiyyatdadırlar. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1375 saylı rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı fərdi yaşayış evinin tərəflər ( mülkiyyətçilər) arasında bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-Texniki spertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Göründüyü kimi mübahisəli mənzilin ümumi sahəsi 185 kv.metrdən ibarət iddiaçının mülkiyyətindədir. İddiaçı hazırkı iddia tələbində mənzilin onun mülkiyyətində olan hissəsinin naturada ayrılaraq ona verilməsini xahiş edir. Payın naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert rəyində payın naturada ayrılmasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2.). Məhkəmə hesab edir ki, əmlakın naturada bölgüsünün mümkünlüyü yalnız konkret sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilə bildiyindən hazırkı iş üzrə ekspert rəyi nəzərə alınmalı və iddia təmin edilməməlidir. MPM-ə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (115.0.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). Ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin məbləğ iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, X4 qəsəbəsi, Dənizçi küçəsi, 92 saylı evdən 9/20 hissədə olan payının naturada ayrılması barədə iddiası təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1320/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1320/2022
22.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver