Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1334/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 92 saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin fərdi evə görə 21.04.2007-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh onun bacısıdır. Cavabdeh 1998-ci ilin dekabr ayından onun mülkiyyətində olan fərdi evdə yaşamır. Bunu qonşular tərəfindən təsdiq edilmiş 15.11.2020-ci il tarixli akt təsdiq edir. Cavabdehin qeydiyyatda olması fərdi ev üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdeh fərdi evdə qeydiyyatda olsa da, həmin fərdi evdə yaşamır. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək göstərdi ki, iddiaçı və cavabdeh onun bacısıdır. Onlar 6 bacıdırlar. Cavabdeh hələ 1998-ci ildə dayısının yası çıxmamış qoşulub qaçmışdır. Cavabdehin bu hərəkəti onların anasına çox pis təsir etmiş, ona görə də, anası cavabdehi bağışlamamış və onunla barışmamışdır. Həmin vaxtdan onların cavabdehlə heç bir əlaqəsi yoxdur. Cavabdeh ailə qurduqdan sonra heç vaxt qeydiyyatda olduğu mənzilə qayıtmamış, həmin vaxtdan ailəsi ilə birgə yaşayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun bacısıdır. Onlar 6 bacıdırlar. Cavabdeh hələ 1998-ci ildə dayısının yası çıxmamış qoşulub qaçmışdır. Cavabdehin bu hərəkəti onların anasına çox pis təsir etmiş, ona görə də, anası cavabdehi bağışlamamış və onunla barışmamışdır. Həmin vaxtdan onların cavabdehlə heç bir əlaqəsi yoxdur. Cavabdeh ailə qurduqdan sonra heç vaxt qeydiyyatda olduğu mənzilə qayıtmamış, həmin vaxtdan ailəsi ilə birgə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X5 digər şahid X1 ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı ev İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* saylı, 16.11.2019-cu il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 15.11.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh 1998-ci ilin dekabr ayından Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evdə yaşamır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evdə qeydiyyatda olmasına baxmayaraq, 1998-ci ilin dekabr ayından başqa yaşayış məntəqəsində gedərək, daimi yaşayış yerini dəyişmişdir. Məhkəmə, ona görə də, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 92 saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1334/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1334/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver