Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-136/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X4rşı “ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X4rşı iddia qaldıraraq, 09 fevral 2024cü ildən 09 mart 2024-cü ilədək, 11 mart 2024-cü ildən 11 aprel 2024-cü ilədək və 15 aprel 2024-cü ildən 30 aprel 2024-cü ilədək olan dövrlərdə ezamiyyətə görə ödənilməyən ezamiyyə xərclərinin cavabdehin hesabına ödənilməsi və mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manatın cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X11dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövrlərdə ezamiyyətə görə ödənilməmiş 8000 manat ezamiyyə xərclərinin cavabdehin hesabına ödənilməsi və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 60 manatın tutulub ona ödənilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı “Sumqayıt Tibb Mərkəzi” X8 2 saylı şəhər xəstəxanasının cərahiyyə şöbəsində xx.xx.1992-ci ildən xx.xx.2024-cü ilə qədər həkim-cərrah peşəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə 18-1-66/3-1 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən işdən azad edilmişdir. “Sumqayıt Tibb Mərkəzi” X8 əmrinə əsasən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər, 1 1.03.2024-cü ildən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən mərkəzi çağırış məntəqəsinə ezam edilmişdir. Ezam olunduğu Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən SHXÇDX-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarda göstərilir ki, “Həkim-cərrah İddiaçı ezam olunduğu müddətdə hotel, yataqxana və qida ilə təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir”. Ezamiyyətdə olduğu 82 gün ərzində, “Sumqayıt Tibb Mərkəzi” X11 tərəfindən ona ezamiyyə xərcləri ödənilməmişdir. Dəfələrlə iş yeri üzrə rəhbərlikdən ezamiyyə xərclərinin ödənilməsini tələb etmişdir. Lakin cavabdeh onun ezamiyyə xərclərini ödəməkdən imtina edir. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhər 2 saylı xəstəxanada həkim vəzifəsində çalışmışdır. 65 yaşı tamam olduqdan sonra müraciətləri əsasında fəaliyyətə davam etmişdir. Keçən ilin yanvar ayının sonlarında işdən çıxmağı barədə ona məluma verilmişdir. Fevral ayında ona təklif etdilər ki, təqaüddə olduğu üçün onu ezamiyyətə göndərəcəklərini bildirdilər. Əmri aldıqdan sonra Qaradağ rayonuna ezamiyyətə getmişdir. Ödənişlərlə bağlı müraciət etsə də, ona ödəniş olunmamışdır. Gündəlik ezamiyyət məbləği 125 manat olmuşdur. Hərbi hissədə yox, kirayədə yaşamışdır.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X6 nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, ezamiyyətdə olduğu dövrdə xərcləri müəssisə tərəfindən qarşılanmışdır. Belə ki, ona yalnız yol xərcləri üçün çəkilmiş vəsait təqdim edilə bilər. Hərbi hissədə ezamiyyətdə olmuşdur. Yemək və qalmaq xərcləri müəssisə tərəfindən qarşılanmışdır. Bununla bağlı iddiaçı tərəfindən heç bir sənəd təqdim edilməmişdir.
Tədqiq olunan sübutlar:
6. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və “Sumqayıt Tibb Mərkəzi” X6 nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Sumqayıt Tibb Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunması əmr edilmişdir.
8. 14 fevral 2024-cü il tarixli Ezamiyyət vəsiqəsindən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının həkim-cərrahı İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezamiyyə olunmuşdur.
9. 2024-cü ilin fevral ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin fevral ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 15 iş gününə ezam olunmuşdur.
10. 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 6 iş gününə ezam olunmuşdur.
11. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir.
12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Sumqayıt Tibb Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunsun.
13. 11 mart 2024-cü il tarixli Ezamiyyət vəsiqəsindən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının həkim-cərrahı İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezamiyyə olunmuşdur.
14. 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 10 iş gününə ezam olunmuşdur.
15. 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 8 iş gününə ezam olunmuşdur.
16. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir.
17. 15 aprel 2024-cü il tarixli Ezamiyyət vəsiqəsindən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının həkim-cərrahı İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezamiyyə olunmuşdur.
18. 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 12 iş gününə ezam olunmuşdur.
19. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir.
20. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, dövlət müəssisələrində çalışmanın yaş həddinin uzadılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 -ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla əlaqədar çalışma müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 9/7653 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı “Sumqayıt Tibb Mərkəzi” X11 tərəfindən SHXÇDX-nin Mərkəzi Hərbi məntəqəsinə ezam olunduğu 09 fevral 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək ümumilikdə 5185 manat məbləğində ezamiyyə xərci müəyyən edilir və həmin 5185 manat məbləğində ezamiyyə xərcinin 3629,50 manat mehmanxana xərcinə, 1296,25 manatı gündəlik yemək xərcinə, 259,25 manatı şəhərdaxili nəqliyyat xərcinə aid edilir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”: 1-ci hissəsinin 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. 1-ci hissəsinin 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.Dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. 1-ci hissəsinin 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir. 1-ci hissəsinin 7-ci bəndinə əsasən Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. İşçi müxtəlif yaşayış məntəqələrinə ezam olunduqda, hər məntəqədə gəlmə və getmə günü haqqında məlumatlar ezamiyyət vəsiqəsində ayrıca qeyd edilir. 1-ci hissəsinin 9-cu bəndinə əsasən Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. 1-ci hissəsinin 9-cu bəndinə əsasən işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş (tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş) işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. 2-ci hissənin 1-ci bəndinə əsasən ündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. 2-ci hissənin 3-cü bəndinə görə özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik xərc və müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
23. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı:
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı “Sumqayıt Tibb Mərkəzi” X8 2 saylı şəhər xəstəxanasının cərrahiyyə şöbəsində həkim-cərrah peşəsində işləmişdir. İşlədiyi dövrdə 09 fevral 2024-cü ildən 09 mart 2024-cü ilədək, 11 mart 2024-cü ildən 11 aprel 2024-cü ilədək və 15 aprel 2024-cü ildən 30 aprel 2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi 403 saylı, 11 iyun 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 18-ci məhəllə, ev 19b, mənzil 23 ünvanında qeydiyyatsız yaşayır.
27. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş 07 mart 2024, 09 aprel 2024 və 30 aprel 2024-cü il tarixli arayışlarda qeyd olunmuşdur ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmamış və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilməmişdir.
28. Hazırda iddiaçı cavabdeh tərəfindən ona ödənilməmiş ezamiyyə xərcinin ödənilməsini məhkəmədən xahiş edir.
29. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi isə ona yalnız yol xərcləri üçün çəkilmiş vəsait təqdim edilməsinin mümkünlüyünü, hərbi hissədə ezamiyyətdə olması ilə əlaqədar yemək və qalmaq xərclərinin müəssisə tərəfindən qarşılandığını bildirmişdir.
30. Beləliklə iddiaçının yuxarıda qeyd edilən tarixlərdə ezamiyyətdə olması və cavabdeh müəssisə tərəfindən ona buna görə hər hansı bir xərc ödənilməməsi işin mübahisə edilməyən halıdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçının ezamiyyətdə olduğu müddətdə çəkdiyi xərclər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi tərəfindən də qarşılanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, işçiyə ezamiyyə xərclərinin ödənilməsi yuxarıda qeyd edilən hüquq normalarının tələblərindən irəli gəlməklə, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
31. Cavabdeh tərəfindən ödənilməli olan ezamiyyə xərclərinin məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər daxildir. Gündəlik xərclərdə öz növbəsində yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərcləri özündə ehtiva edir.
32. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 05 aprel 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması “Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edildiyi və Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərclərinin təşkil etdiyi qeyd edilmişdir.
33. Həmin qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2024-cü il tarixli 200 nömrəli qərarı ilə dəyişiklik edilərək Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil etdiyi qeyd edilmişdir.
34. İş materiallarına əlavə edilmiş ezamiyyə vərəqələrindən göründüyü kimi iddiaçı 05 aprel 2024-cü il tarixədək 53 gün (xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, xx.xx.2024cü ildən xx.xx.2024-cü ilədək) müddətində ezamiyyətdə olmuşdur.
35. 05 aprel 2024-cü ildən sonra isə 21 gün (xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək) müddətində ezamiyyətdə olmuşdur.
36. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə qaydaları”nın 2-ci hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik xərc və müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir.https://e-qanun.az/framework/22950 İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
37. Göründüyü kimi mövcud qanunvericilik ezam olunan işçiyə ezamiyyə xərclərinin ödənilməsini iş vaxtı başa çatdıqdan sonra öz yaşayış yerinə qayıtmaq imkanının olubolmaması, məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi ilə şərtləndirmişdir.
38. Məhkəmə hazırki halda iddiaçının Sumqayıt şəhərində yaşamasını, ezam olunduğu ərazinin isə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşməsini, qeyd olunan şəhərlər arasında məsafənin çox uzaq olmamasını, eyni zamada Bakı şəhərinin mərkəz şəhər olması səbəbindən nəqliyyat infrastrukturunun yaxşı inkişaf etməsini və nəqliyyat əlaqəsinin əlçatan olmasını, iddiaçının şənbə və bazar günləri, eyni zamanda ezamiyyətdə olduğu müddətdə qeyri-iş günlərində işləməməsini, mehmanxanada qalmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, onun ezamiyyətdə olduğu müddətdə iş vaxtı başa çatdıqdan sonra öz yaşayış yerinə qayıtmaq imkanı mövcud olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçıya mehmanxana xərcinin ödənilməsini məqsədəmüvafiq hesab etmir.
39. Buna görə də məhkəmə hesab edir ki, Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına müvafiq olaraq iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində gündəlik xərc (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) və yol xərci ödənilməlidir. Gündəlik xərcin iddiaçının ezamiyyətdə olduğu müəssisə tərəfindən təmin edilməməsi də iş materiallarına əlavə edilmiş yuxarıda adı qeyd edilən sənədlərlə öz təsdiqini tapır.
40. Gündəlik xərclərin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, həmin xərclərin hesablanması qaydası Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Həmin qərarla müəyyən edilmiş ezamiyyə xərclərinin normaları haqqında qərara iddiaçının ezamiyyətdə olduğu müddətdə dəyişiklik edildiyinə görə, məhkəmə hesab edir ki, gündəlik xərclərin hesablanması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin normaya əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Beləliklə məhkəmə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 05 aprel 2024cü il tarixdək Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının 90 manat olduğunu, həmin xərclərin 80 faizini mehmana xərcləri, qalan faizini isə gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya həmin tarixədək ezamiyyətdə olduğu 53 gün müddətində gündəlik xərclərə görə 954 manat (90 x 20% x 53) məbləğində pul vəsaiti ödənilməlidir.
42. 05 aprel 2024-cü il tarixdən sonra isə Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının Bakı şəhərində 125 manat olduğunu, həmin xərclərin 70 faizini mehmana xərcləri, qalan faizini isə gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya həmin tarixədək ezamiyyətdə olduğu 21 gün müddətində gündəlik xərclərə görə 787,50 manat (125 x 30% x 21) məbləğində pul vəsaiti ödənilməlidir.
43. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində ümumilikdə 1741,50 manat məbləğində gündəlik xərc ödənilməlidir. Məhkəmə gündəlik xərclərin qanunvericiliklə konkret müəyyən edildiyini, məhkəmə tərəfindən təyin edilmiş ekpertiza əsasında məhkəməyə daxil olmuş rəydə qeyd edilən məbləğin iddiaçının ezamiyyətdə olduğu günlərə münasibətdə az olduğunu nəzərə alaraq, həmin rəydə gündəlik xərc olaraq müəyyən edilmiş məbləği əsas götürməmişdir.
44. İddiaçıya ezamiyyətdə olduğu müddətdə yol xərclərinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında (arayış) onun Sumqayıt şəhərində, 18-ci mikrorayon ərazisində yaşaması öz təsdiqini tapır. İddiaçı tərəfindən məhkəməyə yol xərcini təsdiq edən sənədlər təqdim edilməsə də, məlum məsələdir ki, Sumqayıt şəhərindən Bakı şəhərinə yolun qət edilməsi müəyyən xərclər tələb edir. Bu halda məhkəmə iddiaçının ezamiyyətdə olduğu müddətdə gündəlik yol xərcinin (gediş-gəliş) 20 (iyirmi) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir və buna görə cavabdehdən 1480 manat məbləğində vəsaitin tutulmalı olması qənaətinə gəlir.
45. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X5 İddiaçı xeyrinə iddiaçının ezamiyyətdə olduğu 09 fevral 2024-cü ildən 09 mart 2024-cü ilədək, 11 mart 2024-cü ildən 11 aprel 2024-cü ilədək və 15 aprel 2024-cü ildən 30 aprel 2024-cü ilədək ödənilməmiş 3221 (üç min iki yüz iyirmi bir) manat, 50 (əlli) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Məhkəmə xərcləri:
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52,21 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməlidir.
49. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 100 manatı cavabdehdən, 100 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X5 İddiaçı xeyrinə iddiaçının ezamiyyətdə olduğu 09 fevral 2024-cü ildən 09 mart 2024-cü ilədək, 11 mart 2024-cü ildən 11 aprel 2024-cü ilədək və 15 aprel 2024-cü ildən 30 aprel 2024-cü ilədək ödənilməmiş 3221 (üç min iki yüz iyirmi bir) manat, 50 (əlli) qəpik məbləğində ezamiyyə xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X5 52 (əlli iki) manat, 21 (iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı 100 (yüz) manat, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X5 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva