Məhkəmə qərarları › İş №2(060)-1370/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1370/2025

10.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1370/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 direktoru Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı 28.11.2*24-cü il tarixli, 279 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı 28.11.2*24-cü il tarixli, 279 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2*24-cü il tarixli, 279 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa edilməsi və 28.11.2*24-cü ildən başlayaraq məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2*.*9.2*24-cü ildə verilmiş 1 saylı əmrə əsasən o, Sumqayıt şəhərində fəaliyyət göstərən 37 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimliyinə qəbul edilib. İşə qəbul olunana qədər 15 il ümumi, 8 il pedaqoji stajı olmuşdur. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə fəxri fərmanla təltif olunub. 37 saylı tam orta məktəbin 28 noyabr 2*24-cü il tarixli, 279 saylı əmrinə əsasən AR ƏM-nin 7*-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib. İşdən çıxmağına əsas kimi ona məxsus **152*7 saylı əmək kitabçasında 26.11.2*24-cü il tarixli pedaqoji şuranın 3 saylı protokolu və məktəb həmkarlar komitəsinin razılıq məktubu və 21 vərəq şikayət olunan sənədlər göstərilmişdir. O, barəsində verilmiş 28.11.2*24-cü il tarixli, 279 saylı əmri əsassız hesab edir və hesab edir ki, işdən çıxmağı barədə verilmiş əmr əmək qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Pedaqoji şurada və Həmkarlar İttifaqının yığıncağında iştirak edən kollektiv üzvləri onun işdən çıxmağına razılıq verməyiblər. X3* və Həmkarlar İttifaqının yığıncağında iştirak edən şəxslərin səs yazısı təsdiq edir. Məktəbin direktoru Nümayəndə1 onunla şəxsi-qərəzli mövqedə olmuş, dəfələrlə ona təklif etmişdir ki, məktəbdən işdən çıxsın və digər əvvəlki işlədiyi məktəbə qayıtmağına köməklik edəcəyinə söz vermişdir. Yaranan insidentlə əlaqədar olaraq o, müvafiq dövlət orqanlarına, o cümlədən 7 saylı Sumqayıt Əmək Müfəttişliyinə müraciət etmişdir. Bildirir ki, qardaşı 21 aprel 2**1-ci il təvəllüdlü X21 onun ərizəsi əsasında fəaliyyət qabiliyyətsiz hesab olunmuşdur. Qardaşı yataq xəstəsidir, 1 qrup əlildir. Ona baxır, qulluğunda durur. İşdən çıxarkən məktəbin rəhbərliyinə 1-ci qrup əlil qardaşının himayəsində olmasını bildirsə də, buna məhəl qoyulmamışdır. Qeyd edir ki, cavabdehlər Mediasiya prosesi zamanı iştirak etməmişlər. Bunu ilkin mediasi Mediasiya Sessiyasında (İMS) iştirak edilməməsi barədə 25.12.2*24-cü il tarixli, MŞS/MT*3*/2*24-*27*1 saylı arayış təsdiq edir. Hesab edir ki, 28.11.2*24-cü il tarixli, 279 saylı əmr etibarsız hesab edilərək ləğv edilməli, həmin tarixdən işə bərpa edilməyi və 28.11.2*24-cü ildən başlayaraq məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı məktəbə qarşı irəli sürdüyü “işə bərpa və s” tələbinə dair iddia ərizəsi üzrə 2(*6*)-137*/2*25 saylı mülki işlə bağlı məhkəmə hazırlıq iclası *6 fevral 2*25-ci il tarixinə saat 14:3*-a təyin edilmişdir. Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 2* gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdlyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İlk öncə bildirilir ki, iddiaçı məktəbə mediasiya təklif məktubu göndərməmişdir. Onlar iddiaçıdan mediasiya təklifi almayıblar. Ona görə də mediasiya sessiyasına getməyiblər. Mediasiya arayışı təklif məktubu məktəbə təqdim edilmədən alınmışdır ki, məktəbə qarşı təklif göndərilməklə mediasiya prosesi başlatmadan iddia ərizəsi məhkəməyə göndərilə bilməzdi. Ona görə hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia tələbini də qəbul etmirlər. Etiraza əlavə etdikləri sənədlərə əsasən mübahisələndirilən əmr qanunidir, o cümlədən digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur. İddiaçı iddiasının dəlillərini tam və ətraflı qeyd etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Konstitusiya Məhkəməsinin Plenumu da bir çox qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haliarı sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallarm müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarım, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2*16-cı il 23 fevral tarixli Qərar). Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı məktəbə qarşı irəli sürdüyü “işə bərpa və s” tələbinə dair iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Azərbaycan dili və ədəbiyyat müəllimidir. İşə gələn gündən ona 33 saat dərs veriləcəyi deyilsə də, 23 saat dərs verilmişdir. Məktəbdə müqaviləli işləyən müəllimin belə iş saatı ondan çoxdur. O, direktordan şikayət etdiyi üçün direktor onunla prinsipə düşüb. Onun himayəsində əlil qardaşı var. Lakin, dərs təyin edilərkən bu da nəzərə alınmamışdır. Direktor başqa müəllimlərin yanında onun nüfuzunu aşağı salan sözlər işlətmişdir. Ondan valideyn şikayətlərinin də olmasının səbəbini bilmir. Ona bu barədə məlumat verilməmişdir. Onu əvvəlki iş yerinə qayıtmağa məcbur edirlər. Pedaqoji şurada onun işdən çıxarılmağına dair hər hansı səsvermə olmayıb. O, əvvəllər də Xızı rayonu, Yeni Yaşma kəndində 8 il müəllim işləyib. Onun müəllim kimi nüfuzu da kifayət qədər yüksək olmuşdur. O, müəssisənin əmlakına heç vaxt zərər vurmayıb, alkoqol və narkotik vasitə qəbul etməyib. Uşaqlara qarşı tələbkarlığı dərslərlə əlaqədar olmuşdur. Öhdəliyində 1-ci qrup əlilliyi olan şəxslər Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıla bilməzlər. Onun qardaşı fəaliyyət qabiliyyətsizdir və onun qəyyumluğu ilə əlaqədar 2*23-cü ildə məhkəmə işləri olub. Hazırda isə sənədləşmə işləri ilə məşğuldurlar. Həmçinin atası şəhid ailəsidir. Ona Sumqayıtdakı hər hansı məktəb yox, elə köhnə iş yeri təklif edilib. O, qardaşına baxdığı üçün köhnə məktəbinə getməmişdir. O, məktəbdəki neqativ hallara qarşı həmişə tənqidi yanaşıb. Məktəbdə istifadə edilməyən proyektorlar vardır. Məktəb rəhbərliyinin İKT bilikləri yoxdur. O, məktəbdə dərs zamanı istifadə edilməsi üçün öz vəsaiti hesabına kreditlə televizor alıb. Həmçinin məktəbdə printer yox idi, uşaqların istifadə etməsi üçün məktəbə printer də gətirib. O, Pedaqoji Şuranın səsini sonradan bəzi halları sübut etmək üçün yazıb. Qarşı tərəf onun işdən çıxmağına əsas olan sənədləri məhkəməyə təqdim etməyib. Təqdim edilən sənədlərlə mövcud olan hallar üst-üstə düşmür. Belə ki, o, pedaqoji şuranın iclasının səs yazısını, qarşı tərəf sənədlər təqdim edənədək saxlayıb. Ona heç bir akt təqdim edilməyib. O, şikayət edən valideynləri heç tanımır. O, məktəbdə həftənin 5 günü işləməyinə baxmayaraq, ona sinif rəhbərliyi verilməmişdir. Ona işdən çıxarılmağına dair həmkarların heç bir iclası və səsverməsi olmayıb. Əksinə onun işdə qalmağı istənilirdi. Direktor onun kimi eyni qaydada bir neçə müəllimləri də işdən çıxarıb. Həmin müəllimlər də məhkəmə qaydasında işə bərpa olublar. Direktor tərəfindən şagirdlərə onunla bağlı narazılığı əks etdirən sənədə qol çəkməsi üçün çoxsaylı təzyiqlər edilmişdir. Pedaqoji şuranın və həmkarlar ittifaqının iclaslarının səs yazıları vardır. Cahidin guya ona akt verməsi və onun da bu aktı almaqdan imtina etdiyi bildirilir. Cahidin bu halı üzünə deyib təsdiq etməsini istəyir. Bildirir ki, bu direktora görə məktəbi 4* nəfər şagird tərk etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qardaşının xəstəliyi ilə əlaqədar işinin tələblərini pozmadan qardaşı ilə maraqlanıb. Keçən il onun fəaliyyəti yüksək qiymətləndirilib və o, bununla əlaqədar təltif edilib. O, məzuniyyətdə olduğu vaxt jurnalı boş qoyub. O, direktora dəfələrlə müraciət etmək istəsə də, direktor onu həmişə qapıdan qaytarmışdır. O, hətta nişanını da qardaşına görə qaytarıb. Direktor onu, ilk dəfə dərs keçdiyi müəllimin valideyninə pis müəllim kimi qələmə verib. Direktor sinif üzrə sadəcə 1-2 nəfər zəif nəticə göstərmiş şəxsləri misal çəkərək onu hər yerdə pisləyib. Onun geyiminə görə də direktor lazımsız yerə ona irad tutub. İclasla əlaqədar tərtib edilmiş protokol saxta bir sənəddir. Təhsil idarəsinin nümayəndəsi onun dərsində iştirak etmişdi və onun dərslərindəki fəaliyyətini yaxşı qiymətləndirmişdi. Hərbi müəllimi keçən iclasda Kəlbəcərin azadlığı günündə onun guya Kəlbəcərin azadlığı məsələsinə toxunmadığını bildirmişdi. Lakin, bundan 1 gün əvvəl o, Kəlbəcərin azad olunması günü münasibətilə dərsdə çıxış etmişdi. Onun kurikulum tələblərinə riayət edilmədiyi bildirilir, lakin məktəb rəhbərliyi ona həmişə dərsləri ənənəvi qaydada keçmələrini bildirirdi. Onun guya vəzifə təlimatlarını yerinə yetirmədiyi bildirilir. Məhkəmə iclasına ancaq aşağı nəticə göstərmiş uşaqların valideynləri gətirilir. Obyektiv olaraq yaxşı nəticə göstərmiş uşaqlar barədə isə danışılmır. Bəzi müəllimlər müqavilə ilə məktəbdə işlədikləri üçün Elşad müəllimdən çəkinirlər. O, müvəqqəti jurnalı yazıb. Əsl jurnal sonradan gəlmişdir. Ona direktor özü jurnalı ayın 15-dən yazmağını desə də, sonradan direktor özü bunu ona qarşı istifadə etmişdir. O, xəstəlik vərəqəsini işə gəldiyi ilk gün gətirə bilməmişdir. Onu 1*-15 dəqiqə heç gözləmədilər ki, o, xəstəlik vərəqəsini əldə etsin və beləcə o, izahat yazmalı olmuşdur. Ondan alınan sinifə o, cəmi 1 dərs girmişdi. Ona verilən qrupda 5 nəfər uşaq var idi. Müqavilə ilə işləyən müəllimə məktəblərində 3* saat dərs verilir. İdarə dərslərin müasir standartlara uyğun şəkildə həyata keçirilməsini tələb edir. Onu da bildirir ki, fəaliyyətlərinin qiymətləndirilməsi Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir, direktorun deyil. Bundan başqa bildirir ki, o müəllim kimi heç bir əmək vəzifəsini pozmamışdır. Dəfələrlə yaxşı müəllim kimi fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, səs yazısı telefonla yazılıb. Hesab edir ki, səs yazılarkən iclasda iştirak edən şəxslərə məlumat verməyə ehtiyac yox idi. Bu səbəbdən həmin səs yazıları sübut kimi nəzərə alınmalıdır. Bundan başqa jurnalın yazılmamasına görə iddiaçının işdən çıxarılması əsas ola bilməz. Belə ki, tərəfi jurnalı yazıb itirəcəyi vaxta dərsinə və şagirdlərə vaxt ayırmışdır. Hesab edir ki, direktorun istinad etdiyi bu hallar müəllimin Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına səbəb ola bilməz. İşəgötürən bu halları verdiyi əmrdə əsaslandırmalı olsa da, əsaslandırmamışdır. Direktor iddiaçını əvvəlki iş yerinə qayıtmağa məcbur edib. İddiaçı alı magistr təhsili almış gənc mütəxəssisdir. Onun gələcəyi qarşıdadır. Lakin direktor belə qanunsuz əmr verməklə iddiaçının gələcəyini şübhə altına almışdır. Direktor iddiaçını əvvəlki iş yerinə qayıtmağa məcbur edib, bu alınmadıqda isə onu bu üsulla işdən çıxardıb. Halbuki, Pərviz müəllimi o məktəbə Nazirlik göndərmişdir. Ailə üzvlərindən biri xəstə uşaqdır, fəaliyyət qabiliyyəti yoxdur. Hesab edir ki, burada iddiaçının işdən azad olunması üçün heç bir ciddi əsas yoxdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dəqiq siyahısı sadalanmışdır. Nə bütün gün işə gəlməmə halı, nə alkoqollu içkilərdən istifadə olunmaqla sərxoş vəziyyətdə işə gəlməsi halı da yoxdur. Bundan başqa iddiaçı nə işəgötürənin əmlakına maddi ziyan vurmayıb, nə iş yoldaşlarının səhhətinə hər hansı ziyan yetirməmişdir. O cümlədən həmin maddədə nəzərdə tutulan qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halı da olmamışdır. İddiaçının əmək kitabçasında da bu hallardan hər hansı biri qeyd edilməmişdir. Belə olduğu təqdirdə cavabdeh iddiaçını bu əsaslardan hansı birinə görə işdən çıxarıb aydın deyil. Yalnız iki hala istinad olunur. Jurnalların yazılmaması və təhsil planının olmaması. Lakin hamıya məlumdur ki, direktorun razılığı olmadan heç bir plan təsdiqlənə bilməz. Jurnalda olan səhvlə bağlı isə direktor iddiaçıya nöqsanlarını bildirə bilərdi. Hesab edir ki, bu müəllim orada kiminsə yerinə gəldiyi üçün bu yolla işdən çıxarılıb. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 direktoru Nümayəndə1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İşlədiyi məktəb imkansız uşaqlar üçün açılmışdır. Məktəbdə maaş aşağı idi, lakin artırılması nəzərdə tutulmuşdu. Məktəbdə müəllimləri valideynlər seçirdi. Onun haqqında Əmək Müfəttişliyinə və digər aidiyyatı orqanlara müraciətlər olunmuşdur. Əgər şikayətlər qanuni olsaydı, yəqinki onun barəsində müəyyən tədbirlər görülərdi. Valideyn şikayəti əsasında “zavuç”a dərsdə oturub dərsin gedişi ilə tanış olmasını tapşırmışdır. İddiaçının keçdiyi dərslərdə müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, dərs zamanı uşaqlar dərsdə yatıblar, həmçinin müəllim dərsdə demək olar ki, 1 uşağa dərs keçib və digər şagirdlərin fəallığı olduqca aşağı olmuşdur. İclas olduqda o, iddiaçıya dərslə bağlı nöqsanlarını bildirmiş, iddiaçı isə ona qarşı əvəzində kobudluq etmişdir. O da bu hərəkətin qarşılığında həmkarlar ittifaqına məktub göndərmişdir. Məktubundan sonra iclas keçirilmişdir. Qeyd edilən iclasa onun tərəfindən direktor kimi heç bir müdaxilə mümkün deyil. Qeyd edir ki, o direktor kimi xarakter və xasiyyəti necə olsa da, heç vaxt yaxşı müəllimi əldən verməz. İddiaçıya İdarə tərəfindən Sumqayıtda olan digər məktəblərə getməsi təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır. Əvəzində hüquqşünas qohumunun olduğunu bildirmiş və onu təhdid etmişdir. Məktəbdə əlavə dərslər üçün müəllim lazım idi, lakin iddiaçı əlavə olaraq işləmədi. Abşeron-Xızı Regional Təhsil İdarəsi iddiaçıya keçmiş məktəbinə qayıtmağı və ya Sumqayıtdakı hər hansı məktəbə təyinat verilməsini təklif edib. Lakin o razılaşmayıb. Məhkəmənin nəzərinə çatdırır ki, məktəbi tərk edən şagirdlər sadəcə oxuya bilməyən şagirdlərdir. Bundan başqa iddiaçı qeyri-qanuni olaraq iclasın səsini yazmışdır. Hesab edir ki, bu qədər təcrübəsi olan müəllim üçün jurnalın səhv yazılması bağışlanmaz metodik səhvdir. Dəfələrlə iddiaçı müəllim kimi geyim qaydalarına riayət etməyib və dərsə üzü tüklü gəlib. Səs yazısı iclasın yarısı yazılmaqla da aparıla bilər. Kim səlahiyyət verib ki, iddiaçı pedaqoji şuranın səsini yazsın. İl ərzində pedaqoji şuranın iclası 5 dəfə keçirilir və iclaslara o, rəhbərlik edir. Yazılmış səs yazısı qeyri-qanunidir. Hər yüksək bal alan müəllim yaxşı dərs keçə bilməz. Həmçinin, Pərviz müəllim direktor kimi onun səlahiyyətlərini də yaxşı bilmir. O, direktor kimi müəllimin fəaliyyətini qiymətləndirə bilər. İddiaçının müəllim kimi peşəkarlığı yoxdur. Pərviz xəstəlik vərəqəsi əvəzinə bir izahat yazıb ona təqdim edib ki, məzuniyyətə çıxarkən xəstəlik vərəqəsi əldə edə bilməyib. Komputerlə dərs keçmək heç də müəllimin müasir tələblərə uyğun dərs keçməsini sübut etmir. İş vaxtı iclasın keçirilməsinin və əlavə olaraq iclasın 1* dəqiqə saxlanılmasının dərsə heç bir problemi yoxdur. Əmək Məcəlləsinin 7*-ci maddənin Ç bəndi savadı ölçmür. Regional idarənin rəhbəri də iddiaçıya keçmiş məktəbinə qayıtmasını təklif etmişdir. Müəllim əvvəlki iş yerinə qayıdarsa müəllimlə barışıq sazişi bağlana bilərdi. Müəllimin nöqsanları budur ki, müəllim bugünə qədər tədris planını hazırlayıb təsdiq etdirməmişdir. Həmçinin, jurnalı yazmaq da iddiaçının vəzifəsi idi. Bildirir ki, o uzun müddətdir ki, direktor vəzifəsində işləyir. Maklerlik fəaliyyəti ilə məşğul olmur. Pərviz müəllim məktəbdə vəkilin dediyi kimi 6 ay deyil, cəmi iki ay yarım işləyib. Müəllim məktəbə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin kadrların yerləşdirilməsi barədə əmri əsasında qəbul edilib. O məktəbə çox çətinliklə müəllimlər tapılıb toplanmışdır. Çünki yeni tipli məktəb olduğu üçün orada daha savadlı müəllimlər dərs deyə bilərdi. İlk günlərdən şagirdlər anonim məktub yazmaqla Pərviz müəllimdən narazı olduqlarını bildiriblər. Bu barədə o, Abşeron-Xızı Regional Təhsil İdarəsinə məlumat vermişdir. İdarədən iddiaçıya 8 il işlədiyi əvvəlki məktəbinə qayıtması təklif edilsə də, o bununla razılaşmamışdır. Müəllimə direktor tərəfindən dərs dediyi vaxt tövsiyyə verilə bilməz. Yalnız dərsdən sonra onunla bu barədə söhbət aparıla bilərdi. Lakin onlar dərsdən sonra müəllimi tapa bilmirdilər. Müəllimin işdən çıxarılması üçün onun tərəfindən Əmək Məcəlləsinin 72-cü maddəsində nəzərdə tutulan bütün hərəkətlər edilməli deyil. Onların yalnız biri də işçinin bu əsasla işdən çıxarılması üçün kifayətdir. Eyni zamanda iddiaçının gənc mütəxəssis olması fikri ilə də razı deyil. Çünki iddiaçının 8 ildən çox stajı var, o gənc mütəxəssis sayılmır. Məktəbdə müəllimin əsas vəzifəsi şağirdləri lazımi təhsillə təmin etməkdir. Bu məktəbdə oxuyan şagirdlər əlavə hazırlıqlara getməməlidir. Məktəbdə yaxşı müəllimə həmişə ehtiyac var. İddiaçının işdən çıxarılması barədə əmr tam əsaslıdır, müəllimin pedaqoji cəhətdən peşəkarlığı zəifdir. Lazım gəlsə bunu əlavə sübutlarla da sübut edə bilər. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, sentyabr ayından iddiaçını tanıyır. Hər ikisi müsabiqə yoluyla işə qəbul ediliblər. Hər ikisi eyni məktəbdə müəllim kimi birlikdə işləyiblər. Pərviz müəllimin məktəbdəki fəaliyyəti uğursuz alındı. Valideynlər müəllim kimi Pərviz müəllimi bəyənmədi. Müəllimlər olaraq onlar da Pərviz müəllimə əvvəlki iş yerinə qayıtmasını tövsiyyə etdilər. Onun fəaliyyətindəki nöqsanlar jurnalın düzgün yazılmaması, valideyn və şagird şikayətləri idi ki, bu halların hər biri həm də məktəbin adına nöqsan idi. Pərviz müəllimlə fasilələrdə də heç bir ünsiyyət qura bilmirdilər. O, canlı olaraq valideyn şikayəti görməyib. Şikayətlərə dair rəhbərlikdən məlumat alıb. Pedaqoji şurada səsvermə olmuşdur. O, ilk iclasda Pərvizin məktəbdə qalmağını istəmişdi, lakin direktora deyilən kobud sözlərdən sonra ikinci iclasda məktəbdə qalmağını istəmədi. O, iclasda Pərvizi müdafiə etmişdi. Lakin, o, Pərvizin xəstəliyə görə məzuniyyətdə olmasını iclasda deməyib. 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 37 nömrəli tam orta məktəbdə müəllim işləyir. Məktəbdə Pedaqoji şuranın iclası olmuşdur. Müəllim ona deyilən iradlara məhəl qoymamış, əksinə onlarla inadlaşmışdır. İddiaçı tez-tez dərsə gecikirdi, həmçinin iddiaçının dərsi müddətində dava olmuşdu. Pedaqoji şuranın iclası zamanı iddiaçının əvvəlki məktəbinə bərpa olunması qərara alındı. O, iddiaçı dərsdə olmayan zaman azərbaycan dili fənni üzrə iddiaçını əvəz edib. İddiaçı iclası tez tərk etdiyi üçün səsverməni görməmişdir. İddiaçı qanunsuz şəkildə işə gəlməmişdi və dərs vaxtı sinifdə dava düşmüşdü. O da həmin vaxt Pərviz müəllimi dərsdə əvəz etmişdi. 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı onun qızının müəllimi olub. Hər dəfə qızı evə gələndə müəllimdən şikayət edirdi. Qızı hər dəfə müəllimin dərs metodikasını başa düşmədiyini bildirirdi. Şikayətindən sonra qızının müəllimi dəyişdi, daha sonra qızının nəticələri də düzəldi və yüksəldi. O valideyn iclasında demişdir ki, qızı müəllimin izahını başa düşmür. 1*. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, 37 nömrəli tam orta məktəbdə müəllim işləyir. Pərviz onun iş yoldaşı olmuşdur. Müəllim və uşaqlar Pərviz müəllimi istəmirdi. Pərviz müəllimin dərs metodunu 2* nəfərdən cəmi 5 nəfər bəyənirdi. Pərviz müəllimdən şikayətlər həmişə olub. O, da Pərviz müəllim barəsində tərtib edilmiş akta imza çəkib, lakin Pərvizin akta imza atmaqdan imtina etməyinin şahidi olmayıb. O, müzakirədə iştirak edib, lakin Pedaqoji şurada Pərviz müəllimin əleyhinə danışıb. 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Pərviz onun iş yoldaşı olmuşdur. O, həmkarlar komitəsinin üzvüdür. Pərviz müəllim valideyn şikayətləri səbəbi ilə işdən çıxarılıb. Valideynlər və şagirdlər iclasda ondan şikayət ediblər. İclas zalında adam çox idi. İclasda təxminən 3* nəfər iştirak edirdi. 12.Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, Pərviz müəllim işdən çıxarılıb. Pərviz müəllim bəzən dərslərdə iştirak etməyib. O, pedaqoji şuranın üzvüdür. Yadındadır ki, Pərviz müəllim Kəlbəcərin azad olunduğu gün şagirdələrə heç bir kəlimə də bu barədə bir söz bildirməmişdir. Bir neçə aktlar onun şahidliyi ilə iddiaçıya oxunub. O, valideynlərin və həmkarlar ittifaqında iştirak edənlərin sayını xatırlamır. Hesab edir ki, Pedaqoji şuranın iddiaçının iş yerini dəyişmək səlahiyyəti vardır. Pedaqoji şuranın iclasının məqsədi o idi ki, iddiaçı bəzi nöqsanlardan nəticə çıxarıb işdə qalsın. İddiaçı iclası tərk etdi. Səsvermədə iddiaçının leyhinə səs verilmişdi.

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, onlar hazırkı iş üzrə cavabdeh kimi qeyd ediliblər. Hazırki iddianı özlərinə münasibətdə qəbul etmirlər. İşəgötürən şəxs və əmək müqaviləsi bağlayan onlar deyil. İddiaçı etiraz etmirsə, onlar iş üzrə hazırda yalnız 3-cü şəxs ola bilərlər. Onların idarəsi əsasnamə üzrə fəaliyyət göstərir. İşdən çıxarma əmrini ləğv etmək səlahiyyətləri yoxdur. Qeyd etdiyi əmri ləğv etmək səlahiyyəti yalnız məhkəməyə məxsusdur. Əmr tərtib edilərkən qanunun tələblərinə riayət edilib. Təhsil nazirliyi tərəfindən mediasiya razılığı olacağı halda iddiaçının əvvəlki məktəbinə bərpa edilməsi məsələsinin müzakirə edilə biləcəyini bildirib. Müəllimin fəaliyyətində həqiqətən də nöqsanlar olub, lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmr üçün bu nöqsanların əsas olub-olmadığını bildirmək səlahiyyətləri yoxdur. Onu da bildirir ki, məktəblərə müəllimlər pedaqoji təcrübələri nəzərə alınmaqla götürülürlər. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.

15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

16. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25.12.2*24-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 6* manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. 17.İşdə olan 28.11.2*24-cü il tarixli, 279 nömrəli əmrdən görünür ki, Sumqayıt şəhəri, 37 nömrəli tam orta məktəbində, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən 28 noyabr 2*24-cü il tarixindən ləğv edilmiş, İddiaçı bu əmrlə tanış olması, qanunvericiliklə müəyyən edilmiş müddətdə onunla son-haqq hesabının və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasının təhvil verilməsi və ya əmək kitabçasının təhvil götürülməsi barədə bildirişin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektoruna son-haqq hesabın ödənilməsi barədə müşayiətedici məktubun dərhal əmrlə birlikdə göndərilməsinin təmin edilməsi, Sumqayıt şəhəri, 37 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X4 bu əmrdən irəli gələn zəruri tədbiriərin görülməsini təmin edilməsi tapşırılmış, əmrin verilməsi üçün əsas 21.1*.2*24-cü il tarixii xidməti məlumat, monitorinq komissiyasının akt və arayışı, Pedaqoji Şuranın qərarı, məktəbin Həmkarlar Komitəsinin 27.11.2*24-cü ii tarixli qərarı, o cümlədən digər təsdiqedici sənədlər olmuşdur. 18.İşdə olan 37 N-li tam orta məktəbin Tədris işləri üzrə direktor müavini X9, psixoloq X13 və Azərbaycan dili və Ədəbiyyatı metodbirləşmə rəhbəri X2 iştirakı ilə tərtib edilmiş 28.11.2*24-cü il tarixli aktdan görünür ki, məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyən İddiaçı aşağıdakı dərs dediyi sinflərdə sinif jurnallarında fənn üzrə dərslərin keçirilmə qeydiyyatı aşağıdakı kimi aparmışdır. Jurnallarda monitorinq aparılan zamanı aşkarlandı ki, İddiaçı ilə əmək müqaviləsi 2*.*9.2*24-cü il tarixində bağlandığı halda müəllim Xç və Xh sinfində jurnalları 16.*9.2*24- cü il tarixində yazmışdır. Xb sinfində Azərbaycan dili fənnini tədris edən İddiaçı 2*.*9.2*24-cü il tarixindən, 28.11.2*24-cü il tarixinədək jurnalda tarixləri yazmış, lakin mövzuları yazmamışdır. Xç sinfində səhifə 6-da mövzu və tarix yazmamış, səhifə 7-də isə 17.*9.2*24-cü il tarixindən, 28.11.2*24-cü il tarixinədək tarixləri yazmış, mövzuları isə yazmamışdır. Xd və Xh sinfində səhifə 31- də *5.11.2*24-cü il tarixindən, *7.11.2*24-cü il tarixinədək xəstəlik vərəqəsində olduğu dövrdə jurnalda 5 sətri dərs əvəz olunmadığı halda boş saxlayıb 16.*9.2*24- cü il tarixindən jurnalları yazmış, Xh sinfində səhifə 29- da Ədəbiyyat fənnindən 16,17,18,19 sentyabrda əmək müqaviləsi olmadığı halda qeyd olunan tarixlərdə jurnalda tarixləri yazıb mövzu yerinın dövlət sənədi olan jurnallarda yuxarıda göstərilən səhvləri etmişdir. Bu da onu sübut edir ki, müəllimin peşəkarlıq səviyyəsi lazımı qədər deyil. Bütün bu yuxarıda sadalananlar müvafiq qanunlara uyğun olaraq ciddi maliyyə pozuntusudur. 19.İşdə olan 37 Nömrəli tam orta məktəbin Tədris işləri üzrə direktor müavini X9, 1*H sinifinin sinif rəhbəri X22 və X1 iştirakı tərtib edlmiş 26.*9.2*24-cü il tarixli aktdan görünür ki, direktor müavini X9, məktəbdə azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən İddiaçı ilə onun tədris etdiyi siniflərdə tədrisin keyfiyyətinin zəif olması haqqında söhbət etdikdə o müxtəlif bəhanələrlə özünə bəraət qazandırır, lazımsız ifadələr işlətdi, onun haqqında edilmiş söhbətin aktlaşdırılmasını imza etməkdən imtina etdi. 2*.İşdə olan 37 Nömrəli tam orta məktəbin Tədris işləri üzrə direktor müavini Qurbanova Zöhrə, məktəbin psixoloqu Əfəndi Nərgiz və Uşaq Birliyi təşkilatı rəhbəri Yusifli Gülənzərin iştirakı tərtib edilmiş *3.1*.2*24-cü il tarixli aktdan görünür ki, məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyən İddiaçı direktorun otağına dəvət olundu və ona bildirildi ki, şikayət ərizəsində valideynlər məlum edirlər ki, Siz Azərbaycan dili və Ədəbiyyat dərslərini keyfiyyətsiz tədris edirsiz, sizin nitqinizin tələffüzünu şagirdlər anlamır, bilmədikləri mövzuları sizdən soruşduqda siz şagirdlərə bildirirsiz ki, onu siz indiyədək keçməli idiniz. Əlavə olarq direktor Nümayəndə1 onu da bildirdi ki, sizin, dərslərinizdə şagirdlər mobil telefon vasitəsi ilə canlı efirlərə qoşulurlar. Bildirildi ki, müəllim siz bu haqqda nə deyə bilərsiz və nə üçün bu hallar baş verir: - İddiaçı isə bütün bunların yalan olduğunu bildirdi. Müəllimdən bu haqda izahat yazması tələb olundu. Müəllim izahat yazmaqdan imtina etdi və direktora bildirdi ki, "Əəəəə nə istiyirsən et" və otağı tərk etmək istəyəndə direktor onun oturmasını təklif etdi.

21. İşdə olan 37 nömrəli tam orta məktəbin monitorinq qrupunun üzvləri Tədris işləri üzrə direktor müavini X9, psixoloq X13, 1*H sinfinin sinif rəhbəri X22 və UBTR X5 iştirakı tərtib edilmiş 26.11.2*24-cü il tarixli aktdan görünür ki, məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı haqqında çoxsaylı şikayət ərizələrində göstərilən faktları araşdırarkən nəticəsini İddiaçı bildirdilər. O, arayış və aktlara imza etməkdən imtina etdi. 22.İşdə olan 37 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini X9, psixoloq X13, 1*H sinifinin sinif rəhbəri X22 və UBTR X5 iştirakı ilə tərtib edilmiş 26.11.2*24-cü il tarixli digər aktdan görünür ki, məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyən İddiaçı tədris etdiyi fənninin zəif tədrisi “güman edərək” şagird və valideynlərin şikayət ərizələri araşdırıldı və onların sadaladıqları mənfi hallar aşkarlandı. Müəllim onların iştirakı ilə direktorun otağına dəvət olundu. Məktəbin direktoru bu zəif halları onun nəzərinə çatdırdı. Lakin müəllim bununla razılaşmadı. Məktəbin direktoru ona 2 ay öncə uzun illər işlədiyi tam orta məktəbə qaytarılmasını təklif edərək bildirdi ki, bu təklif X29 Təhsil İdarəsinin rəhbərliyinin təklifidir. Əlavə də məlumat verdi ki, AXRTİ- nin rəhbərliyi İddiaçı müəllimə əvvəlki iş yerində 37 Nömrəli tam orta məktəbdə tədris etdiyi dərs saatından da artıq dərs saatı ilə təmin olunacaq. Lakin İddiaçı buna öz narazılığını bildirdi. 23.İşdə olan 37 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini X9, psixoloq X13, UBTR X1*, GÇH rəhbəri X24 tərəfindən verilmiş 26.11.2*24-cü il tarixli təqdimatlardan görünür ki, İddiaçı məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətini davam etdirməsi məqsədəuyğun deyil. 24.İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 16 saylı Mənzil Kommunal Sahəsinin 235 saylı, *5.*3.2*25-ci il tarixli arayışından görünür ki, *4.*3.2*25-ci il tarixində 16 saylı MKS-də tərtib olunmuş *5 saylı akt və digər arayışlar Sumqayıt şəhəri, 1*-cu mkr, ev 21, mənzil 66 ünvanında yaşayan X21 xəstə olduğu üçün, qardaşı İddiaçı qəyyumluğa götürəcəyinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin qəyyumluq şöbəsinə təqdim etmək üçün verilmişdir. 25.İşdə olan Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbin *9 nömrəli, *5.*3.2*25-ci il tarixli arayışından görünür ki, 2*24-2*25- ci tədris ilində X29 Təhsil İdarəsinin tabeliyində olan Cavabdeh1 yenidən təşkili ilə əlaqədar olaraq Abşeron- Xızı Regional Təhsil İdarəsinin ayrı- ayrı fənnlər üzrə sertifikasiya balı 5* baldan yuxarı olan müəllimlər ixtisası üzrə məktəbdə işləməyə dəvət olunmuşlar. İddiaçı müəllimlərin seçimi zamanı balı 5* baldan yuxarı olmalı idi. Balının aşağı olmasına baxmayaraq yanlışlıqla seçim zamanı fənn müəllimi adı çəkilən məktəbə göndərişi verilmişdir. 26.İşdə olan Abşeron- Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbinə ünvaladığı 19.*9.2*24-cü il tarixli məktubundan görünür ki, 2*24/2*25-ci tədris ilində Cavabdeh1 "Tam orta məktəb” layihəsi üzrə yalnız X və Xİ sinif şagirdlərinin təhsil alması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, Abşeron-Xızı Regional Təhsil idarəsi tərəfindən siyahıda adı çəkilən şəxslərin 2*24-2*25-ci tədris ilində Cavabdeh1 müddətsiz əmək müqaviləsi əsasında işə qəbuluna (yerdəyişməsinə) razılıq verilir (siyahı əlavə olunur). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36- 1.2-ci və 36-1.3-cü maddələrinin tələblərini gözləməklə və ixtisasının tutduğu vakansiyaya uyğunluğunu yoxlamaqla qeyd olunan şəxslərin işə qəbulunun rəsmiləşdirilməsi (xüsusilə onlayn əmək müqaviləsinin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilməsi) Sizə həvalə edilir. 27.İşdə olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 2*.*9.2*24-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 28.İşdə olan 2*.*9.2*24-cü il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı 2*.*9.2*24-cü il tarixdən Cavabdeh1 Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilməsi əmr edilmişdir. 29.İşdə olan 26.11.2*24-cü il tarixdə keçirilmiş Cavabdeh1 Pedaqoji Şurasının növbədənkənar iclasının 3 nömrəli protokolundan görünür ki, məktəbin yeni yaranmasını, pilot layihə olmasını, müəllim və şagirdlərlə ünsiyyət qura bilməməsini, işçinin iş vaxtında vəzifə funksiyalarını lazımınca icra etməməsinin onunla bağlanılmış əmək müqaviləsinin tələblərinin kobud şəkildə pozulması hesab edildiyini nəzərə alaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7* “ç” maddəsinə əsasən xitam verilməsi məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. 3*.İşdə olan Cavabdeh1 Həmkarlar Komitəsinin Cavabdeh1 direktoru Nümayəndə1 ünvaldığı 27.11.2*24-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər, 37 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsində çalışan İddiaçı əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.3, 23.3.4, 23.3.5, 23.3.11 və 23.3.12-ci maddələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “2*” dekabr 2*17-ci il tarixli, Ns 18-1 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X16 Kitabçası” və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrinə əməl etməməsi əmək vəzifələrini kobud şəkildə pozma hesab olunduğuna görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi məsələsinə Sumqayıt şəhər, 37 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin 27.11.2*24-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi əsası ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir. 31.İşdə olan Abşeron- Xızı Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X29 şöbəsinə ünvaladığı 19.12.2*24-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi öz fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi üzrə davam etdirir. Məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun sosialpsixoloji mühit yaratmaqdır. Təhsil müəssisəsində dərslər təmayül tədris planları əsasında təşkil edilir. Tədris prosesinin yüksək göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən icra olunması əsas hədəflərdən biridir. Araşdırma zamanı İddiaçı Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışması müəyyən edilmişdir. Əmək funksiyalarını, əmək müqaviləsi, o cümlədən təhsil qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbin 28.11.2*24-cü il tarixli 279 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciəti tərəflərindən cavablandırılmış, ona sözügedən əmri aidiyyəti üzrə məhkəmədə mübahisələndirmək hüququnun olması izah edilmişdir. 32.İşdə olan Abşeron- Xızı Regional Təhsil İdarəsinin İddiaçı ünvaldığı 19.12.2*24-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan məsələ araşdırılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbin 28.11.2*24-cü il tarixli 279 nömrəli əmri ilə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İzah edilir ki, sözügedən əmri aidiyyəti üzrə məhkəmədə mübahisələndirmək hüququ vardır. Əlavə olaraq bildirilir ki, operativ olaraq cavablandırılması üçün vətəndaş müraciətləri portal.edu.az elektron saytından qeydiyyatdan keçməklə ünvanlana bilər. 33.İşdə olan olan Sumqayıt şəhər Məhkəməsinin 2(*6*)-27*9/2*23 saylı, *2.*8.2*23-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə 21.*4.2**1-ci il təvəllüdlü X21 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

34. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2*.*9.2*24-cü il tarixli əmrlə Cavabdeh1 Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbin 28.11.2*24-cü il tarixli 279 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

35. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 36.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 37.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

38. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.(ƏM-nin 7*-ci maddəsinin ç bəndi). 39.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-cı maddəsinin “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən 28.11.2*24-cü il tarixli 279 nömrəli əmri ilə xitam verilmişdir. 4*.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 41.Həmin Məcəllənin 7*-cı maddəsinə əsasən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 42.Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (71.2). İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (71.3).

44. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 28.11.2*24-cü il tarixli 279 nömrəli əmr ləğv edilməli, İddiaçı işə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir.

45. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2*.12.2*17-ci il tarixli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3 Vİİ bölməsindən görünür ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimin əmək funksiyası aşağıdakılardan ibarətdir: Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Təlim prosesində müxtəlif formalardan, üsullardan, metodlardan, təlim strategiyalarından istifadə edir. Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin dövlət standartları səviyyəsində mənimsəməsini təmin edir. Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri, yaxud onları əvəz edən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası və sanitariya tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Metodbirləşmələrin fəaliyyətində və həyata keçirilən digər metodik işlərin təşkilində iştirak edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.

46. Eyni zamanda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 23.3.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 23.3.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək; 23.3.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; 23.3.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək; 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.6. təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 23.3.7. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; 23.3.1*. əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək; 23.3.11. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq; 23.3.12. məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq və 23.3.13. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

47. Göründüyü kimi yuxarıda salanan qanunvericilik aktlarında müəllimin (ümumi təhsil sahəsində təhsilverənlərin) əmək funksiyası və əmək vəzifələri dəqiqliklə sadalanmışdır.

48. Mübahisələndirilən 28.11.2*24-cü il tarixli 279 nömrəli əmrin məzmununda qeyd edilmişdir ki, İddiaçı əmək, icra intizamını, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, yuxarıda işarələnmiş əmək vəzifələrini və təhsil qanunvericiliyinin tələblərini pozması faktları sübuta yetirilmişdir. İşçinin iş vaxtında vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi onunla bağlanılmış əmək müqaviləsinin tələblərinin kobud şəkildə pozulmasıdır.

49. Göründüyü kimi əmrin məzmununda iddiaçının əmək, icra intizamını, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, əmək vəzifələrini və təhsil qanunvericiliyinin tələblərini pozması faktlarının sübuta yetirildiyi, işçinin iş vaxtında vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinin onunla bağlanılmış əmək müqaviləsinin tələblərinin kobud şəkildə pozulması olduğu qeyd edilsə də, bu halların konkret olaraq nələrdən ibarət olduğu sadalanmamışdır. 5*. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarına və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-cı maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas müəllimin dərs dediyi bəzi siniflərdə şagirdlərin bir hissəsinin müəllimin dərs metodologiyasını bəyənməməsi və dərs jurnallarında iddiaçının bəzi nöqsanlara (jurnalların bəzi səhifələrinin yazılmaması və ya yazılmamalı olduğu halda yazılması və s.) yol verməsi ilə əlaqədar olmuşdur.

51. Məhkəmə “Ümumi təhsil haqqında” Qanunun və Əmək Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının işdən çıxarılması üçün əsas kimi istinad edilmiş halların hər hansı biri onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini ümumilikdə yerinə yetirməməsi, o cümlədən əmək vəzifələrinin icrasını kobud şəkildə pozması kimi qiymətləndirilə bilməz.

52. Belə ki, məhkəmə ilk növbədə hesab edir ki, müəllimin dərs dediyi sinifdə şagirdlərin bir hissəsinin müəllimi bəyənməməsi və başqa müəllimlə əvəz edilməsini xahiş etməsi ümumiyyətlə müəllim ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-cı maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas deyil.

53. Eyni zamanda məhkəmə hesab edir ki, dərs jurnallarının bəzi səhifələrinin yazılmaması və ya yazılmamalı olduğu halda yazılması müəllimin əmək fəaliyyətində yol verdiyi nöqsan kimi qəbul edilə bilər. Lakin bu halda belə həmin nöqsanlar müəllimin əmək vəzifələrinin kobud şəkildə pozulması halları kimi qəbul edilə və həmin müəllimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-cı maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas ola bilməz.

54. Məhkəmə bu nəticəyə gələrkən iddiaçı tərəfindən yol verilmiş nöqsanların Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuş hər hansı nəticəyə səbəb olmadığını da nəzərə alır.

55. İş üzrə cavabdeh isə iddiaçıya məktəbdə işlədiyi qısa müddət ərzində yol verdiyi nöqsanlara görə rəsmi qaydada hər hansı xəbərdarlıq etməmiş, ona ən ağır intizam tənbehi tətbiq etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-cı maddəsinin “ç” bəndi ilə xitam vermişdir.

56. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən şçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək (2). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır (3).

57. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

58. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 6*. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

61. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 28.11.2*24-cü il tarixli 279 nömrəli əmrin ləğv edilməsi və İddiaçı işə bərpa edilməsi hissəsində təmin edilməlidir.

62. Əmək Məcəlləsinin 3**-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

63. İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir.

64. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

65. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh məktəb işçi ilə əmək münasibətlərinə xitam verərkən Əmək Məcəlləsinin tələblərini pozduğundan iddia tələbi İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi hissəsində də təmin edilməlidir.

66. Eyni zamanda məhkəmə qeyd edir ki, əmr ya ləğv edilməsi, ya da etibarsız sayılması əsasları ilə məhkəmədə mübahisələndirilə bilər. Hər iki əsasla əmrin mübahisələndirilməsi mümkün deyil. Mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların olub-olmaması məhkəmə tərəfindən araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 28.11.2*24-cü il tarixli, 279 saylı əmrin etibarsız hesab edilməsi hissəsində hər hansı araşdırma aparılmadan həmin hissədə iddia tələbi təmin edilməməlidir.

67. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

68. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 28.11.2*24-cü il tarixli 279 nömrəli əmr ləğv edilsin və İddiaçı işə bərpa edilsin. İddiaçı Cavabdeh1 tərəfindən məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar